Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:46

Britaniya ərzaq və yanacaq qıtlığı təhlükəsi ilə üz-üzədir


La Manşa gedən yolda yük maşınlarının növbəsi (Arxiv fotosu)
La Manşa gedən yolda yük maşınlarının növbəsi (Arxiv fotosu)

Ekpsertlər bildirirlər ki, Britaniyada iri yük maşını sürücülərinin çatışmazlığı aradan qaldırılmazsa, Milad bayramında təchizat əhəmiyyətli dərəcədə pozulacaq

Britaniyanın ticarət sənayesi sentyabrın 24-də hökumətə xəbərdarlıq olaraq bildirib ki, əgər qarşıdan gələn 10 gün ərzində yük maşını sürücülərinin çatışmazlığı aradan qaldırılmasa, ölkənin ən böyük bayramı olan Milad ərəfəsində ciddi təchizat fasilələri yarana bilər.

Reuters yazır ki, dünyanın beşinci iqtisadiyatı olan Britaniya COVID-19 karantinlərindən yenicə çıxıb, Avropada təbii qaz qiymətlərinin sıçrayışlı artımı, üstəlik də ölkədə Breksit sonrası yük maşını sürücülərinin çatışmazlığı ilə üzləşib.

BP şirkəti sürücü çatışmazlığına görə özünün bəzi yanacaqdoldurma məntəqələrini bağlayıb.

Shell, ExxonMobil və Esso şirkətləri də, paytaxt London da daxil bir sıra məntəqələrdə maşın növbələrinin yarandığını xəbər veriblər.

Reuters agentliyi bəzi yerlərdə dizel yanacağının tükəndiyini yazır.

Ölkənin bir çox supermarketləri və iri ərzaq və qida emalı müəssisələri sürücü çatışmazlığı barədə aylardır ki, həyəcan təbili çalırdılar.

Son aylarda topdansatış və supermarketlərin rəflərində bəzi malların yoxluğu kəskin hiss olunurdu.

Conson Braziliyadan kömək istəyibmi?

Ekpsertlər bildirirlər ki, Britaniyada ərzaq və qida daşıyan iri yük maşını sürücülərinin çatışmazlığı qarşıdan gələn 10 gündə aradan qaldırılmazsa, Milad bayramında təchizat əhəmiyyətli dərəcədə pozulacaq.

Qarşıdan gələn 10 gün ona görə həlledici sayılır ki, dekabrda keçirilən Milad bayramına ərzaq tədarükünə oktyabrdan başlanır.

Lakin baş nazir Boris Conson deyib ki, Britaniyanın “Avropanın xəstə adamı” adlandırıldığı, ölkəni inflyasiya və enerji qıtlığı bürüdüyü 1970-ci illərə qayıdış istisna olunur.

Bu arada Braziliya prezidenti Bolsonaro bugünlərdə demişdi ki, onunla Nyu Yorkda görüşən Conson ət və ət məhsulları təchizatı barədə təcili saziş bağlamağı xahiş edib.

Lakin hökumət belə bir söhbətin olduğunu inkar edir.

Kimdir günahkar - Breksit, yoxsa pandemiya?

Bununla belə hökumət xarici sürücülər üçün vizaların sərbəstləşdirilməsinə edilən çağırışlara hələki reaksiya verməyib.

Britaniyanın Avtomobil Yük Daşımaları Assosiasiyası yük maşını sürücüləri üçün qısamüddətli vizaların verilməsinə çağırıb.

Bəzi şərhçilər problemləri Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqələndirsələr də, Breksitin qatı tərəfdarı olmuş hökumət bu iradı özünə yaxın buraxmır.

Hökumət israr edir ki, problemlərə əsas səbəb pandemiyadır.

Assosiasiya bildirir ki, 25 min sürücü Britaniyanı Breksitə görə tərk etməyə məcbur olduqdan sonra indi ölkənin 100 min yük maşını sürücüsünə ehtiyacı var.

Hökumət nazirləri isə deyirlər ki, karantinlə bağlı 40 minədək sürücü vəsiqə üçün imtahan verə bilməyib.

XS
SM
MD
LG