Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:35

Bloqqer Mehman Hüseynova 'hə' deyildi? [video]


Mehman Hüseynov
Mehman Hüseynov

Martın 27-də paytaxtın Səbail Rayon Məhkəməsində həbsdə olan bloqqer Mehman Hüseynovun işgəncəyə məruz qalmasına dair şikayətinə baxılıb.

Bakı Şəhər Prokurorluğu Mehman Hüseynovun yanvarın 9-da inzibati qaydada saxlanılarkən, Nəsimi Rayon Polis İdarəsində işgəncəyə məruz qalması barədə söylədiklərini əsassız sayıb və cinayət işi başlanması üçün onun müraciətilə bağlı rədd qərarı çıxarıb. Mehman Hüseynovun vəkilləri prokurorluğun bu qərarından məhkəməyə şikayət ediblər.

Buna da bax:​ Mehman Hüseynova bəraət istənilir

Qapalı keçirilən məhkəmə haqda AzadlıqRadiosu-na məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, prokurorluğun cinayət işinin başlanmasından imtina qərarı ilə bağlı materiallar nə Mehman Hüseynovla müdafiəçilərinə, nə də məhkəməyə təqdim olunub. Vəkillər bu səbəbdən həmin materialların prokurorluqdan alınması haqda vəsatət qaldırıblar. Vəsatət təmin olunub. Hakim Aytən Əliyeva prokurorluğun rədd materiallarını məhkəməyə təqdim etməsindən ötrü martın 28-dək vaxt verib.

Mehman Hüseynovun özünün də qatıldığı məhkəmədə onun vəkilləri bir neçə başqa vəsatət də qaldırıblar. Müdafiəçilər əlavə şahidlərin dindirilməsini, Nəsimi Rayon Polis İdarəsində olan videokameraların yaddaşındakı görüntülərə baxış təşkil edilməsini və Mehman Hüseynovun tibbi komissiyadan keçirilməsini istəyiblər. Hakim bu vəsatətlərə münasibət bildirməyib. Məhkəmə martın 28-də davam edəcək.

Buna da bax:​ Mehman Hüseynovun işgəncəylə bağlı şikayətinə baxılacaq

Buna da mütləq bax:

Mehman Hüseynovu məhkəməyə gətirdilər
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Xatırlatma

Yanvarın 9-da axşam bloqqer Mehman Hüseynovun yoxa çıxmasıyla bağlı sosial mediada məlumat yayılmış və bir gün sonra - Nəsimi Rayon Məhkəməsində hakim önünə çıxarılarkən, onun 22 saylı polis bölməsində saxlandığı məlum olmuşdu.

Nəsimi Rayon Məhkəməsi bloqqeri polisin qanuni əmrinə tabe olmamaqda təqsirli bilərək, onu 200 manat cərimələmişdi. Mehman Hüseynov məhkəmədən sonra ona polisdə işgəncə verildiyini iddia etmişdi.

Buna da bax: Avropanın bir neçə şəhərində 'Mehman Hüseynova azadlıq' şüarları səslənib

Bu açıqlamanı polisə böhtan sayan Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə üz tutmuşdu.

Həmin şikayət əsasında Suraxanı Rayon Məhkəməsi martın 3-də bloqqerə 2 il həbs cəzası kəsmişdi.

XS
SM
MD
LG