Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:37

Suriyada çeçen xüsusi təyinatlıları...


Ramzan Kadırov
Ramzan Kadırov

►Kadırov "qan-qan deyir"

"Rossiya 1" televiziya kanalı Rusiya xüsusi təyinatlılarının Suriyada döyüşlərə hazırlığı barədə süjeti anons edərkən bildirib ki, "Çeçenistan barbar psevdoxilafəti ilə mübarizə üçün döyüşçülər hazırlayır".

Çərşənbə günü efirə gedəcək süjetdən belə məlum olur ki, Çeçenistan ərazisində yerləşdirilmiş düşərgədə xüsusi təyinatlı bölmələr hazırlıq küçir. Bu bölmələr Suriyadakı Rusiya hava bazasının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Döyüşçülər arasında çoxlu çeçenin olduğu bildirilir.

Çeçenistan rəhbəri Ramzan Kadırov bu yaxınlarda Çeçenistandan olan bir neçə hərbçinin Suriyada öldüyünü təsdiq edib.

Kadırovun sözlərinə görə, hələ bir neçə il əvvəl, Suriyada vətəndaş müharibəsinin lap əvvəlində xüsusi təyinatlı döyüşçülər Yaxın Şərqə ezam olunublar.

"O zaman hələ İŞİD yox idi, onlar Yaxın Şərqdə vəhhabi təriqətindən olan döyüşçülərin yetişdirilməsi üçün düşərgələrin yarandığı barədə məlumat əldə etmişdilər. Orada təlimatçılar NATO ölkələrindən idi. Ancaq o düşərgələrə Çeçenistan respublikasından olan agentləri yeritmək mümkün olub," - deyə Kadırov bildirib.

Kadırov iddia edir ki, bu yolla "İŞİD-in özünün içində şaxələnmiş agentura şəbəkəsi yaratmaq mümkün olub". Müəlliflərin sözlərinə görə, "oraya respublikanın ən yaxşı döyüşçüləri göndərilib". Guya bu casuslar "terrorçuların strukturu və sayı barədə məlumat toplayırlar, bombalanacaq obyektləri müəyyən edərək bombalamanın nəticələrini qeyd edirlər."

_________________________________________________________

Bunlara da bax:

__________________________________________________________

Rusiyanın Müdafiə Nazirliyi, hələ ki, Kadırovun dediklərini təsdiq etməyib. Bundan əvvəl Rusiya hakim dairələri iddia edirdilər ki, Suriyada yalnız Rusiyanın təyyarəçiləri var və onlar Xmeymim hava bazasında yerləşdirilib. Lakin son zamanlar Kreml həm də "hərbi müşavirlər" barədə danışmağa başlayıb. Bu yaxınlarda Suriyada belə "müşavir"lərin birincisi ölüb.

Ancaq bildirilir ki, Kreml belə hərbçilərin "yerüstü əməliyyatlarda iştirak etmədiyini" deməkdə israrlıdır. Bu yaxınlarda Putinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, bu mütəxəssislər yalnız məsləhət verməklə məşğuldurlar və bu onların suriyalı həmkarlarını mövcud müqavilələr əsasında Suriyaya satılan hərbi texnika ilə işləməyi öyrətmələri ilə bağlıdır.

Kadırov ilk dəfə Çeçenistanın İŞİD-lə mübarizə üçün Suriyaya bölmələr göndərməyə hazır olduğunu keçən ilin oktyabrında bildirmişdi.

Buna da bax: Suriya müxalifətinin "əldəqayırma" tankı

"Mən bunu elə-belə demirəm. Mən, bir müsəlman kimi, çeçen kimi, Rusiyanın vətənpərbəri kimi bəyan edirəm ki, 1999-cu ildə respublika bu şeytanlar tərəfindən tutulanda biz Qurana and içmişik: onlar harada olsalar, biz bütün həyatımız boyu onlarla mübarizə aparacağıq. Mən elə-belə demirəm, mən xahiş edirəm ki, bizə oraya gedib bu xüsusi əməliyyatlarda iştirak etməyə icazə versinlər," deyə Kadırov o zaman bildirmişdi.

O əlavə etmişdi ki, Suriyadakı terrorçular çeçen əsgərlərin onlarla vuruşmağa gəldiyini öyrənən kimi oradan rədd olacaqlar: "Biz onları tanıyırıq, biz burada onları məhv etmişik, biz onlarla vuruşmuşuq. Onlar da bizi tanıyır," - deyə Kadırov qeyd edib.

XS
SM
MD
LG