Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:39

Britaniya vaksin araşdırmalarına haker hücumları olduğunu deyir


Britaniya hökumətinin kibertəhlükəsizlik ekspertləri xəbərdarlıq ediblər ki, “düşmən ölkələr” haker hücumlarının köməyi ilə koronavirusa qarşı vaksin tədqiqatlarına müdaxilə etməyə çalışrılar.

Bu xəbəri ölkənin Milli Kibertəhlükəsizlik Mərkəzinin ekspertlərinə istinadən The Guardian qəzeti verib.

Ekspertlər bildirirlər ki, son vaxtlar belə hücumların sayı artmaqdadır. Onların fikrincə, haker hücumlarının arxasında Rusiya və İran və ehtimalən Çin rəhbərliyi durur.

Hazırda COVID-19 xəstəliyinin tədqiqatı ilə bütün dünya boyunca onlarca elmi mərkəz və universitet məşğul olur.

Ekspertlər bunu da bildiriblər ki, hakerlərin sistemə giriş əldə etdiklərini göstərən əlamətlər aşkar olunmayıb.

Vaksin araşdırmalarının kritik mərhələsi

İngiltərənin Oksford Universiteti bütün dünyada koronavirus vaksininin əldə edillməsi uğrunda gedən yarışda liderlərdən biridir.

Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzinin (MKTM) sözüçüsü bildirib ki, koronavirusla mübarizə səyləri üzərinə haker hücumları qətiyyətlə pislənməlidir.

Lakin ekspertlər bununla belə deyirlər ki, ölkə vahidlərinə haker hücumlarının ümumi fonu ciddi şəkildə dəyişməyib.

Hazırda yeni vaksinin insanlar üzərində sınaqdan keçirilməsi ilə məşğul olan Oksford Universiteti bildirib ki, tədqiqat sirlərinin qorunması üçün MKTM-lə əməkdaşlıq edir.

The Guardian xəbər verir ki, kliniki sınaqlar uğurla nəticələnərsə, Kembric şəhərində mənzillənmiş AstraZeneca əczaçılıq qrupu bu şəhərdəki universitetlə birlikdə vaksinin istehsalını və distribusiyasını həyata keçirəcək.

Britaniya əks-kəşfiyyatı səhiyyə sistemini qoruyacaq

Britaniya Milli Cinaəyt Agentliyinin keçmiş eksperti, Royal United Services analitik araşdırma mərkəzinin başçısı James Sullivan deyib ki, düşmən ölkələrin vaksin araşdırmalarını hədəfləməsi təsadüfi deyil:

“Pandemiya düşmən dövlərlər tərəfindən kiberfəallığın ümumi artımına səbəb olacaq. Bu kəşfiyyat məlumatının toplanmasə və pozuculuq işi ümün yebni fürsətdir. Biz bunu dezinformasiya kampaniyalarından, kibercasusluq fəaliyyətlərindən görürük. Bütün bunların siyasi gərginliyin artması üçün risk yaradır. Bu fəaliyyətin vaksinlərin işlənməsi sahəsinə yönəlməsi tamamilə gözlənilən idi”.

James Sullivan deyib ki, vaksin informasiyalarının əldə edilməsində həm düşmən kəşfiyyatlar, həmdə müətəşəkkil cinayətkar qruplar maraqlıdır.

Sullivan bunu da bildirib ki, haker hücumlarə habrelə səhiyyə sisteminin kibertəhlükəsizliyi sahəsində problemlərin olduğunu göstərib.

Bu ayın əvvəllərində səhiyyə naziri Matt Hancock Britaniyanın əsas kəşfiyyat orqanı olan Hökumət Kommuniskasiyaları Baş İdarəsinə Milli Səhiyyə Sisteminin kompüter şəbəkəsinə giriş verəmn ditrektivi inmzalayıb.

Çinə qarşı rəsmi ittiham hazırlanır

Bu arada ingilisdilli ölkələrin - “Beş Göz” qrupu üçün hökumətlər tərəfindən hazırlanmış dosyedə deyilir ki, Çin koronavirus epidemiyasının başlanması ilə əlaqədar dəlilləri gizlədib və ya məqsədli şəkildə məhv edib.

Kəşfiyyat ittifaqı olan “Beş Göz” qrupuna Britaniya, ABŞ, Kanada, Avstraliya v Yeni Zelandiya daxildir.

Australian Daily Telegraph qəzeti tərəfindən əldə olunmuş hökumət sənədində deyilir ki, Çinin belə hərəkəti on minlərlə insanın ölümünə bais olub.

Ekspertlər bildirirlər ki, belə bir dosyenin üzə çıxması Çinə qarşı səhlənkarlıq ittihamı ilə hüquqi hərəkət başlanacağını göstərir.

Sənəddə deyilir ki, Çin hökuməti virus barədə məlumatların yayılmaması üçün həkimləri və jurnalistləri susdurub.

Ötən ay Çində koronavirus məlumatlarına malik bir sıra jurnalist və həkimlərin yoxa çıxdığı xəbər verilmişdi.

XS
SM
MD
LG