Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:40

Rasim Məmmədovun cəzası 3 ay azaldılıb


Rasim Məmmədov
Rasim Məmmədov

"Baku Steel Company" MMC-nin (poladəritmə zavodu) Müşahidə Şurasının keçmiş sədri, 2 il yarımdır həbsdə olan Rasim Məmmədovun cəzası 3 ay azaldılıb. Buna iyunun 6-da Bakı Apellyasiya Məhkəməsində qərar verilib. Qərara əsasən, onun üzərindəki 14 illik azadlıqdan məhrumetmə cəzası 13 il 9 aya endirilib.

İşadamı haqqında 2022-ci ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökm qalan hissədə dəyişməyib. Bu hökmə əsasən, Məmmədovun özü və yaxınlarının adına olan 60 milyon manatdan artıq dəyərində əmlak müsadirə olunmuşdu. Bu üzdən hökmdən Məmmədovun özü ilə yanaşı, həmin əmlakların sahibləri də apellyasiya şikayəti vermişdi. Hətta şikayətçilər arasında "Baumant Sales LLP" adlı Britaniya şirkəti də vardı.

47-yaşlı Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək "Baku Steel Company"dən 185 milyon manatlıq mənimsəmədə, qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması kimi əməllərdə ittiham olunur.

Lakin o, özünü təqsirli bilmir. Apellyasiya şikayətində də hökmün ləğvini, ona bəraət verilməsini və əmlaklarının geri qaytarılmasını istəmişdi. Məhkəmədəki çıxışlarında da heç bir cinayət törətmədiyini, təqsirsiz olduğunu, yalan məlumatlar əsasında, qondarma ittihamlarla həbs olunduğunu vurğulayıb. Onun sözlərinə görə, öz zavodunun vəsaitlərini mənimsəməkdə ittiham olunması absurddur.

İşadamı Bakı Ağır Cinayətlər Məhkəməsindəki çıxışında vurğulamışdı ki, 2011-ci ildə "Baku Steel Company" ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubov ilə üçlükdə müzakirə aparıb, müəyyən məsələləri razılaşdırıblar. Sonradan zavodun gəlirləri də həmin razılaşma əsasında bölünüb.

XS
SM
MD
LG