Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:36

FHN “Çörəyin qiymətinə qarışmırıq” deyir, amma...


►Dövlət Taxıl Fondunu məhz bu nazirlik idarə edir

Azərbaycanda ən çox istifadə olunan «zavod çörəyi»nin qiyməti 30 qəpikdən 40 qəpiyə qalxıb. Elə başqa çörək çeşidləri də, orta hesabla, 10 qəpik bahalaşıb. İstehsalçılar bahalaşmanın unun qiymətindən qaynaqlandığını deyirlər.

Un və çörək ilk dəfə bahalaşmır. Öncəki illərdə də qiymət artımı gözə çarpır, ancaq hökumətin müdaxiləsindən sonra nisbi ucuzlaşma gedir və qiymətlər yenə sabitləşirdi.

O zaman və indi...

2009-cu ildə «Daxili bazarda taxıl məhsullarının kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədi» ilə Dövlət Taxıl Fondu yaradılmışdı. Bu Fond xaricdən satın alınmış buğda hesabına çörəyin qiymətini aşağı salmağa müvəffəq olurdu.

Amma indi həmin Fondu yönəldən Fövqəladə Hallar Nazirliyi (FHN) başqa mövqe sərgiləyir.

Nazirliyin mətbuat katibi Oqtay Bayramov AzadlıqRadiosuna deyib ki, daxili bazarda çörəklə unun qiymətinin tənzimlənməsinə Fond ehtiyatlarının heç bir aidiyyatı yoxdur:

Çörək bahalaşdı - sadə vətəndaşlar nə düşünür?

Çörək bahalaşdı - sadə vətəndaşlar nə düşünür?
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

“Dövlət taxıl Fondu bu işlə məşğul olmur”

«Çörəyin qiyməti məsələsi ilə Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinin müvafiq qurumu məşğul olmalıdır. Dövlət Taxıl Fondu bu işlə məşğul olmur».

O. Bayramov Fondda yetərli buğda ehtiyatı yaradıldığını da sözlərinə əlavə edib. Nazirlər Kabineti FHN-ə 750 min ton buğda ehtiyatı yaratmaq yetkisi verib. Fondun faktik ehtiyatlarının həcmi dövlət sirri kimi qorunur.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin «qaynar xəttində» bildiriblər ki, avqustun 1-dən çörəyin bahalaşması ilə bağlı vətəndaş şikayətlərinin ard-arası kəsilmir:

Buna da bax: Vergiyığanların rəsmi gəlirində kəskin artım var

“Araşdırmaların nəticəsi olaraq...”

«Müraciətlərin araşdırılması məqsədilə ticarət şəbəkəsində monitorinqlər aparılır, istehsalçı müəssisələrdən izahat alınır. İstehsalçılar bahalanmanı elektrik enerjisinin qiymət artımı ilə əlaqələndirirlər. Araşdırmaların nəticəsi olaraq, müəyyən qərar veriləcək».

Dövlət Taxıl Fondunun saxlanması və ondan istifadə Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 saylı qərarı ilə tənzimlənir.

Qaydaların 4.1-ci bəndində göstərilir ki, Fonddan taxılın istifadəsi fövqəladə hallarda istehlakçıların bu məhsullara tələbatını ödəmək, beynəlxalq öhdəlikləri yerinə yetirmək və lazım gəldikdə, daxili bazarda taxıl məhsullarının kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədi ilə həyata keçirilir. Buna Nazirlər Kabineti verir. Hökumət öz qərarını fövqəladə hallar, iqtisadiyyat və kənd təsərrüfatı nazirlikləri ilə razılaşdırılmış təkliflər əsasında qəbul edir.

Söhbət hansı haldan gedir?

Həmin qaydaların 4.5-ci maddəsində isə yazılıb ki, Fonddakı taxıldan istifadə daxili bazarda həmin məhsulun kəskin qiymət artımının qarşısının alınması məqsədi ilə həyata keçirilirsə, taxıl bazar qiymətlərindən aşağı qiymətə satıla bilər. Bu halda satış qiymətini Nazirlər Kabineti müəyyənləşdirir.

XS
SM
MD
LG