Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:42

Azərbaycana gələn ovçu-turistlər hansı heyvanları xoşlayır? [fotolar]


Ovçu-turistlər əsasən nəsli kəsilməkdə olan heyvanları vurmaqdan xoşları gəlir.
Ovçu-turistlər əsasən nəsli kəsilməkdə olan heyvanları vurmaqdan xoşları gəlir.

Son illər Azərbaycana gələn turistlərin sayı artır. Onları qarşılayan və müşayiət edən turizm şirkətləri də çoxalmaqdadır. Gələnlərin bir çoxu isə, deyilənə görə, sırf ov əyləncəsini düşünürlər...

Ekspertlər deyir ki, Azərbaycanı ərəb ölkələrindən gələn bəzi imkanlı turistlərə cəlbedici edən, burada ovçuluğa münasib təbiət ərazilərinin və dünyada nəsli kəsilməkdə olan bir sıra heyvanların mövcudluğudur. Ən əsası isə, deyilənə görə, onlar qanunla qadağan edilsə də nəsli kəsilməkdə olan heyvanları ovlamaq «imkan»ı əldə edirlər...

Buna da bax:​ Ərəb ölkələrindən gələnlər artıb, Avropadan azalıb...

Ovlanmış çöl dovşanları.
Ovlanmış çöl dovşanları.

«Ölkəyə ayaq basan kimi onlar kisələrini açıb səxavətlə pul xərcləyirlər»

Adının çəkilməsini istəməyən yerli bələdçilərdən birinin deməsinə görə, həmin imkanlı turistlərdən sadə azərbaycanlılar belə məmnun qalırlar:

«Rəsmilərdən tutmuş ta evini kirayəyə verən sadə vətəndaşa qədər hamı onları sevir. Çünki bu adamlar ölkəyə ayaq basan kimi kisələrini açıb səxavətlə pul xərcləyirlər. Elə pullarına görə də, onların bəzi qanunsuz hərəkətlərinə ya şərait yaradılır, ya da göz yumulur».

Həmin şəxs deyir ki, ölkəyə gəlməzdən əvvəl turistlərə buradakı vəziyyət tam açıqlığı ilə izah edilir:

Buna da bax:​ Azərbaycanda qanunsuz ov edən 16 əcnəbi cərimələnib

Ovlanmış ördəklər və çöl quşları.
Ovlanmış ördəklər və çöl quşları.

«Ov üçün lisenziyanın qiyməti 800 ABŞ dollarıdır. Amma bu onlara daha baha başa gəlir. Qeyri-rəsmi tələblər yerinə yetirilmədən onların ölkədə istəyinə uyğun ov etməsi sadəcə mümkün deyil. Çünki milli qanunvericilikdə bununla bağlı xeyli sayda məhdudiyyət və qadağalar var».

Söhbət hansı qanunsuzluqlardan gedir?

Bələdçi daha sonra deyir:

«Ov bileti»nə çöl ördək və qazların, yaxud dovşanın ovlanması (həm də məhdud sayda) yazılsa da, ərəb ölkələrindən gələn imkanlı ovçular hər gün onlarla müxtəlif heyvan, yüzlərlə quş vurur. Səfər qısa müddəti əhatə etdiyindən onların hər gün ov etmələrinə də göz yumulur. Qabandan başqa hər növ heyvanı 3 adamdan çox qıy və yürüşlə ovlamaq, yaxud dovşanları dövrəyə alıb vurmaq qadağan edilib. Onlar isə əsasən 8-10 nəfərdən ibarət qrup şəklində ov edirlər».

Buna da bax:​ Bələdçi: 'Ərəb ovçularının N qədər pulu var' [video]

"Ovçu bileti"
"Ovçu bileti"

Deyilənə görə, onlar daha çox «Azərbaycanın qırmızı kitabı»na düşmüş, bütün dünyada azalmaqda olan bəzdəklərə maraq göstərirlər. Bəzdəklər onlara həm də, ölkəyə özləri ilə gətirdikləri və burada təlim keçdikləri şahin quşlarının yedirtməyə lazımdır.

Ərəb ovçu turistlərinin ən çox xoşladığı çöl quşu.
Ərəb ovçu turistlərinin ən çox xoşladığı çöl quşu.

Heyvan və quş ovunda bir ovçuya 2 belə quşdan istifadəyə icazə verilir. Ov zamanı heyvanların avtomaşınla qovulması, habelə avtonəqliyyatda yaxınlaşaraq vurulması qadağan edilib. Amma verilən məlumatlara görə, imkanlı ovçular daha çox bu üsuldan istifadə edirlər. Onlar bu səhnələrin foto və videosunu çəkib sosial şəbəkələrdə də paylaşırlar.

Buna da bax:​ Bakıya niyə belə çox ərəb turistlər gəlir?

Mənbə bildirir ki, ov zamanı yol verilən qanunsuzluqlara göz yumulmasından ötrü onlar bir sıra yerlərə «haqq» ödəməli olurlar. Hətta bəzi rayonlarda «torpaqbasdı» pulundan da söhbət gedir.

Silah haradan alınır?

Maraqlıdır ki, ova gələn bu insanların silahı olmur. Azərbaycanın Daxili İşlər Nazirliyi əcnəbi turistləri silahla təchiz etmir. Belədə sual yaranır. Məgər onlar qaz, ördək və ya dovşanı əllə, yaxud cələ qurub tutur? Yoxsa daşla, oxla vururlar?

«Əlbəttə ki, yox. Yerli adamlar ən çoxu 10 gün müddəti üçün 100 dollar qarşılığında öz ov tüfənglərini onlara icarəyə verirlər. Bu işi onların yerli müşayiətçiləri təşkil edir, hətta silah sahibi ilə qeyri-rəsmi qaydada yazılı formada anlaşma da imzalanır».

Buna da bax:​ 16 əcnəbi ovçu ölkədən çıxarılıb

Milli qanunvericilik silahın bu şəkildə əldə edilməsini, gəzdirilməsini və ondan istifadəsini qadağan edir.

«Xarici ovçular öz hüquqlarından istifadə etməkdə israrlıdırlar»

İlin əvvəlində əcnəbi ovçuların qeyri-etik davranışları, qanunları pozmaları barədə sosial şəbəkələrdə yayılan görüntülərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də münasibət bildirmişdi.

«Biz mahiyyət etibarilə ovçuluq fəaliyyətinin məhdudlaşdırılmasının tərəfdarıyıq. Lakin Azərbaycan qanunlarından irəli gələrək istər yerli, istərsə də xarici ovçular öz hüquqlarından istifadə etməkdə israrlıdır. Həmçinin, beynəlxalq öhdəliklər, ölkəmizin qoşulduğu Konvensiyalar və Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli qərarı əcnəbilərə və vətəndaşlığı olmayanlara ova icazə verir.

Buna da bax:​ Ərəb turistlər üçün: Azərbaycanca vacib sözlər

Mövcud normativlərə əsasən yerli ovçulara 1 ov günü müddətinə 6, xarici vətəndaşlara 5 ov günü müddətinə 10-a qədər su-bataqlıq quşunun ovuna icazə verilir. Dovşanı isə yerli ovçular 1 baş, xarici ovçular isə 2 baş ovlaya bilər. Xarici turist-ovçular əksər hallarda qrup halında ov edir və yekunda ov qənimətlərinin toplum halında şəklini yayır»

Ərəb-ovçu turisti.
Ərəb-ovçu turisti.

Açıqlamada vurğulanırdı ki, təkcə bu ov mövsümündə ərəb ölkələrindən gələn 16 ovçu-turist qanunları pozduğuna görə cərimələnib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında onların ölkədən xaric edilməsi təmin olunub.

XS
SM
MD
LG