Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 22:37

BMT məhkəməsi İranın ABŞ-dan şikayətinə baxa bilər


Beynəlxalq Ədalət Məhkəməsi
Beynəlxalq Ədalət Məhkəməsi

BMT-nin ən yüksək məhkəməsinin qərarında deyilir ki, İranın ABŞ sanksiyalarının qanuniliyi barədə şikayətinə baxıla bilər.

Haaqada mənzillənmiş Beynəlxalq Ədalət Məhkəməsi hakimlər şurasının əksəriyyəti fevralın 3-də qəbul edilmiş qərara səs verib.

Qərarda deyilir ki, bu məhkəmə qurumu ABŞ-ın İrana qarşı sanksiyalarının qanuniliyi barədə hökm çıxarmaq səlahiyyətindədir.

İran məhkəməyə 2018-i ildə ovaxtkı prezident Donald Tramp öz ölkəsini birtərəfli qaydada 2015-ci il sazişindən çıxaranda müraciət etmişdi.

Bunun ardınca Tehranın üzərinə ABŞ sanksiyaları bərpa olunmuşdu.

İran iddia edirdi ki, sanksiyalar iki ölkə arasında hələ şah dövründə, 1955-ci ildə imzalanmış dostluq müqaviləsinin şərtlərinə ziddir.

Məhkəmənin hələ 2018-ci ilin oktyabrında çıxarılmış hökmündə deyilirdi ki, Vaşinqton İran üzərinə dərmanlar və tibb avadanlığı, ərzaq və kənd təsərrüfatı ticarəti ilə bağlı bütün sanksiyalarını dayandırmalıdır.

Məhkəmənin qərarında deyilir ki, sanksiyalar İran ərazisindəki əhalinin humanitar ehtiyaclarına şamil edilə bilməz.

Lakin Tramp administrasiyası məhkəmənin bu ilkin qərarına cavab olaraq ABŞ-ı İranla 1955-ci il müqaviləsindən çıxarmışdı.

Bir addım mən atım, bir addım sən at

Beynəlxalq Ədalət Məhkəməsinin bu işə baxılmasını öz üzərinə götürməsinə baxmayaraq proses aylarla davam edə bilər.

Üstəlik də Beynəlxalq Ədalət Məhkəməsinin qərarları hüquqi məcburiyyət tələb etmir.

Buna baxmayaraq İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif məhkəmə qərarını öz ölkəsi üçün uğur hesab etdiyini bildirib:

“2018-ci il oktyabr hökmündən sonra İran daha bir hüquqi qələbə qazanıb. İran büynəlxalq qanunlara daim riayət edib. Birləşmiş Ştatların da bu qanunlara əməl etməsinin vaxtıdır”.

Bu məhkəmə qərarı ABŞ-ın yeni prezidenti Co Baydenin İranla 2015-ci il sazişinə qayıtmağı götür-qoy etdiyi bir vaxta təsadüf edib.

ABŞ-ın 2015-ci il sazişindən birtərəfli çıxmasına cavab olaraq İran da razılaşma ilə üzərinə götürdütyü öhdəliklərdən tədricən geri çəkilib.

İndi Tehran özünün öhdəliklərinə qayıtması üçün ABŞ-ın sanksiyaları qaldırmasını tələb edir. Vaşinqtonsa əksinə bu qənaətdədir ki, əvvəlvcə İran öz öhdəliklərinə əməl etməlidir.

Avropa tarazlaya bilər

Bundan başqa Vaşinqton hesab edir ki, bu saziş gələcəkdə daha təkmil sənədlə əvəz olunmalı, yeni razılaşmaya İranın ballistik raket proqramına məhdudiyyətltlər də daxil edilməlidir.

Fevralın 3-də İran prezidenti Həsən Ruhani 2015-ci il sazişinə hər hansı düzəliş və ya əlavə olunmasını istisna edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə təklif edib ki, Avropa İttifaqı Tehran və Vaşinqton arasında tarazlayıcı rol oynaya bilər.

Onun fikrincə Avropanın vasitəçiliyi ilə İran və ABŞ sazişin şərtlərinə eyni vaxtda tədricən qayıda bilərdilər.

2015-ci ildə imzalanmış nüvə sazişi İran, ABŞ, Britaniya, Fransa, Çin, Rusiya və Almaniya tərəfindən imzalanıb.

XS
SM
MD
LG