Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:26

Belarusda pedofillərin axtalanması təklif edilib


Belarusun Baş Prokurorluğu ölkənin Cinayət Məcəlləsinə düzəlişlər təklif edib.

Bu düzəlişlərə görə pedofillərin kimyəvi axtalanması – kastrasiyası qanuniləşdirilir və “qeyri-ənənəvi cinsi münasibətlərə görə” cəza nəzərdə tutulur.

Düzəlişlərə görə pedofiliyaya görə məhkum edilənlərin məcburi müalicəsi tətbiq edilməlidir.

Belarusun Baş Prokurorluğu bildirib ki, pedofiliyanın müalicəsi üçün pedofiliyanın alqoritmlərini ehtiva edən kliniki protokol artıq işlənib hazırlanıb.

Bura həm də pedofillərin axtalanması daxildir.

Lukaşenka bəyənib

Təkliflərdə həm də “qeyri-ənənəvi cinsi münasibətlərin təbliğatı və cins dəyişdirilməsi hallarına görə" valideynlərin məsuliyyəti gücləndirilir.

Bundan başqa təhsil müəssislərində uşaqların və gənclərin icbari cinsi tədrisi nəzərdə tutulur.

Baş Prokurorluğun mətbuat xidməti bildirir ki, Alyaksandr Lukaşenka artıq bu təklifləri dəstəklədiyini deyib.

Bundan əvvəl Lukaşenka Belarusda uşaqsız ailə təbliğatını cinayət əməli hesab etməyi təklif etmişdi.

O bildirirdi ki, bütün bunlar Belarusu “əhalisizləşdirmək” üçün müxtəlif fəndlərlə həyata keçirilən siyasətdir.

XS
SM
MD
LG