Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:34

'Əliyevin reytinqi varsa, bizlə yarışsın' - Əli Kərimli Azadlıq Radiosuna danışır


'Əliyevin reytinqi varsa, bizlə yarışsın' - Əli Kərimli Azadlıq Radiosuna danışır
Gözlə

No media source currently available

0:00 0:28:25 0:00

'Əliyevin reytinqi varsa, bizlə yarışsın' - Əli Kərimli Azadlıq Radiosuna danışır

AXCP sədri Əli Kərimli AzadlıqRadiosuna müsahibəsində deyir ki, etiraz demokratiyanın azacıq əlaməti olan yerdə olur:

"Ən böyük etirazlar böyük demokratiyası olan ölkələrdə olur. Etiraz demokratiyanın əlamətidir. Belə çıxır ki, Türkmənistan hakimiyyəti Türkiyə hakimiyyətindən daha bacarıqlıdır?.. Rəcəb Tayyib Ərdoğan Emoməli Rahmon, Lukaşenko qədər deyil?!".

"Azərbaycan etirazsızlığa sövq edilirsə, deməli, "işğal" başa çatır, cəmiyyət ram olunur. Azərbaycan hakimiyyəti də avtoritar ailə hakimiyyətindən cəmiyyət üzərinə totalitar nəzarətə keçir. Azərbaycanın aydınları, düşünən gəncliyi bunun fərqində olmalıdır. Təəssüf edirəm ki, Azərbaycan cəmiyyətinin əhəmiyyətli hissəsi ölkədə baş verənlərə sanki uzaqdan baxır, sanki bu ölkənin onlara dəxili yoxmuş kimi baxır".

"Bir dəfə də (prezident) İlham Əliyev bunu eləsin. Çıxsın mərd-mərdanə xalqın qabağına, açıq seçkiyə getsin, bizi məğlub eləsin, sonra çıxıb siyasi gücdən danışsın".

"Hökumətin PR texnoloqları, trol ordusu cəmiyyətdə hökumətin güclü olması, İlham Əliyevin nüfuzlu olması barədə yanlış bir təəssürat yaradıb. Ortalıqda məntiq var axı. Doğrudan özünə əmin olan, xalqdan dəstək ala biləcəyini düşünən bir siyasi lider necə ola bilər ki, rəqibinin partiyasını qərargahdan, özünü pasportdan məhrum eləsin, internetini kəssin, sürücüsünü, qaynını, mühafizəçisini, əmisi oğlunu həbs eləsin, ailə üzvünü işsiz qoysun, həmin o müxalifət partiyasının yüzlərlə üzvünü işdən çıxarsın?".

"Hökumət post-Putin dövrünə hazırlaşır"

"Azərbaycan hakimiyyəti məqsədli şəkildə çoxpartiyalılığı ləğv etməyə çalışır. Yeni "Siyasi partiyalar haqqında" Qanun da bu məqsədi daşıyır".

"Bizim partiyamıza qarşı hökumət qeydiyyatla bağlı problem yaratsa, bunu İlham Əliyevin çox böyük siyasi-mənəvi məğlubiyyəti sayacağam".

"Hökumət post-Putin dövrünə hazırlaşır. Hökumət başa düşür ki, bütün avtoritar rejimlərin ən azından bu coğrafiyada himayədarı Putindir, Rusiyadakı avtoritarizmdir. Böyük bir ehtimalla, bu, bir zaman məsələsidir, həmin avtoritarizm Ukrayna çöllərində məğlub ediləcək. Bundan sonra MDB-dəki avtoritarizmlər istəsələr də, istəməsələr də, bu dalğa onları əhatə eləyəcək".

"Bir neçə il bundan qabaq korrupsionerləri tutmaq dəb idi, hər həftə birini tuturdular. Nə oldu, korrupsiya bitdi?! Yoxsa daha da təmərküzləşdi? Bəs, o korrupsionerlərin müsadirə olunan pulları niyə büdcəyə gəlmədi? Hansını tutmaq istəyirlər, deyirlər ki, milyardları mənimsəyib. Yaxşı, tutursan, onda bu milyardlar büdcəyə gəlməlidir. Sonra məlum olur ki, yox, milyardlar keçdi başqa hesaba, əl dəyişdi".

XS
SM
MD
LG