Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:19

Rusiya deputatı əhalinin Putini dəstəkləməyən 20 faizini məhv etməyə çağırır


General Andrey Qurulyov
General Andrey Qurulyov

Rusiya Dövlət Dumasının hakim Vahid Rusiya partiyasından olan deputatı general Andrey Qurulyov Rossiya 1 dövlət telekanalının efirində əhalinin Rusiya prezidenti Vladimir Putinə etibar etməyən 20 faizini məhv etməyi təklif edib.

Bundan əvvəl dövlət qurumu olan ümumrusiya ictimai rəyi öyrənmə mərkəzinin keçirdiyi sorğunun nəticələri ölkə əhalsinin 18 faizinin, yəni 30 milyon nəfərin Putinə etibar etmədiyini göstərib.

Qurulyov televiziya çıxışında deyib:

"Mən istərdim ki, bizim cəmiyyətimizdəki...bütün bu çürüntü, təcrid edilməsə də, heç olmasa bir yolla məhv edilsin”.

Deputat bu çıxışında müharibəyə etiraz edərək ölkədən gedənlərdən, habelə Rusiyada qalsa da Putinə dəstək verməyənlərdən danışıb, onları “satqın" adlandırıb.

General habelə deyib ki, Putinin malik olduğu dəstək ABŞ prezidenti Co Bayden, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron və sair kimi “zir-zibilin heç yuxusuna da girmir”.

Tereşkovanın izahı

Generalın bu bəyanatından sonra Vesna hərəkatının abunəçiləri Qurulyov barəsində tədbir görülməsi üçün kütləvi qaydada Dövlət Dumasının etika komissiyasının sədri, keçmiş kosmonavt Valentina Tereşkovaya şikayət göndəriblər.

Bu üzvlərdən birinə komissiyadan cavab gəlib.

Cavabda deyilir ki, “öz mövqeyini və şəxsi yanaşmasını ifadə etmək Dövlət Duması deputatının alınmaz haqqıdır”.

Tereşklovanın imzaladığı məktubda bu da qeyd olunur ki, deputat öz çıxışında “təşbehlə və ya obrazlı” şəkildə danışıb.

Andrey Qurulyov Cənub hərbi dairəsi komandanının keçmiş müavinidir.

O bundan əvvəl də Ukraynaya qarşı müharibə mövzusunda kəskin çıxışlar edib və hətta nüvə silahından istifadəyə çağırıb.

Novaya qazeta yazır ki, Qurulyovun habelə Vaqner özəl hərbi şirkəti ilə sıx bağları olub.

XS
SM
MD
LG