Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:14

Azərbaycana banan vuran ingilis ər-arvad kimdir?


►Maraqlı olan budur ki, adıçəkilən ingilis ər-arvad Britaniyada sayı 100-ə yaxın olan digər şirkətlərin direktoru vəzifəsində bir-birlərini əvəz edirlər

Dükan-bazarda tropik və sitrus meyvələrinin artdığını demək çətindir.

Hər şey elə əvvəlki qaydasındadır. Yəni, bananın, portağalın, limon piştaxtalarda artmayıb, əksinə qiymətlər yüksəlib.

Amma gömrük məlumatlarına baxsaq, bunun əksini görərik.

Bu ilin doqquz ayında ölkəyə 14 867,2 ton banan gətirilib. Əvvəlki ilin eyni dövründə bu rəqəm 5683,6 ton idi. Hətta builki göstərici bütün 2014-cü ildəkindən 2 dəfə çoxdur.

Rəsmi hesabatlara görə, 2014-cü ildə Azərbaycan 7630,2 ton Ekvador bananı satın alıb, yəni Dövlət Gömrük Komitəsinin əvvəlki il üçün bəyan etdiyi idxal həcmindən 1217,5 ton az.

Bu həmin ildir ki, ölkə əhalisi təkcə Ekvador deyil, uzün fasilədən sonra başqa bir ölkənin - Kosta-Rikanın (104,8 ton) da bananının tamını bilmişdi.

Rəsmi idxalı artan həm də qoz ləpəsi, hindqozu, badam, limon, mandarin, portağal, şabalıd və başqa meyvələrdir.

Göründüyü kimi, meyvə idxalında artım nəzərəçarpacaq dərəcədə yüksəkdir. Yeganə istisna kividir. Ötən ilin üç rübündə İrandan 2693,7 ton kivi gətirilmişdisə, bu il Çin, Yunanıstan və İrandan 1260,5 ton kivi idxal olunub.

Buna da bax: Banka borcu olduğu üçün həbs olunmaq istədi

İdxal coğrafiyasına gəldikdə, portağal əsasən Türkiyədən – 5454,8 ton, Misirdən – 2022,5 ton, İrandan – 1892,5 ton, Pakistandan – 916,4 ton və Cənubi Afrika Respublikasından – 893 ton gətirilir. Limonu əsasən Türkiyə (5191,6 ton) və CAR-dan (3929,3 ton) alırıq. Ananası bir ucu Kosta-Rikadan (221,3 ton), o biri ucu Tailanddan (611,5 ton) daşıyırlar.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Gömrük Komitəsinin məlumatına görə, əgər 2014-cü ilin yanvar-sentyabr aylarında 7 milyon 77,5 min ABŞ dolları dəyərində meyvə idxal edilmişdisə, bu il həmin göstərici təqribən 4 dəfə artaraq, 27,4 milyon dollara çatıb.

Hakimiyyətdaxili mübarizənin də bu məsələyə təsirləri vardır.

İqtisadçı ekspert Qubad İbadoğlu AzadlıqRadiosuna bu məqamları şərh edərkən deyib ki, mətbuatda güzgü statistikasının nəticəsi olaraq aşkara çıxarılmış qeyri-leqal dövriyyə barədə dərc olunanlar gec də olsa effekt verir:

"Aksizli malların, xüsusilə də avtomobillərin idxalının azalması gömrüyün büdcə öhdəliklərini yerinə yetirməsində çətinliklər yaradır. Bu rakursdan baxdıqda bunu idxal həcmlərinin leqallaşdırılması kimi dəyərləndirmək olar. Lakin sual yaradan bir məqam var ki, bu da məhsulların rüsumlara cəlb edilməsi üçün bəyan edilən aşağı qiymətləridir”.

Söhbət digər ərzaq məhsulları kimi, tropik və başqa meyvələrin gömrükdə bəyan edilən qiyməti ilə pərakəndə satış qiymətləri arasındakı kəskin fərqdən gedir.

Q. İbadoğlu hesab edir ki, hakimiyyətdaxili mübarizənin də bu məsələyə təsirləri vardır. Onun fikincə, bir məhsul üzrə uzunmüddəttli monopoliya çox suallar doğurur və onun oliqopollaşması üçün zərurət yaranır. BMT-nin məlumatına görə, 2010-cu ildə Uruqvaydan Azərbaycana 25 129,9 ton banan göndərilib. Azərbaycanın rəsmi statistikasında isə bunun 19 240 tonu əksini tapıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, 2009-cu ildə Azərbaycana 26 284 ton banan daxil olmuşdu.

Hazırda Azərbaycana təzə meyvə idxalını hansı şirkətin həyata keçirdiyi məlum deyil. Bir il əvvəl bu işlə “Alyans-Trans” MMC, “Natural Fruit” MMC, “Aqro-Vest İMP” MMC və “Asadov Capital Azərbaycan” MMC məşğul idi. İki il əvvəl yaradılan “Natural Fruit” MMC bir müddət öncə məlum olmayan səbəbdən ləğv edilərək bazardan çıxıb. İdxalçılardan “Aqro-Vest İMP” MMC-nin də adı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin meyvə idxalı üçün uyğunluq sertifikatı almış şirkətlərin siyahısında deyil.

Buna da bax: Hərənin öz matəmi... (Karikatura)

Digər iki şirkətin eyni qrupa aid olduğu bildirilir. “Alyans-Trans” MMC “Best Agro Trans Limited” (BAT Holding) qrupuna daxildir. Hakimiyyətdə təmsil olunan bir şəxs tərəfindən himayə olunduğu bildirilən bu şirkət isə öz növbəsində “Asadov Capital” şirkətinə bağlıdır. İkincinin korporativ saytında bildirilir ki, o, 2002-ci ildən başlayaraq Azərbaycan, Türkiyə, Rumıniya və Gürcüstana banan və başqa meyvələrin ixracı ilə məşgul olur. Bu şirkətin Ukrayna və Rusiyada da törəmə şirkətləri var.

Azərbaycanda 2008-ci ildə “Asadov Capital Azərbaycan” MMC kimi qurulan bu şirkətin bir başı Londona gedib çıxır. “Asadov Capital ltd” şirkətinin 2006-ci ilin mart ayında Sara və Edvard Petre-Maerslər tərəfindən təsis edildiyi, Gürcüstanda “Asadov Fruit Limited” törəmə şirkətinin olduğu məlumdur. Aktivləri milyonlarla funt-sterlinqlə ölçülən hər iki şirkətin meyvə ticarəti ilə məşğul olduğu qeyd olunur. Maraqlı olan budur ki, adıçəkilən ingilis ər-arvad Britaniyada sayı 100-ə yaxın olan digər şirkətlərin direktoru vəzifəsində bir-birlərini əvəz edirlər.

XS
SM
MD
LG