Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:43

Tramp Ukraynaya yardıma qarşı çıxan senatoru özünün vitse-prezidenti vəzifəsinə namizədliyini verir


ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ-ın Ohayo ştatının Yanqstaun şəhərində keçirilən mitinq zamanı Ceyms Vensin çıxışını dinləyir
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ-ın Ohayo ştatının Yanqstaun şəhərində keçirilən mitinq zamanı Ceyms Vensin çıxışını dinləyir

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp (Donald Trump) Ohayodan senator Ceyms Vensi (James D. Vance) vitse-prezident vəzifəsinə namizədliyini verib. 39 yaşlı senator ABŞ-nin Ukraynaya yardımına qarşı çıxır.

Tramp iyulun 15-də özünün "Truth Social" sosial media platformasında bu açıqlamanı verib. O, daha öncə də Vensin adını özünün mümkün vitse-prezidenti kimi çəkmişdi.

İyulun 15-də Viskonsin ştatının Miluoki şəhərində keçirilən qurultayda Tramp nümayəndələrin əksəriyyətinin səsini qazanaraq ABŞ prezident seçkiləri tarixində üçüncü dəfə ardıcıl namizəd elan olunub.

Ukraynaya yardıma qarşı

Vens ABŞ-nin Ukraynaya yardımına açıq şəkildə qarşı çıxır. O, apreldə köşə yazısında qeyd edirdi ki, Kiyevin nəhəng yardım layihəsi uğrundakı çabası Nümayəndələr Palatasındakı respublikaçılardan çox, riyaziyyatla əlaqədardır. Onda respublikaçılar yardımın ayrılmasını dəstəkləyən Ağ evin təzyiqinə dirəniş göstərirdi.

"Ukraynaya hətta amansız səfərbərlik siyasəti ilə belə cəlb edəcəyindən daha çox əsgər lazımdır. Onun Birləşmiş Ştatların verə biləcəyindən daha çox maddi resursa ehtiyacı var", - senator "The New York Times" qəzetində yazırdı.

Respublikaçıların qurultayından iki gün öncə Trampın seçki mitinqində ona atəş açılıb, bir tərəfdarı öldürülüb. Trampın sadiq tərəfdarı olan Vens insidentdən sonra sosial mediada yazıb ki, bu atəşə "sadəcə bir insident" kimi baxmaq olmaz. O, X platformasında bildirib ki, prezident Co Baydenin seçki kampaniyasının mərkəzində "Donald Trampın avtoritar faşist olması, nəyin bahasına olursa-olsun qarşısının alınmasının vacibliyi" dayanır və bu ritorika birbaşa Trampa qarşı sui-qəsd cəhdi ilə nəticələnib.

Senatorun bu yazdığı sərt tənqid olunub. Belə ki, silahlı insidentdən sonra hər iki partiya təmsilçiləri milli birliyə, kampaniyanın hərarətini səngitməyə çağırıb.

Trampa atəş açılıb, dünya liderləri bu olayı pisləyir
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Respublikaçıların ürəyindən xəbər verən həyat hekayəsi

Vens 2022-ci ildə Senata seçilənədək dövlət postunda olmayıb. Onun 2016-cı ildə yazdığı "Hillbilly Elegy" (Hillbilli elegiyası) adlı memuarı bestsellerə çevrilib. Əsərdə onun 1980-90-cı illərdə fabriklərin bağlandığı Ohayonun bir şəhərindəki həyatından söz açılır. Vensin hərbi xidmət keçməsi, İraqa göndərilməsi də memuarda əksini tapıb. 2020-ci ildə kitab əsasında film çəkilib.

Senatorun həyat hekayəsi respublikaçıların fikirləri ilə üst-üstə düşür. Onların mövqeyincə, ölkədə emal sənayesini saxlamaqdan ötrü az iş görülüb, Tramp demiş, "sonsuz müharibələr" aparılıb. Vensin keçmişi və mövqeyi Pensilvaniya və Miçiqan kimi svinq (tərəddüdlü) ştatlarda Tramp tərəfdarlarının şansını gücləndirə bilər.

Vensin namizədliyi həmçinin "trampizmin... Respublikaçılar Partiyasında növbəti nəslə keçməsi" ehtimalını artırır, - bunu Xarici Əlaqələr Şurasının aparıcı əməkdaşı Kris Tattl (Chris Tuttle) AzadlıqRadiosuna söyləyib.

"C.D.Vens Birləşmiş Ştatlarda Trampın benefisiarı olduğu artan narazılığı ifadə edən daha gənc səsdir", -- Tattl vurğulayıb.

Trampı kimlərlə müqayisə edib

Ancaq Vensin Trampı tənqid edən vaxtları da olub. Daşınmaz əmlak milyarderi Tramp ilk dəfə 2016-cı ildə prezidentliyə namizəd olanda Vens Facebook-da öz həmkarına şəxsi yazışmasında Trampı ABŞ-nin keçmiş prezident Riçard Niksonla aşağılayıcı ifadə ilə müqayisə edib, onu "Amerikanın Hitleri" adlandırıb.

İyulun 13-də silahlı insident zamanı Tramp sağ qulağından yaralanıb. FTB atəş açanın 20 yaşlı Tomas Metyu Kruks (Thomas Matthew Crooks) olduğunu, hücumun motivinin hələ də araşdırıldığını bildirir.

Seçkidə demokratların namizədi olacağı gözlənən prezident Bayden hücumu pisləyib, yarımavtomat silahla birinin Trampa atəş açmaq üçün bu qədər yaxına necə gələ bildiyinin araşdırılmasına göstəriş verib.

XS
SM
MD
LG