Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:38

cenub.az saytı fəaliyyətini dayandırıb


Zahir Əmənov
Zahir Əmənov

Masallı rayonunda fəaliyyət göstərən cenub.az saytı bağlanıb.

Sayt Azərbaycanın rayonlarının ictimai-siyasi həyatını işıqlandırmağa çalışdığını bildirirdi. Onun yaradıcısı Zahir Əmənov dəfələrlə məhkəməyə verilmişdi, təzyiqlərlə üzləşdiyini açıqlamışdı. İndi deməsinə görə, saytın fəaliyyətini dayandırması sırf maliyyə məsələsi ilə bağlıdır: "Sayt "Cənub xəbərləri" qəzetinin davamı idi. Qəzetin nəşri dayandı, əvəzində sayt fəaliyyətə başladı. Elə gün olub 40 mindən çox izləyicisi olub. Sayt komanda işidir. Yazı işləyib vermək öz yerində, həm də bu yazı sosial şəbəkələrdə paylaşılmalıdır. Bu işə nəvələrimi qoşurdum. İşçi saxlaya bilmirəm. Xərc isə illik hesablanır. Heç olmasa, ayda 1000 manat olmalıdır ki, saytı işlədə biləsən. Mən isə 460 manat pensiya alıram. Bunun yarısını sayta xərcləyirdim".

Z.Əmənov iki il öncə saxlanmışdı. Jurnalist Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə şübhəli sayılırdı. Amma ittihamı qəbul etmirdi. O, iki gün sonra azadlığa buraxıldı.

Masallıda 'soyuq müharibə': Jurnalisti niyə tutdurmaq istəyirlər
Gözlə

No media source currently available

0:00 0:05:30 0:00

"Rayonda sayt işlətmək üçün normal zəmin yoxdur"

Z.Əmənov vurğulayır ki, son illər işinə müdaxilə olmayıb: "Son vaxtlar işimə müdaxilə edən olmayıb. Yeni icra hakimiyyəti başçısı gəlib. Tədbirlərə dəvət olunurdum. Söhbət ondan gedir ki, rayonda sayt işlətmək üçün normal zəmin yoxdur. İctimai təşkilatların çoxu formaldır. Partiyaların rayon təşkilatları formaldır, onlardan informasiya gəlmir. Rayon icra hakimiyyətlərinin saytlarında ayda bir-iki məlumat qoyurlar. Yeni il ilə bağlı tədbirlər oldu, saytların heç biri vermədi".

O, rayon yerlərində saytların az olduğunu deyir: "Rayonlarda fəaliyyət göstərən saytlar ictimai-siyasi məsələlərdən kənarda qalmağa çalışırlar. Təzyiqlə üzləşməmək üçün".

Xatırlatma

Z.Əmənov əvvəlcə "Cənub xəbərləri" qəzetinə rəhbərlik edib. Yenə maliyyə məsələləri səbəb göstərilərək onun fəaliyyəti 10 il əvvəl, 2014-cü ildə dayandırılmışdı. Həmin ildən də cenub.az saytı fəaliyyətə başlamışdı.

XS
SM
MD
LG