Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:18

İsa Qəmbər: 'Əliyev rejimi qırmızı həddi keçir'


"Siyasi məhbusun son mənzili". Karikatura. Gündüz Ağayev. 30aprel2017
"Siyasi məhbusun son mənzili". Karikatura. Gündüz Ağayev. 30aprel2017

Elnur Astanbəyli isə baş verənləri belə şərh edir: “Bu, önləyici, qabaqlayıcı addımdır. Ölkədə sosial-iqtisadi vəziyyət ürəkaçan deyil. Hakimiyyət yerdə qalan demokratik, narazı qüvvələri aradan götürmək, həm də cəmiyyətə mesaj vermək istəyir ki, o, güzəştsiz, aqressiv olacaq”.

Həbsdəkı və azadlıqdakı fəallara təzyiqlər artmaqdadır. Bloqqer Mehman Qələndərovun ölümü və müəmmalı dəfni, “Heykəl” və ya “qrafiti məhbusu” kimi tanınan Bayram Məmmədova, 3 il öncə həbs edilən NİDA-çılardan bircə həbsdə qalan və əfv ərizəsi yazmaqdan imtina edən İlkin Rüstəmzadəyə təzyiqlər, hüquq müdafiəçisi Bəşir Süleymanlının xəbərdarlıq etmədən “bandotdel”ə aparılması haqda xəbərlər gəlməkdədir.

Buna da bax:​ Mehman Qələndərovla bağlı Təhqiqat Qrupu yaradılacaq

Mehman Qələndərov
Mehman Qələndərov

Hələlik, rəsmi qurumlar məlumatları nə təsdiqləyir, nə də yalanlayırlar. Ancaq yenə də sual yaranır: “Nə baş verir? Baş verənlərin bir-biriylə əlaqəsi varmı? Hakimiyyət siyasi kursu yenidən sərtləşdirirmi?”

İsa Qəmbər: “Əliyev rejimi qırmızı həddi keçir”

“Əliyev rejiminin sosial dayaqları getdikcə zəifləyir. İstər ölkədə, istərsə də beynəlxalq aləmdə uğursuzluqlarla üzləşir. O, səhvlərini etiraf etmək, azadlıqları təmin etmək əvəzinə azadlıqları daha da məhdudlaşdırır, ölkədə qorxunu, xofu artırır, fərqli düşünən insanları qorxutmağa, onlara qarşı daha da sərtləşməyə çalışır”, – Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər baş verənləri bu cür dəyərləndirir. O, son illər siyasi hakimiyyətin yeni tendensiya formalaşdırdığını, həbs edilən fəallara basqını artırmaqla “ya sındırmağa, ya da sonradan əməkdaşlığa cəlb etməyə” çalışdığını bildirir.

Buna da bax: Həbsxanada özünü asdığı deyilən bloqqer dəfn olunub (Video)

İsa Qəmbər
İsa Qəmbər

İsa Qəmbər bu addımı “yolverilməz” sayır və bununla da “Əliyev rejiminin qırmızı həddi keçdiyi, hətta yazılmamış qanunları belə pozduğunu” söyləyir. Onun qənaətincə, belə rəftarın iqtidar üçün də ağır nəticələr doğuracaq. Bu durumdan narahat olduğunu bildirən mərkəz rəhbəri “demokratik düşərgənin toparlanmalı olduğunu” düşünür.

Şahin Hacıyev: “Bu, qisasdır”

“Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev bu cür hadisələrin vaxtaşırı baş verdiyini yada salır. Onun fikrincə, baş verənlər hakimiyyətin siyasi opponentlərinə “mənfi münasibətinin dəyişməz qaldığının göstəricisidir”, ikincisi də, beynəlxalq miqyasda gələn tənqidlərə verdiyi cavabdır. O, “bizim işimizə qarışmayın, nə istəyirik onu da edərik” mesajının verildiyini bildirir:

Şahin Hacıyev: ''Bizim işimizə qarışmayın, nə istəyirik onu da edərik' mesajı verirlər'
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00
Direct-ə keçid

Buna da bax:​ Hüquq müdafiəçisindən xəbər yoxdur

Şahin Hacıyev
Şahin Hacıyev

“Bilirsiz ki, Avropa Şurasında korrupsiya qalmaqalı baş verdi, Azərbaycan da ittiham edildi, tələblər səsləndirildi. Hər dəfə siyasi məhbus məsələsi gündəmə gələndə Bakıdan əks reaksiya verilir. Bu baş verənlər həmin tələblərə verilən cavabdır. Bundan başqa, həmin gəncləri cəzalandırırlar, başqalarına dərs vermək üçün göstərmək istəyirlər ki, bu davranış bağışlanmır. Bu, sırf qisasdır. İkincisi də, bu insanları sındırmaq istəyirlər”.

O ki qaldı, Bəşir Süleymanlının naməlum istiqamətdə aparılmasına, redaktor bununla bağlı şərh verməyə tələsmir, gözləməyi tövsiyə edir.

Buna da bax: "Yaxın qohumlara təzyiq ənənəyə çevrilib"

Deputat: “Cəza verilməsinin tərəfdarı deyiləm”

AzadlıqRadiosu baş verənlərlə bağlı deputatlardan da mövqe öyrənməyə çalışıb. Asim Mollazadə bu deyilən məsələlərdən xəbərsiz olduğunu, ona görə şərh verə bilməyəcəyini, yalnız araşdırma apardıqdan sonra açıqlama verə biləcəyini söyləyir.

Deputat Rövşən Rzayev də təxminən eyni cavabı verib. Ancaq o, AzadlıqRadiosu-na bunu da söyləyib ki, məhkəmənin haqqında hökm verdiyi şəxsə əlavə təzyiq göstərilməsinin tərəfdarı deyil: “Mənə elə gəlir ki, təzyiq göstərilməsi düzgün deyil. Bunu araşdırmaq lazımdır. Amma hər halda, bunlar törətdikləri əmələ görə cəzalarını alıblar, indi də... Çətindir nəsə demək, amma mən cəza tərəfdarı deyiləm”.

Rövşən Rzayev: "Mən cəza tərəfdarı deyiləm"
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00
Direct-ə keçid

Buna da bax:​ Hökumət 'Azadlıq.org'u bloklamaq üçün məhkəməyə müraciət edir

Elnur Astanbəyli: “Önləyici addımdır... Güzəştsiz, aqressiv olacaq”

Elnur Astanbəyli
Elnur Astanbəyli

Köşə yazarı Elnur Astanbəyli isə baş verənləri “konkret amillə” izah etməkdə çətinlik çəkir. O, cəmiyyətdə “çox ciddi siyasi fəallıq” duyulmadığını, əksinə “durğunluq” yaşandığını, buna görə də baş verənlərin “qəribə təsir” bağışladığını bildirir. Amma bir ehtimalı var.

Elnur Astanbəyli: "Cəmiyyətə mesaj vermək istəyir ki, o, güzəştsiz, aqressiv olacaq"
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00
Direct-ə keçid

“Bu, önləyici, qabaqlayıcı addımdır. Ölkədə sosial-iqtisadi vəziyyət ürəkaçan deyil. Hakimiyyət yerdə qalan demokratik, narazı qüvvələri aradan götürmək, həm də cəmiyyətə mesaj vermək istəyir ki, o, güzəştsiz, aqressiv olacaq”, – Elnur Astanbəyli deyir.

XS
SM
MD
LG