Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:24

Dövlət büdcəsi kiçilir: Azərbaycan 2008-ci ilə qayıdır


Arxiv foto
Arxiv foto

2017-ci ilin dövlət büdcəsi bu illə müqayisədə azalıb

2017-ci ilin dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon, xərcləri 16 milyard 600 milyon hesablanıb.

Buna da bax: 'Fitch'dən proqnoz: Neft Fondu kiçiləcək, dövlət borcu artacaq

Bu, 2016-cı ilin büdcəsinə nisbətən azdır. Bu il üçün dövlət 17 milyarda yaxın gəlir, 18 milyarddan çox isə xərc hesablamışdı.

2017-ci il dövlət büdcəsində xərclərin smetası təxminən belə bölüşdürülüb:

Müdafiəyə 1 milyard 615 milyon, məhkəmə, hüquq mühafizə və prokurorluq orqanlarına 1 milyard 233 milyon, təhsilə 1milyard 859 milyon, sosial müdafiə və sosial təminat sahəsinə 2 milyard 117 milyon, səhiyyəyə 755 milyon, kənd təsərrüfatı üzrə 784 milyon, sahibkarlığa dəstəyə 137 milyon manat ayrılması nəzərdə tutulub.

Bu illə müqayisədə gələn ilin büdcəsində müdafiə xərcləri 1 milyard manat azaldılıb. Azalmaları digər sahələr üzrə də müşahidə etmək olur. Məsələn, səhiyyə və sosial müdafiə və sosial təminat, elm sahəsinin büdcədə payı bir neçə milyon manat azalıb, kənd təsərrüfatı və təhsil üzrə xərclər isə artıb.

Maliyyə Nazirliyinin sentyabrın 28-də açıqladığı 2017-ci il büdsəcinin, əsasən, Əlavə Dəyər Vergisi (ƏDV) və Neft Fondunun hesabına formalaşması nəzərdə tutulur.

Buna da bax: 'Azərbaycanda varlı-kasıb fərqi böyüyür' - Ekspert

Belə ki, ƏDV-dən təxminən 4 milyard, Neft Fondundan 6 milyard manat gözlənir. Fiziki və hüquqi şəxslərin gəlir vergisi isə təxminən 3 milyard manat hesablanır.

Xarici dövlətlərə verilmiş kreditlərdən 50 milyon manata qədər divident əldə olunacağı gözlənir.

İqtisadçı ekpert Rövşən Ağayev büdcənin azalmasını “kəmərlərin sıxılması” kimi qiymətləndirib.

Facebook hesabında ekspert vurğulayıb ki, gələn il büdcəsinin bu illə müqayisədə 10 faizdən çox azalması ilə büdcə ​“böyük neft pullarından əvvəlki dövrə” qayıdır:

“Manat ifadsəsində bu son 5 ilin ən kiçik büdcəsidi – yalnız 2011-ci ildə büdcə xərcləri 15.4 milyard manat səviyyəsində olmuşdu. Sonrakı 3 ildə - 2012-2014-cü illərdə 17.4-19.1 milyard manat intervalında, 2015-2016-cı illərdə isə 18 milyard manatdan çox olub. Dollar ifadəsində müqayisənin yeri yoxdu: 2017-də inidiki məzənnə ilə təxminən 10.4 milyar dollar nəzərdə tutulur. Halbuki sonuncu dəfə bu məbləğ 2007-ci ildən sonra olmayıb – 2008-c ildə 13.5 milyard dollar olmuşdu. Ən yüksək hədd 2014-də olmuşdu -24.5 milyard dollar. Bir sözlə büdcəmiz balacalaşıb böyük neft pullarından əvvəlki dövrə qayıdır”.

Rövşən Ağayev hesab edir ki, indiyə kimi büdcəni “Neft Fondu böyütdüyündən indi də gəlirlər azaldığından kiçildir”.

Onun fikrincə, vergi potensialı Neft Fondunun gələn ilin büdcəsindəki payının 1.5 milyard manat azalmasını kompensasiya etmək imkanında deyil:

“Dövlət büdcəsini Fond böyütmüşdü, o da kiçildir”.

Hökumət dövlət rüsumlarında 105 milyon manat, vergi qanunvericiliyinin pozulmasına görə cərimə və sanksiyalardan 90 milyon manat qazanacağını hesablayıb.

Bu illə müqayisədə hökumət ƏDV ilə ödəmə gözləntisini artırıb, Neft Fondundan ayırmanı isə təxminən 1 milyard manatdan çox azaldıb.

Büdcənin Naxçıvan yükü artacaq

Naxçıvanın 2017-ci il büdcəsi artımla proqnozlaşdırlır. Maliyyə Nazirlyinin açıqladığı məlumata görə, gələn il muxtar respublikanın gəlir və xərcləri bərabər (359.5 milyon manat) proqnozlaşdırlır ki, bu da 2016-cı illə müqayisədə 2.3% (8.1 milyon manat) çoxdur. Xərclərin 19.3%-i (69.5 milyon manatı) Naxçıvanın öz gəlirləri, 80.7%-i isə (290 milyonu) dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşacaq.

Naxçıvana ayrılan dotasiyanın həcmi bu illə müqayisədə 7.6 milyon manat artıb.

XS
SM
MD
LG