Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:31

Azərbaycanda doğuşa görə ana ölümü iki dəfə artıb. Səbəblər...


Ana ölümləri daha çox doğuşdan sonra, zahılıq dövründə müşahidə olunur
Ana ölümləri daha çox doğuşdan sonra, zahılıq dövründə müşahidə olunur

2023-cü ildə Azərbaycanda doğuşa görə ana ölümünün birdən-birə az qala iki dəfə artdığı bildirilir. Dövlət Statistika Komitəsinin "Azərbaycanda uşaqlar" adlı statistik məcmuəsində ötən il 33 ana ölümünün qeydə alındığı vurğulanır. 2022-ci ildə bu göstərici 18 olub. Bu, son 13 ilin ən yüksək göstəricisi sayılır. Eyni zamanda, hər 1000 nəfər diri doğulan uşağa düşən ana ölümünün 14.7-dən 29.3-ə yüksəldiyi vurğulanır.

Bu ilin iyununda Milli Məclisdə "Sağlam ailə modeli və nikah hüququ" mövzusunda dinləmədə Səhiyyə Nazirliyinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova demişdi ki, qadınlar daha çox ikinci və üçüncü hamiləlik nəticəsində doğuş zamanı ölürlər.

'Dövlətin doğum evində 1100 manat xərcim çıxdı'
Gözlə

No media source currently available

0:00 0:04:55 0:00

Azərbaycanda ana ölümlərin əsas səbəbləri...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən ( TƏBİB) isə "Turan"a bildirilib ki, aparılan təhlillər əksər hallarda ana ölümlərinin ekstragenital patologiyadan baş verdiyini göstərir: "Ümumiyyətlə, bütün dünyada və Azərbaycanda ana ölümlərin əsas səbəbləri kimi qanaxmalar, hipertenziv vəziyyətlər, zahılıq dövrünün infeksion xəstəlikləri, abortun fəsadları, tromboemboliya, diabet/piylənmə/İİV infeksiyaları kimi ekstragenital xəstəliklər əsas yer tutur".

Vurğulanıb ki, ana ölümləri daha çox doğuşdan sonra, zahılıq dövründə müşahidə olunur: "Odur ki, risk qrupunda olan hamilələr daim diqqət mərkəzində olmalı və vaxtında qadın məsləhətxanasına müraciət etməlidirlər. Hamilələr vaxtında müayinələrdən keçməlidirlər. Ana ölümlərinin azalması üçün ən effektiv strategiyalar antenatal xidmətin təkmilləşdirilməsi, risk qrupuna aid hamilələrin erkən aşkarlanması, hospitalizasiyası, müalicəsidir".

Mehriban Zeynalova
Mehriban Zeynalova

"Qadınlar evdə doğuşa üstünlük verməyə başlayıblar"

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da AzadlıqRadiosuna deyib ki, bəzən qadınlar vaxtında müayinəyə getmirlər: "Analizlər ödənişlidirsə, onlar baha olur. Düzdür, icbari tibbi sığorta var və oradakı xidmətlər həssas qruplar üçün, hələlik, pulsuzdur. Amma buna baxmayaraq, həm insanlar bu barədə kifayət qədər məlumatlı deyil, həm də pulsuz müayinə ilə bağlı ajiotaj var və uzun növbələr hamilə qadınları bu müayinələrdən çəkindirir".

Ekspertin sözlərinə görə, son vaxtlar qadınlar evdə doğuşa üstünlük verməyə başlayıblar: "Bu da öz təsirini göstərə bilər. Qanun bunu qadağan etsə də, qadınlar buna üz tutur".

M.Zeynalova hesab edir ki, bu sahədə sosial işçilərin olması vacibdir: "Ailədə vəziyyətin qiymətləndirilməsi lazımdır. Bütün dünyada qadın hamiləlik dövründə sosial işçilərin nəzarətində olur. Bizdə bu yoxdur. İkinci məsələ isə odur ki, əvvəllər həkimlər uşaq doğulandan sonra evlərə gedib yoxlayırdılar. İndi isə bunlar kifayət qədər deyil".

O vurğulayır ki, hamilə qadınların qida rasionu da, içməli suyun keyfiyyəti də öz təsirini göstərir.

XS
SM
MD
LG