Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:24

Cənubi Afrikada Omikrona yoluxmalar ‘deyəsən’ yavaşıyır


Ötən həftəsonu test nəticəsi pozitiv çıxmış prezident Siril Ramafosanın xəstəliyi yüngül simptomlarla keçirdiyi və hazırda sağalmaqda olduğu xəbər verilib
Ötən həftəsonu test nəticəsi pozitiv çıxmış prezident Siril Ramafosanın xəstəliyi yüngül simptomlarla keçirdiyi və hazırda sağalmaqda olduğu xəbər verilib

Ümidverici göstəricilərdən biri də xəstəxanaya düşənlərin sayının koronavirusun əvvəlki dalğaları zamanı olduğundan xeyli aşağı olmasıdır

Koronavirusun Omikron ştammının ilk dəfə aşkar edildiyi Cənubi Afrika Respublikasında (CAR) yoluxmaların səngidiyini göstərəm “erkən əlamətlər” qeydə alınıb.

Ümidverici göstəricilərdən biri də xəstəxanaya düşənlərin sayının koronavirusun əvvəlki dalğaları zamanı olduğundan xeyli aşağı olmasıdır.

Financial Times yazır ki, dekabrın 17-də CAR-da 24 min yoluxma qeydə alınıb. Bu da xəbər verilir ki, hər üç testdən biri pozitiv çıxıb.

Lakin son bir neçə gündə ölkənin iqtisadi qovşağı olan Qautenq vilayətində yeni yoluxmalar və pozitiv test nəticələri zirvə nöqtəsini keçmiş kimi görünür.

Ölkənin başqa yerlərində yoluxmaların hələ də sürətlə çoxaldığı müşahidə olunsa da, pozitiv çıxan testlər 35 faizə qalxdıqdan sonra azalmağa başlayıb.

Hazırda CAR üzrə yoluxmaların yalnız 25 faizi Qautenqin payına düşür. Halbuki Omikronun aşkar olunduğu ilk vaxtlarda bu göstərici 75 faiz idi.

Prezident sağalır

Noyabrın sonlarında alimlər Cənubi Afrikada və Botsvanada Omikronu ilk dəfə aşkar edəndə, yoluxmalar sürətlə artsa da xəstəxanaya düşənlərin sayı bundan əvvəlki yoluxma dalğalarında olduğundan xeyli az idi.

Cənubi Afrika alimləri bunu da bildirirlər ki, belə bir hal əvvəlki dalğalar vaxtı bu ölkədə yoluxma sayının yüksək olması və geniş vaksinləmə kampaniyası ilə də izah edilə bilər.

Buna baxmayaraq, Cənubi Afrikada hələki hər 10 nəfərdən yalnız 4-ü tam peyvənd olunub, yaşı 60-dan çox olanların əksəriyyətinə isə yalnız bir doza vaksin vurulub.

FT yazır ki, hazırda dördüncü dalğanın ikinci həftəsində xəstəxanaya qəbul sayı günə 350-dir, halbuki gündəlik yoluxma 20 mini keçib.

Müqayisə üçün bildirilir ki, Delta variantının üçüncü dalğasının ikinci həftəsində 4500 yoluxanın 900-ü xəstəxanaya düşmüşdü.

Ötən həftəsonu test nəticəsi pozitiv çıxmış prezident Siril Ramafosanın xəstəliyi yüngül simptomlarla keçirdiyi və hazırda sağalmaqda olduğu xəbər verilib.

Kommendant saatı saxlanır

Buna baxmayaraq CAR hökuməti kommendant saatı kimi karantin məhdudiyyətlərini saxlayıb.

Burası da var ki, ilin sona çatdığı və Cənubi Afrikada yay şənliklərinin başladığı bir vaxtda vaksinasiya proqramının hədəfə çatmadığı xəbər verilir.

Hazırda CAR-da günə 100-130 min adam peyvənd olunur, halbuki vaksinasiya proqramında bu rəqəmin günə 200 minə çatdırılması hədəflənmişdi.

Bütün hallarda Səhiyyə Nazirliyi yoluxma göstəricilərinin dramatik azaldığını bildirir.

Vaksinasiya proqramını çətinləşdirən peyvəndləmənin yoxsul ərazilərdə daha zəif aparılması və əhali arasında vaksinlərin yan fasadları barədə yayılan dezinformasiyadır.

Cənubi Afrika bu yaxınlarda BioNTech/Pfizer vaksini ilə buster dozaların kütləvi vurulmasına başlayacaq.

Tezliklə Johnson & Johnson vaksinindən də buster kimi istifadə olunacağı gözlənilir.

XS
SM
MD
LG