Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:37

Əfqanıstanda universitetlər açılır, qadınlarsız…


Kabil Universitetinin keçmiş tələbəsi Husna Raufi dərzilik kursunda
Kabil Universitetinin keçmiş tələbəsi Husna Raufi dərzilik kursunda

Bu gün – martın 6-da Əfqanıstan universitetləri qış tətilindən sonra kişi tələbələrin üzünə açılıb. Taliban hakimiyyəti qadınların ali məktəblərdə oxumasına qadağa qoyub.

“Oğlanların universitetə getməsini, bizim isə evdə qalmağımızı görmək adamın ürəyini parçalayır”, – mərkəzi Gor vilayətindən 22 yaşlı Rahela deyir.

“Bu, qızlara qarşı gender diskriminasiyasıdır, çünki islam bizim ali təhsil almağımıza icazə verir. Heç kəs bizi öyrənməkdən məhrum edə bilməz”, – o, sözlərinə əlavə edir.

Orta məktəblər də bir ildən çoxdur qapadılıb

2021-ci ilin avqustunda ölkədə hakimiyyəti ələ keçirən Taliban qadınları sərt geyim kodeksinə, universitetə kişi qohumunun müşayiətilə gedib-gəlmək tələbinə əməl etməməkdə suçlayandan sonra belə bir qadağa qoyub.

Bundan öncə universitetlərin çoxu sinif otaqlarını kişi və qadınlar üçün bölmüş, qadınlara yalnız qadın, yaxud yaşlı kişi professorların dərs keçməsinə icazə vermişdi.

Bəzi Taliban rəsmiləri qadınların təhsilinə qadağanın müvəqqəti olduğunu desə də, vədlərinə əməl etməyib, qızlar üçün bir ildən çoxdur qapalı olan orta məktəbləri açmayıb.

Talibanın bəzi rəsmilərinin dediyinə görə, ölkənin Ali dini lideri Heybətulla Axundzadəyə məsləhətlər verən ultra-mühafzəkar ruhanilər qadınların müasir təhsil almasına skeptik yanaşırlar.

Qadağalar

Ekstremist qruplaşma hakimiyyəti ələ keçirəni qadınları ictimai həyatdan sıxışdırıb. Qadınlar hökumət işlərindən uzaqlaşdırılıb, evdə qalmaqla keçmiş maaşlarının cüzi bir hissəsini alırlar.

Onların parklara, yarmarkalara, idman zallarına, ictimai hamamlara getməsi yasaqlanıb, ictimaiyyət arasında üzlərini bağlamaq tələb olunur.

İnsan haqları qrupları qadağaları pisləyiblər, BMT bunu “gender əsaslıq aparteid” adlandırıb.

Beynəlxalq ictimaiyyət yardım və Taliban rejiminin tanınması üzrə danışıqlarda qadınların təhsilini əsas məsələ kimi qoyub.

İndiyədək heç bir ölkə Taliban hökumətini rəsmən tanımayıb.

XS
SM
MD
LG