Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:32

Fiziki fəallıq səviyyəniz ölüm-dirim məsələsi ola bilər


Həftədə, azı, 150 dəqiqə aktiv olan insanlar oturaq insanlardan, az qala, 50 faiz az həkimə üz tuturlar.
Həftədə, azı, 150 dəqiqə aktiv olan insanlar oturaq insanlardan, az qala, 50 faiz az həkimə üz tuturlar.

"Məşq etmək sağaldır" (Exercise is Medicine-EIM) qlobal sağlamlıq təşəbbüsünü Amerika İdman Təbabəti Kolleci yönəldir.

Bu təşəbbüs 2007-ci ildə başlanıb. Tibb xidməti göstərənlər xəstəyə baş çəkərkən, onun fiziki fəallıq dərəcəsini dəyərləndirməli və müalicə planını düşünərkən, ardıcıl şəkildə idmanla məşğul olmağı da əlavə etməlidirlər. Həkimlərin tövsiyə etdiyi idman hərəkətlərinin həcmi və seçimi hər bir insanın o zamandakı sağlamlıq və fiziki imkanlarına əsaslanmalıdır.

CNN-in məqaləsində deyilir ki, bu təşəbbüsün çox sadə fəlsəfəsi var: fiziki hərəkət optimal sağlamlığı dəstəkləyir. Ardıcıl hərəkət müxtəlif xəstəliklərin qarşısını almağa, hətta onları sağaltmağa kömək edir. "American Journal of Lifestyle Medicine" dərgisinin 2020-ci ildə dərc etdiyi bir məqalədə deyilir ki, fiziki hərəkətsizliyin zəif sağlamlıq və yüksək tibbi xərclərlə bağlı olduğunu göstərən çoxlu dəlil var. Həmin araşdırmada gəlinən nəticə budur ki, tibb xidməti və fitnes proqramları birləşdirilməlidir.

Həftədə 150 dəqiqə hərəkətli olmağın faydası

Bundan başqa, Solt-Leyk-Sitidə fəaliyyət göstərən "Intermountain Health" tibb xidməti sisteminin araşdırması nəticəsində məlum olub ki, həftədə, azı, 150 dəqiqə özündə güc hiss edən və ya orta səviyyədə aktiv olan insanlar oturaq insanlardan, az qala, 50 faiz az həkimə üz tuturlar. Araşdırma hərəkətli insanların tibbi xərclərinin oturaq insanlarla müqayisədə iki dəfə az olduğunu da üzə çıxarıb.

2022-ci ildə keçirilən ABŞ milli sağlamlıq sorğusunun nəticələrinə görə, tibb işçiləri yetkin qadınların toplam 22.9 faizinə, yetkin kişilərinsə toplam 17.8 faizinə fiziki aktivlik səviyyələrini artırmağı tövsiyə ediblər.

Türmənistanda "sağlamlıq və xoşbəxlik" ayı..
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

"Lore Health" sağlamlıq texnologiyası şirkətinin əməkdaşı, EIM idarə heyətinin sədri doktor Elizabet Coy deyir ki, həkim, adətən, 20 dəqiqədən də az çəkən ziyarətində bir neçə məsələyə diqqət yetirməli olduğundan fiziki aktivliyə növbənin çatmaması təəccüblü deyil.

"Resept yazmaq çox az vaxt alır. Dəlillərə əsaslanan davranış dəyişikliyi ilə bağlı məsləhət verməksə bundan xeyli çox vaxt alır", - Coy deyir.

Təşəbbüs həkim kabinetlərində yetərincə yayılmasa da, insanlara tibb ocağından kənarda yardım göstərmək üçün çox sayda proqram hazırlanıb və, beləcə, insanlar hərəkət etməyə dəvət olunub.

Hazırda EIM "Exercise is Medicine on Campus" adlı proqram da gerçəkləşdirir. Bu proqram kollec və universitetlərin tələbə, müəllim və əməkdaşlarının fiziki aktivlik səviyyəsini dəyərləndirməyə kömək edir. Bugünədək proqrama 200-dən çox ABŞ məktəbi və 30-a yaxın xarici təhsil ocağı qatılıb.

"Gələn dəfə gəzməyə gedəndə…"

"İnsanların ellikcə idmanla məşğul olması hər zaman yaxşıdır. Bu, onları öz sağlamlıqları üçün məsuliyyəti öz əllərinə almağa həvəsləndirə bilər. Şirkətlər fitnesə sərmayə qoysa, məktəblər tələbə və hətta valideynlər üçün proqram və tədbirlər düşünsə, bütün media və filmlər fiziki hərəkəti təbliğ etsə, çox yaxşı olar… Sağlam davranışlar yoluxucudur… Gələn dəfə gəzməyə gedəndə dostunuzu, yaxud qonşunuzu da dəvət edin", - Coy belə deyir.

XS
SM
MD
LG