Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:28

Co Bayden Svyatlana Tsixanovskaya ilə görüşüb


Co Bayden iyulun 28-də  Ağ Evdə Belarusda prezidentliyə keçmiş müxalifət namizədi Svyatlana Tsixanovskaya ilə görüş keçirib
Co Bayden iyulun 28-də  Ağ Evdə Belarusda prezidentliyə keçmiş müxalifət namizədi Svyatlana Tsixanovskaya ilə görüş keçirib

Görüşdən sonra Tsixanovskaya Twitter-də yazıb ki, Bayden onu Ağ Evdə salamlamasından şərəf duyduğunu deyib

ABŞ prezidenti Co Bayden iyulun 28-də Ağ Evdə Belarusda prezidentliyə keçmiş müxalifət namizədi Svyatlana Tsixanovskaya ilə görüş keçirib.

Bu barədə məlumatı CurrentTime telekanalına Tsixanovskayanın özü məlumat verib.

Görüşdən sonra Tsixanovskaya Twitter-də yazıb ki, Bayden onu Ağ Evdə salamlamasından şərəf duyduğunu deyib.

Onun sözlərinə görə ABŞ prezidenti milyonlarla mərd belarusun azadlıq uğrunda mübarizəsində onlarla həmrəy olduğunu bildirib.

Svyatlana Tsixanovskaya hazırda Dövlət Departamentinin dəvəti ilə Birləşmiş Ştatlarda səfərdədir.

Belarus müxalifətinin lideri artıq indiyədək bir sıra yüksək vəzifəli ABŞ rəsmiləri, konqresmenlər və senatorlarla görüşlər keçirib.

Tsixanovskaya iyulun 19-da dövlət katibi Entoni Blinken və onun siyasi məsələlər üzrə müavini Viktoriya Nuland və Dövlət Departamentinin müşaviri Derek Şolle ilə görüşmüşdü.

CurrentTime xəbər verir ki, bu görüşlərdə Ryanair şirkəti təyyarəsinin Belarus hakimiyyəti tərəfindən qaçırılması, Alyaksandr Lukaşenka rejiminin vətəndaş cəmiyyəti və media üzərinə hücumları, habelə Minskin bilərəkdən Litva ərazisinə qanunsuz miqrant axını yaratması müzakirə olunub.

“Mən istəyirəm ki, ABŞ lider olsun...”

Tsixanovskaya görüşlər zamanı ABŞ rəsmilərindən Belarusun müstəqil media və jurnalist təhqiqartlarına dəstək verilməsini, habelə Lukaşenka rejimi üzərinə siyasi və iqtisadi təzyiqlərin artırılmasını xahiş edib.

Svyatlana Tsixanovskaya Belarus rejimi ilə müxalifət arasında mümkün danışıqlarda ABŞ-ın vasitəçi rolu oynamasını istəyir.

Müxalifət lideri həmçinin ABŞ-ı Belarus cəmiyyətini Lukaşenka rejiminin repressiyalarından qorumağa çağırıb.

Amerikanın səsi radiosuna müsahibəsində Tsixanovskaya deyib:

"Mən istəyirəm ki, bütün dünya ölkələri Belarusa diqqət yetirsinlər. Hərçənd başa düşürəm ki, dünyada çox sayda müxtəlif problemlər var. Amma biz bütün dünya üçün ümumi olan dəyərlər uğrunda mübarizə aparırıq. Mən istəyirəm ki, ABŞ bu mübarizədə lider olsun”.

O deyib ki, Qərb Belarusda bütün siyasi məhbusların azad edilməsi tələbi ilə Lukaşenka rejiminə təzyiq göstərməlidir.

XS
SM
MD
LG