Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:38

Facebook Rusiya və Gürcüstana bağlı hesabları bloklayıb


Facebook yüzlərlə sosial media hesablarını ləğv edib. Bunların təxminən yarısı Rusiya, İran və Gürcüstanda açılan hesablar idi.

Facebook sözü gedən hesabların kampaniyaları təsirləndirən şəbəkələrə aid olduğunu aşkar edib.

Facebook mayın 5-də bəyan edib ki, bu hesablar aprel ayında sosial media şirkətinin öz platformasını saxta xəbərlərdən və saxta hesablardan təmizləmək tədbirlərinin çərçivəsində bağlanıb.

Bu da xəbər verilir ki, bağlanan hesablar, həm Facebook-da, həm də Instagramda aktiv statusda idi və 8 müxtəlif şəbəkəyə bağlanmışdı.

Koronavirus mövzusu

Rusiya və İranda yerləşən şəbəkələr beynəlxalq aləmə tuşlansa da, Gürcüstandakı iki şəbəkə, ABŞ-dakı başqa iki şəbəkə və hərəsində biri olmaqla Mavritaniya və Myanmada yerləşən şəbəkələr daha çox yerli auditoriya ilə “işləyirdi”.

Sözü gedən şəbəkələr koronavirus pandemiyasından əvvəl yaradılmışdı, lakin Facebook aşkar edib ki, onlar insanlara təsir göstərmək üçün koronavirus mövzulu postlardan istifadə edirdi.

Facebook bildirib ki, onun apardığı təhqiqat nəticəsində İranda mənzillənmiş şəbəkənin İranın dövlət teleşirkətinə bağlı olduğunu göstərib.

İrandan idarə olunan fəaliyyətlər Birləşmiş Ştatlar və Birləşmiş Krallıq, habelə bir sıra Afrika ölkələrini hədəfləyirdi.

Rusiya və Gürcüstan şəbəkələri

Təhqiqatdan bu da bəlli olub ki, Rusiyadakı şəbəkə Ukraynanın Donbas bölgəsi və Krımda yerləşən– NewsFront və SouthFront təşkilatlarına bağlı idi.

Bu şəbəkə postlarını rus dilindən başqa macar, serb, gürcü və fars dillərində yayırdı.

Facebook bildirib ki, Gürcüstanda mənzillənən iki şəbəkədən biri bu ölkədəki Espersona media firmasına bağlı idi. Facebook bu şəbəkəyə qadağan qoyub.

Digər şəbəkənin Gürcüstanın müxalif Birləşmiş Milli Hərəkat Partiyasına bağlı olduğu bildirilir.

Trump-ı dəstəkləyən hesablar da bağlanıb

ABŞ-da mənzilənnən hesabların prezident Donald Trump-ın tərəfdarları arasında QAnon ifrat sağçı qəsd nəzəriyyəsini təbliğ etdiyi aşkar olunub.

Beləliklə Facebook ilk dəfə olaraq rəsmi ABŞ siyasətinə yol tapa bilmiş QAnona qarşı tədbir görüb.

Bu əsassız konspiroloji nəzəriyyəyə görə Donald Trump guya ABŞ hökumətinin içində yuva salan və onu devirməyə çalışan “dərin dövlətə” qarşı məxfi mübarizə aparır.

Bu nəzəriyyənin geniş yayılmasına Trump-ın və onun mitinqlərinə gedən pərəstişkarlarının QAnona bağlı hesabların postlarını retvit etməsi səbəb olub.

Facebook QAnondan başqa VDARE adlı internet saytına bağlı hesabları da silib. Bu sayt antiimmiqrasiya məzmunlu materialları dərc edir.

XS
SM
MD
LG