Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:39

ABŞ-da Azərbaycan və Ermənistan arasında sülh sazişi müzakirə edilib


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan. Vaşinqton. 27 iyun 2023
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan. Vaşinqton. 27 iyun 2023

Üçtərəfli görüş

XİN-in məlumatına görə, ikitərəfli görüşlərdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ dövlət katibi ilə üçtərəfli görüşü keçirilib: "Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında" ikitərəfli Saziş layihəsi üzrə danışıqların növbəti raundunun 29 iyun tarixinə qədər davam etməsi nəzərdə tutulub".

Üçtərəfli görüşdən öncə ABŞ dövlət katibinin Ermənistan xarici işlər naziri ilə də görüşdüyü bildirilir.

Ermənistan rəsmiləri, bir qayda olaraq, bildirirlər ki, onların silahlı qüvvələri Qarabağdan tam çıxarılıb. Onların vurğulamasına görə, Qarabağın "müdafiə" ordusunun onlara aidiyyəti yoxdur.

Blinken-Bayramov görüşü

İyunun 27-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində bu ölkənin dövlət katibi Entoni Blinken ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, tərəflər Azərbaycanla Ermənistan arasında "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında" ikitərəfli Saziş layihəsi üzrə danışıqların perspektivlərini, hazırkı regional vəziyyəti müzakirə ediblər.

Açıqlamaya görə, C.Bayramov saziş layihəsində əhatə olunmuş məsələlər üzrə Azərbaycanın mövqeyi və yanaşmalarını diqqətə çatdırıb: "Sülh prosesinin uğurla nəticələnməsi üçün… Azərbaycan ərazilərindən hələ də tam olaraq çıxarılmayan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının, ərazi bütövlüyü və suverenliyə həm sözdə, həm də əməldə riayət edilməsinin vacib olduğu bildirilib".

Paşinyandan 44 günlük savaş etirafı: 'Qarabağın müstəqilliyindən imtina etsəydik...'
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00

Nazirlərin görüşü iyunun 29-dək davam edəcək

Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlərinin danışıqları iyunun 29-dək davam edəcək. Bunu Dövlət Departamentinin rəsmi təmsilçisi Metyu Miller (Matthew Miller) deyib. Onun sözlərinə görə, danışıqlar iyunun 27-də başlanır, 29-dək davam edəcək.

"Biz, əvvəlki kimi, inanırıq ki, sülh əlçatandır, birbaşa dialoq davamlı və layiqli sülhün əldə olunması üçün qalan məsələlərin həllində açardır", – Miller deyib. O əlavə edib ki, "çox həssas" diplomatik müzakirələr aparılacaq, həftə ərzində əlavə detallar bilinəcək.

Dövlət katibi Entoni Blinken (Antony Blinken) əvvəlcə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, daha sonra isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Bundan sonra üçtərəfli görüş gözlənir.

Paşinyan 44 günlük savaşla bağlı sirləri açdı: "Putin dedi ki, Əliyev..."
Gözlə

No media source currently available

0:00 0:05:35 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il noyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə imzalanan atəşkəs bəyanatı ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında illərdir sülh danışıqları getsə də, hələlik, müsbət nəticə əldə edilməyib.

XS
SM
MD
LG