Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:26

Biznesə 14 dövlət qurumu müdaxilə edirsə, belə ölkəyə kim pul qoyar?


Polis kinoteatrı zorla binadan çıxarır - çəkişmənin səbəbi nədir?
Gözlə

No media source currently available

0:00 0:14:56 0:00

Polis kinoteatrı zorla binadan çıxarır - çəkişmənin səbəbi nədir?

2019-cu ilin ilk 3 ayında Azərbaycanda yatırılan sərmayələr ötən illə müqayisədə 9 faiz azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici sərmayələr də azalıb. Beləki, 2017-ci ildə əsas kapitala yönələn vəsaitin 55 faizi xarici mənbələr hesabına olmuşdusa, 2018-ci ildə bu göstərici 30 faizə enib.

Ötən həftə, aprelin 30-da Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev də bu problemə toxunub. Bildirib ki, əsas məsələ bürokratik əngəlləri aradan götürməkdir:

“Biz potensial investoru cəlb etməliyik, investoru axtarmalıyıq, ona sübut etməliyik ki, Azərbaycana sərmayə qoysun. Ancaq bəzi hallarda hansısa yerli və ya xarici şirkət investisiya qoymaq istəyəndə onun qarşısında süni, bürokratik və digər əngəllər yaradılır. Bu, tamamilə qəbuledilməzdir, buna yol vermək olmaz. İnvestisiyaların cəlb edilməsi hər bir ölkənin iqtisadi inkişafı üçün əsas şərtlərdən biridir”.

İlham Əliyev bildirib ki, sərmayədarların Azərbaycana həvəslə vəsait yatırmasına dövlət özü dəstək verəcək.

Bəs, Azərbaycana sərmayə qoyuluşlarına nə əngəl olur? Sərmayədarı ölkəyə cəlb etmək üçün nələrə ehtiyac var? Dövlət bu sahədə hansı dəstəyi göstərə bilər?

İşadamı Nazim Bəydəmirli düşünür ki, ilk növbədə özbaşınalıq, inhisar kimi ciddi problemlər aradan qaldırılmalıdır. Onun özü türkəyəli ortaqları ilə birlikdə 2013-cü ildə Azərbaycanda dəmir biznesinə sərmayə yatırıb. Amma cəmi iki il sonra biznesini Azərbaycandan çıxarmaq məcburiyyətində qalıb:

“Kifayət qədər böyük vəsait yatırmışdıq. Müəssisəmizin milyonlarla manat vəsaiti vardı. Günün birində başqa bir şirkət özünə qoçu dəstəsi yaradır, arxasında duran məmura güvənərək digər müəssisələri bazardan çıxardır, onların fəaliyyətini zorla dayandırmağa məcbur edir. Biz bu barədə çox götür-qoy edəndən sonra bu sahədən çıxdım. Digər qonşu ölkələrə vəsait yatırmağa məcbur qaldım”.

Nazim Bəydəmirli deyir ki, onların müəssisəsində yüzlərlə işçi çalışırdı, müəssisənin fəaliyyəti dövründə milyonlarla manat vergi ödənib. Bildirir ki, sərmayədarın ölkədən getməsi nəticəsində iş yerləri, büdcəyə ödənişlər azalır. Bir sözlə, ölkə iqtisadiyyatı zəifləyir.

Bəs, prezidentin özünün də bu problemdən danışmasından sonra bu sahədəki problemlər həllini tapa biləcəkmi?

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Azərbaycanda xarici sərmayəyə hansı əngəllər var?
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Müxalif Real Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyir ki, bu sahədə problemlər uzun illərdir davam edir. O hesab edir ki, hökumət investorları cəlb etmək istəyirsə, bu sahədə ciddi islahatlara getməli, problemləri aradan qaldırmalıdır:

“Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük məsələsi həll olmalıdır. İnvestorların rahat fəaliyyəti üçün məhkəmə hakimiyyətində ciddi islahatlar aparılmalıdır. Biznesin işinə müdaxilə edəcək 14 dövlət qurumu minimuma endirilməlidir. Bu dəyişiklər edilsə, Azərbaycana investorları cəlb etmək mümkündür”.

Natiq Cəfərli deyir ki, bir sərmayədar hansısa bir ölkəyə vəsait yatırmaq istəyirsə, ilk növbədə onun beynəlxalq reytinqlərinə diqqət yetirir. Həmin ölkədə vergi və gömrük qanunvericiyi, beynəlxalq hüquq çərçivəsində fəaliyyəti, məhkəmələrin azadlığına baxırlar. Natiq Cəfərli deyir ki, bu tələbləri ödəməyən ölkələr sərmayədarları cəlb etmir.

Böyük sərmayəçilərin diqqətlə izlədikləri reyting agentliklərindən biri də “Moody’s Inverstors Sevrice”dir. Bu agentlik aprelin 12-də Azərbaycanın reytinqini "Ba2" səviyyəsində, stabil saxlayıb. Bu reytinq investisiya üçün əlverişli sayılmır.

Təşkilat qeyd edir ki, hökumət kredit mövqeyini möhkəmləndirib, bank sektorunda risklər azalıb. Amma bununla belə Agentlik Mərkəzi Banka üzən məzənnə siyasəti ilə bağlı xəbərdarlıq edib. Qeyd edib ki, Azərbaycanda məzənnənin sabit qalması iqtisadiyyatın sağlamlığına ziyan vura bilər.

XS
SM
MD
LG