Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:25

“Cosa Nostra” adlı Siciliya mafiyasının yeni başçısı həbs edildi


Settimino Mineo
Settimino Mineo

İtaliyada “Cosa Nostra” adlı Siciliya mafiyasının yeni başçısı Settimino Mineo və qrupun daha 45 üzvü həbs edilib.

Əməliyyatı dekabrın 4-də Siciliyanın mafiya ilə mübarizə idarəsi keçirib.

Onların hamısına qarşı qanunsuz silah saxlama, qəsbkarlıq və mafiya fəaliyyəti ilə bağlı ittiham irəli sürülüb.

İstintaqın məlumatına görə, 80 yaşlı Settimino bu qrupa ötən ilin noyabrından-qrupun əvvəlki rəhbəri Toto Riino-nun vəfatından sonra başçılıq edir.

Mineo bundan əvvəl iki dəfə-5 və 11 il müddətinə həbsdə olub.

“Cosa Nostra” qrupu Siciliyada XIX əsrin əvvəllərində yarandılıb.

Qrup ilk olaraq apelsin plantasiyaları və böyük torpaq sahiblərinin müdafiəsi ilə məşğul olub, amma XX-ci əsrdən banditliklə məşöğul olub.

Bu təşkilat ailə adlanan bir neçə qrupdan ibarətdir və onlara “Xaç atası” başçılıq edir.

XS
SM
MD
LG