Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:20

Ermənistan KTMT-dən çıxmaq niyyətinin olmadığını deyir


Tacikistanda KTMT təlimləri. 2021
Tacikistanda KTMT təlimləri. 2021

Ermənistan Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağı nəzərdən keçirmir. Bunu ölkənin aparıcı rəsmisi noyabrın 23-də Yerevanda deyib. Ermənistan Minskdə KTMT-nin sammitinə qatılmayıb.

Xarici işlər nazirinin müavini Mnatsakan Safaryan jurnalistlərə deyib ki, Ermənistanın ölkənin şimal-qərbində yerləşən Gümrü şəhərindən Rusiya hərbi bazasının çıxarılması məsələsini qaldırmaq niyyəti də yoxdur. Həmin bazada minlərlə Rusiya hərbçisi yerləşir.

"Hazırda bu məsələlər gündəmdə deyil", – Safaryan vurğulayıb.

Ermənistan baş naziri Nikol Paşinyan bu ayın əvvəlində KTMT sammitinə getməyəcəyini açıqlayanda Rusiyanın tənqidi ilə üzləşdi. Ermənistanın digər rəsmiləri də sonradan KTMT tədbirlərinə qatılmadılar. Bu quruma Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan da daxildir.

Moskva ittihamlara nə deyir

Yerevan daha öncə KTMT təlimlərindən də imtina edib. Üstəlik, Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlılarını Azərbaycanın sentyabr əməliyyatının qarşısını ala bilməməkdə ittiham edib. Rəsmi Bakının "antiterror tədbiri" dediyi əməliyyat nəticəsində Qarabağa nəzarət bərpa olunub, 100 mindən çox erməni regionu tərk edib.

Moskva ittihamları rədd edib, qoşunlarının müdaxilə mandatı olmadığını deyir, Paşinyanı Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul etməklə regiondakı separatçı rejimin iflasına yol açmaqda günahlandırır.

KTMT-nin Minsk sammiti
KTMT-nin Minsk sammiti

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova noyabrın 23-də deyib ki, Yerevanın KTMT sammitinə qatılmamaq qərarı "Ermənistan xalqının uzunmüddətli maraqları" daxilində deyil. O, Yerevanın xarici siyasətini Qərbin xeyrinə dəyişməyə yönəlik gizli cəhdlərdə ittiham edib.

Kremlin sözçüsü Dmitri Peskov da Ermənistanın sammitə getməmək qərarını pisləyib, ancaq onu da deyib ki, Kreml Yerevanın bu təşkilat çərçivəsində işini davam etdirəcəyini gözləyir.

Sammitdə deyilənlər

Sammitə ev sahibliyi edən Belarus lideri Aleksandr Lukaşenko daha açıq danışıb. "Bəzi tərəfdaşlarımız addımlar atdılar və provokativ bəyanatlar verdilər", – o deyib.

Paşinyanın ayın əvvəlində Ermənistan parlamentində dediyinə görə, KTMT ilə fundamental məsələ odur ki, Ermənistan ərazisi ilə bağlı məsuliyyət zonasını hüququ tənzimləyə bilməyib.

KTMT liderləri isə 23 noyabr sammitində "təcili" beynəlxalq və regional təhlükəsizlik problemlərini müzakirə ediblər. Sammitdə Rusiya prezidenti Vladimir Putin də iştirak edib.

Lukaşenkonun sözlərinə görə, Qafqazdakı vəziyyət, KTMT üzvlərindən birinin "müəyyən" narazılığını müzakirə ediblər.

2024-cü il yanvarın 1-dən KTMT-yə sədrlik Belarusdan Qazaxıstana keçir.

XS
SM
MD
LG