Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:50

Ermənistan Qərbə üz tutur?


Ermənistanın baş naziri Nikol Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan

Ermənistanla Rusiya arasında tarixən yaxın olan münasibətlər son il yarım ərzində gərilib. Son iki həftə ərzində isə bu gərginlik qırılma nöqtəsinə çatıb. Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan hökuməti Rusiyanı tənqid etməyə və özünü Rusiyadan uzaqlaşdırmağa yönəlmiş bir neçə nümayişkəranə hərəkət edib. Bu azmış kimi Yerevan bu vaxta qədər analoqu olmayan hərbi təlimlərin keçirilməsi üçün Amerika əsgərlərinə ev sahibliyi edəcəyini də elan edib. Təlimlər sentyabrın 11-də başlayıb.

Rusiya dövlət xəbər agentliyi TASS "Paşinyan ölkənin siyasətini dəyişərək Qərbə uyğunlaşdırır” başlıqlı xəbər dərc edib. Bu cür spekulyasiyalardan sonra həm Ermənistan, həm də Rusiyada yüksək vəzifəli rəsmilər Yerevanın NATO üzvlüyünə istiqamətində getməsi haqda deyilənləri danıblar.

Ermənistanın xarici siyasətdə Rusiyaya amili...

Təhlilçilər deyirlər ki, Ermənistanın tamamilə Qərbə üz tutması baş verməyəcək, ancaq Ermənistan öz xarici siyasətini daha öncə çox asılı olduğu Rusiyadan ayırmaq üçün səy göstərir. Təhlükəsizliyinin təhdid altında olduğu və xarici dəstəyə kəskin ehtiyac duyduğu indiki dövrdə isə bu səyləri daha da gücləndirir.

Son iki həftə ərzində Ermənistan özünün Rusiya ilə münasibətləri haqda bir sıra açıq siqnallar göndərib. Təhlilçilər bu addımın dünya ictimaiyyətinin diqqətini cəlb etməyə yönəldiyini deyirlər. Yerevan Ukraynaya humanitar yardım göndərib. Yardımı baş nazirin həyat yoldaşı Anna Hakobian şəxsən çatıdırıb. O burada Moskvanın bir nömrəli düşməni Prezident Volodımır Zelenski ilə şəkil də çəkdirib.

Ermənistanın birinci xanımının Ukrayna səfərindən sonra...

Ermənistan bu vaxta Rusiya-Ukrayna müharibəsində çox da gözə girməməyə çalışırdı. O Rusiyanın hücumunu nə tənqid edir, nə də dəstəkləyirdi. Bu baxımdan Yerevanın bu addımı dramatic görünə bilər. Rusiya XİN-i Hakobyanın səfərinə cavab olaraq Ermənistanın Moskvadakı səfirini məsləhətləşmələr üçün çağırıb və ölkəni “nasist Kiyev rejiminə” kömək etməkdə ittiham edib.

Paşinyan: Rusiyadan aslılıq startaji səhvdir

Eyni zamanda Ermənistanın yüksək vəzifəli rəsmiləri Rusiyanı kəskin tənqid ediblər. Paşinyan bir italyan qəzetinə müsahibə verərək Rusiyadan asılılığı “strateji səhv” adlandırıb. Ermənistan parlamentinin spikeri Alen Simonyansa Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ilə söz müharibəsinə girişib və bir nöqtədə onu “hansısa şöbədə hansısa katibə” adlandırıb.

Simonyan eyni zamanda deyib ki, Ermənistan böyük shtimalla Roma Statutunu ratifikasiya edəcək. 1998-ci ildə imzalanan və dörd il öncə qüvvəyə minən bu sənəd Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasını nəzərdə tutur. Statutu imzalaması Ermənistanın üzərinə Haaqa məhkəməsinin axtarış siyahısında olan Rusiya Prezidenti Vladimir Putini həbs etmək öhdəliyi qoyacaq. Simonyan bundan öncə ratifikasiyanın Ermənistan üçün prioritet olmadığını demişdi.

Öz müstəqil xarici siyasətini bərpa cəhdi...

"Bu kiçik addımların hər biri Ermənistan-Rusiya münasibətlərində qalmaqal yaranması üçün kifayətdir. Ancaq hamısını bir yerə toplayanda bunun əvvəllər vaş verən hər hansı hadisədən daha ciddi olduğu təəssüratı yaranır”, - Yerevanda yaşayan siyasi təhlilçi Mikayel Zolyan deyir.

Zolyan Ermənistanın son addımlarını “öz müstəqil xarici siyasətini bərpa etmək cəhdi” kimi dəyərləndirir. "Düşünmürəm ki, bu Ermənistanın bir növ Qərbin proksisinə çevriləcəyi deməkdir, yaxyd da biz bunu istəyirik”, - Zolyan Azadlıq Radiosuna deyib.

Paşinyan Azərbaycanı sərhədə qoşun toplamaqda ittiham edir
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Yerevan öz xarici siyasətini bir neçə istiqamətdə diversifikasiya etməyə çalışır. Rusiya Ukraynada müharibəyə başlamasından sonra daha həmişə olduğu kimi Ermənistana silah vermədiyindən Ermənistan silah mənbəyi kimi Hindistanı nəzərdən keçirməyə başlayıb. Ermənistan eyni zamanda cənub qonşusu İranla münasibətlərini inkişaf etdirir. İran Azərbaycan tərəfindən hər hansı hücum olacağı təqdirdə Ermənistan ərazisini müdafiə edəcəyini bildirib.

Rusiya Ermənistanın Qərb ölkələri ilə münasibətdən narahatdır?

Ermənistan Qərb ölkələri ilə də əlaqələrini gücləndirir. O Avropa Birliyinin sərhəd monitorlarını dəvət edib. AB Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqlarda rolunu artırıb. Yerevan NATO-nun keçmiş Baş Katibi Anders Foğ Rasmussenlə lobbiçi olaraq əməkdaşlıq edir. Rasmussen Amerikadan təhlükəsizlik təminatı və Avropadan hərbi yardım alınması istiqamətində fəaliyyət göstərir.

Ermənistanın Hindistan və İranla münasibətləri Rusiyanı narahat etməsə də o, Qərb ölkələri ilə münasibətlərin gücləndirilməsinə həssas yanaşır.

“Ermənistan nə etsə, bu rusiyayönlü addım deyilsə, Rusiya bunu qərbyönlü və antirusiya hərəkəti kimi görəcək”, - Zolyan deyir.

İctimai bəyanatlara gəlincə, Rusiya özünü soyuqqanlı göstərməyə çalışır. Rusiya Prezidenti Vladimir Putin sentyabrın 12-də ölkəsinin “Ermənistanla heç bir problemi olmadığını” deyib.

ABŞ-la hərbi təlimlər..

Rusiyaya qarşı ritorika kampaniyası fonunda ABŞ və Ermənistan birləmiş hərbi təlim keçirəcəklərini elan etdilər. Hazırda Ermənistanın Zar və Armavir bölgələrində davam edən Qartal Tərəfdaş 2023 (The Eagle Partner 2023) təlimlərinin sentyabrın 20-də bitəcəyi gözlənilir.

Təlimin özü hərbi baxımdan böyük əhəmiyyət daşımır. Təlimlər sülhüqoruma missiyaları istiqamətindədir və sadəcə 85 ABŞ əsgərinin iştirakı ilə keçir. Ancaq təhlilçilər, xüsusən də Ermənistanın bu il KTMT təlimlərində iştirakdan imtina etməsini nəzərə alaraq bunun ciddi siqnal olduğunu deyirlər.

Yerevanda fəaliyyət göstərən Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giraqosyan deyir ki, bu təlimlər “həm Bakı, həm də Moskvaya Ermənistanın əlində daha çox variantların olması və dostların onun qayğısına qalması haqda mesajdır”.

ABŞ-ın Qafqazdakı keçmiş müdafiə attaşesi, hazırda Pennsilvaniya ştatındakı Biləşmiş Ştatlar Hərb Kollecinin professoru Bob Həmilton deyir ki, ABŞ-ın Ermənistanda təhlükəsizlik maraqları məhduddur:

"Düşünmürəm k, biz ABŞ-ın indi Ermənistanın hərbi tərəfdaşı olduğu mesajını verməyə çalışırıq. Çünki bu sadəcə doğru deyil. Bizim Ermənistanda böyük hərbi tərəfdaşlığa haqq qazandıracaq maraqlarımız yoxdur".

Qərbə və Azərbaycana göndərilən bu mesaj?

Zolyan deyir ki, [Ermənistanın] strategiyası Azərbaycana qarşı dəstək əldə etmək üçün qərbyönlü orientasiya təəssüratı yaratmaqdan ibarət ola bilər. Ermənilər Azərbaycan ordusunun sərhədə doğru hərəkəti, İsrailin Azərbaycana silah göndərməsi və Bakının get-gedə daha çox sərtləşən ritorikasından narahatdırlar.

"Mənə elə gəlir ki, Qərbə və Azərbaycana göndərilən bu mesaj bizim Qərbin tərəfində olduğumuzu və Ermənistana qarşı hər hansı hücumun Qərbin potensial müttəfiqinə, yaxud da Rusiyanın nüfuz dairəsindən çıxmağa çalışan [birinə] qarşı olduğunu göstərməyə yönəlib”, - Zolyan deyir.

Rusiyanın Ermənistana təzyiq rıçaqları...

Zolianın fikrincə, Rusiya Ermənistanın çox uzağa getdiyini anlayırsa, Ermənistana hələ də təzyiq göstərə biləcəyi bir neçə rıçaq var. Yerevan Rusiyadakı əməkçi miqrantların pul köçürmələrindən çox asılıdır. Zolianın fikrincə, bu da Moskvanın istədiyi vaxt müdaxilə edə biləcəyi bir kanaldır:

Ermənistan təbii qazın demək olar ki, hamısını Rusiyadan alır. Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları isə hələ də orada mühüm təhlükəsizlik rolunu yerinə yetirirlər”.

Nikalay Silayev Rusiyanın bu rıçaqların işə salacağını gözləmir.

"Rusiyanın yanaşması ondan ibarətdir ki, biz Ermənistanla müttəfiqliyə sadiqik və münasibətləri pisləşdirən Moskva deyil".

Onun fikrincə, görünür, Paşinyan Ermənistanın bütün uğursuzluqlarına və bədbəxtliklərinə görə məsuliyyəti Rusiyanın üzərinə qoymaq istəyir.

XS
SM
MD
LG