Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:18

'Britaniya iqtisadi cəhətdən udub'- Oqtay Haqverdiyev


Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

►“Britaniya siyasi cəhətdən uduzsa da, iqtisadi cəhətdən udub”.

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, iqtisadçı Oqtay Haqverdiyev belə düşünür.

O, Britaniyanın Avropa Birliyini tərk etməsinə münasibət bildirib.

Onun sözlərinə görə, son on ildə Böyük Britaniyanın bu qurumda xərcləri digər Avropa Birliyi ölkələri ilə müqayisədə bir neçə milyard artıq olub:

Oqtay Haverdiyev: 'Britaniya iqtisadi cəhətdən udub'
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00
Direct-ə keçid

“O ölkələrin sponsoru kimi çıxış edirdi, indi pulu özünə qalacaq”, iqtisadçı əlavə edir.

Funt-sterlinqin dollara nisbətdə 10 faiz dəyər itirməsini iqtisadçı faciə saymır. Deyir ki, bu, valyuta bazarının siyasi qərara emosiyalı reaksiyasıdır, bir neçə günə funt-sterlinq öz dəyərini yenidən alacaq.

“Azərbaycan Britaniyada böyük sərmayəçi deyil”

Oqtay Haqverdiyev deyir ki, Britaniyanın bu qərarı Azərbaycanla iqtisadi əlaqələrə heç bir mənfi təsir göstərməyəcək, çünki Azərbaycan Böyük Britaniya iqtisadiyyatının böyük sərmayəçisi deyil, Britaniya isə daha çox bp şirkətinin timsalında Azərbaycan iqtisadiyyatında iştirak edir. Bu münasibətlər isə neft tükənənə qədər davam edəcək, keçmiş məmur belə düşünür.

Bəzi azərbaycanlıların İngiltərədə daşınmaz əmlak sahibi olmasına gəlincə, Oqtay Haqverdiyev hesab edir ki, bu, başqa müzakirənin mövzusudur, Britaniyanın Avropa Birliyi tərkibində qalıb-qalmamasından qaynaqlanan məsələ deyil:

“Orda evləri olan, uşaqları həmin ölkədə oxuyan oliqarxlarımız var. Ancaq bu qərar avropadaxili məsələdir, bunun orda biznesi, əmlakı olan azərbaycanlılara dəxli yoxdur”, – müsahibimiz əlavə edir.

XS
SM
MD
LG