Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:17

Məhkəmədə polis polisi ittiham etdi- "Olimpiya qəzası"


Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri

►"Oğlu qəza törətmiş vəzifəli şəxs səninlə danışandan sonra gəlib kameraların qeydə aldığı görüntüləri götürüb apardı"

Ötən il Avropa Oyunları zamanı Bakıda avstriyalı atletlərin vurulduğu avtobus qəzası ilə bağlı şahidlər məhkəməyə məcburi gətiriləcək.

Mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə qərar çıxarılıb. Çünki şahidlərə çağırışlar göndərilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməkdən imtina edirlər.

Məhkəmə iclasında həmçinin Nizami rayon Polis İdarəsində Növbətçi Hissənin rəisi Mehman Əliyev ifadə verib. O, qəza baş verərkən ərazidə xidmətdə olduğunu deyib.

Dindirmə zamanı onunla həmin qəzanın görüntülərinin yaymaqda suçlanaraq həbs olunan polis əməkdaşı Elçin Həsənov arasında mübahisə yaranıb.

“NİYƏ VƏZİFƏLİ ŞƏXS VİDEONU GÖTÜRÜB APARDI?”

Mehman Əliyev deyib ki, "Təhlükəsiz şəhər" kameraları vasitəsilə çəkilən görüntülərin qeydə alındığı otağa çoxfunksiyalı telefon, noutbuk keçirmək qadağan idi. Onun sözlərinə görə, Elçin Həsənov məsuliyyətli, yaxşı işçi olsa da, bir dəfə kompüter keçirdiyinə görə cəzalandırılmışdı.

____________________________________________________________

Bunlara da bax:
Rusiya ABŞ-dan 9 dəfə geri qaldığını etiraf etdi
Qarabağı işğal edən generalın qayıtması narahatlıq yaradıb

____________________________________________________________

Elçin Həsənov onun doğru danışmadığını bildirib: "Əgər vəziyyət dediyin kimi idisə, onda niyə oğlu qəza törətmiş vəzifəli şəxs səninlə danışandan sonra gəlib kameraların qeydə aldığı videonu götürüb aparırdı?"

Mehman Əliyev belə bir hadisənin olmadığını deyib.

Məhkəmə prosesi iyunun 3-də davam etdiriləcək.

Xatırladaq ki, sözügedən avtobus qəzası 2015-ci il iyulun 11-də "Atletlər kəndi"nin nəqliyyat deposunda baş verib. "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pacer və Verena Breyti vurub. Bu cinayət işi üzrə məhkəmə qarşısına dörd nəfər çıxarılıb, onların arasında avtobusun sürücüsü Vəli Əhmədovla yanaşı, keçmiş polis Elçin Həsənov, Nəqliyyat Nazirliyinin iki əməkdaşı - Hüseyn Salamov və Fərid Əmiraslanov da var.

XS
SM
MD
LG