Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:38

Bakıdakı tikililər zəlzələyə nə qədər davamlıdır?


AZERBAIJAN -- report SEPTEMBER 2017 The Origin of the Money - Reporters visited the building where Baktelekom is registered and found only an ordinary-looking Baku apartment building. Credit: OCCRP
AZERBAIJAN -- report SEPTEMBER 2017 The Origin of the Money - Reporters visited the building where Baktelekom is registered and found only an ordinary-looking Baku apartment building. Credit: OCCRP

İyulun 4-də yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Azərbaycanın şimal-şərq rayonlarında, eləcə də Abşeron yarımadasında hiss olunub və əhali arasında təşviş doğurub. Bəzi şəxslər gecəni küçədə keçirib. Bu olay Bakıdakı tikililərin zəlzələyə dayanıqlılığı məsələsini yenə aktuallaşdırıb

Seysmik tələblər 1960-cı illərdə irəli sürülüb

Azərbaycanın çox böyük hissəsi 8 ballıq, 20 faizdən bir qədər çox bölümü 9 ballıq zəlzələ zonasında yerləşir. Fövqəladə Hallar Nazirliyinin (FHN-in) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin açıqlamasına görə, seysmik tələblər ölkə ərazisində ilk dəfə 1960-cı illərin əvvəllərində formalaşdırılıb və 7 ballıq zəlzələyə davamlılıq tələbi qarşıya qoyulub. Belə tələblərə uyğun binaların tikintisi də məhz həmin tarixdən başlanır. Deməli, o tarixədək tikilən binalarla bağlı seysmik tələblər olmayıb.

1980-ci illərdə tələblər 1 bal da artırılaraq, 8 bala çatdırılıb. Nəhayət, 2010-cu ildə seysmik ərazilərdə inşaat sahəsində Azərbaycan Respublikasının milli tikinti normaları yaradılıb. Bu, Dövlət Tikinti Normaları “Seysmik Rayonlarda Tikinti” adlanır.

Rəsmi açıqlamaya görə, yeni tikinti normaları sovet dövründən qalmış normalarla müqayisədə layihəçilər və inşaatçılar qarşısında 30 faizdən çox daha sərt tələblər ortaya qoyur. 2013-cü ildə isə ölkədə "Şəhərsalma və Tikinti Məcəlləsi" Milli Məclisdə qəbul olunub. Bu sənədlər əsasında layihələndirmə, tikintiyə icazə və tikintinin gedişinə nəzarət icraatları gerçəkləşdirilir.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndəsi Elxan Əsədov mediaya açıqlamasında bildirib ki, 2013-cü ildən bəri sözügedən nəzarət daha sərt formada aparılır: “Son 15 il üçün deyə bilərəm ki, tikinti keyfiyyəti çox yüksək səviyyədədir və Azərbaycan ərazisində baş verə biləcək istənilən zəlzələyə davamlıdır”. Ancaq nəzərə almaq lazımdır ki, ölkədə yaşı 15-i ötən binaların sayı daha çoxdur.

Kəmaləddin Heydərovun “zəlzələ app”i niyə işləmədi?
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

İcazə verilməyən binaların aqibəti

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndəsi bildirib ki, 2010-cu ilə qədər ölkə ərazisində 39 metrədək bağlantılı dəmir-beton karkas binaların inşasına icazə verilib. Yeni normalar hazırlanandan sonra artıq 58 metr hündürlündə bina tikmək olar.

Bu gün Azərbaycanda metal konstruksiyalar işlətməklə hətta 75 metr və daha hündür binaların inşası mümkündür. Hər şey norma və qaydalar çərçivəsindədirsə, texniki baxımdan burada heç bir əngəl yoxdur. Ancaq nəzərə almaq lazımdır ki, ölkədə içərisində yaşayış olsa da, istismara qəbul aktı verilməyən binalar da var. Onlar standartlara cavab vermir.

Rəsmi açıqlamaya görə, indiyədək 500 belə bina və ya kompleks olub. Bu komplekslərin hər birində 10-dək bina tikilib. Hazırda istismara qəbul aktı verilməmiş 67 bina var. Dövlət Agentliyinin nümayəndəsi bildirib ki, digər binalar çatışmazlıqları sonradan aradan qaldırdığından, onlara istismara qəbul aktı verilib.

Dövlət qurumu həmin 67 binada qüsurların niyə aradan qaldırılmadığını da açılqayaraq bildirib ki, o binaları tikən şəxslərin bəziləri bu gün həyatda yoxdur, bəziləri də müxtəlif cinayət əməllərinə görə məhkum edilib.

Beləliklə, çatışmazlıqları aradan qaldıracaq kimsə yoxdur. Butün belə binalar, o cümlədən qüsurların aradan qaldırılması üçün xərclər barədə bilgilər yuxarı orqanlara təqdim edilib. Yəqin ki, gələcəkdə həmin 67 bina barədə də bəlli addımlar atılacaq. Düzdür, hökumətin qəzalı binalara vəsait ayırmağa tələsməməsi də anlaşılan deyil.

Binaya müdaxilənin yaratdığı təhlükələr

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin açıqlamasına görə, binalarda ən böyük problemlərdən biri sonradan sakin və mülkiyyətçilərin icazəsiz apardığı müdaxilə və dəyişikliklərdir. Elxan Əsədov bildirib ki, bu gün Bakıda və ölkə ərazisində 1970-ci illərdə tikilmiş iribloklu, beton binaların panellərinin dağıdılaraq otaqların genişləndirilməsi, yaxud zirzəmi hissəsində bünövrənin dağıdılaraq qapılar açılması, mənzilin planını dəyişdirmək üçün müəyyən konstruksiyaların sökülməsi kimi hallarla qarşılaşırıq.

Dövlət Agentliyinin nümayəndəsi bunu da diqqətə çatdırıb ki, Bakının bir neçə yerində zəlzələdən sonra (2000-ci ildəki zəlzələni nəzərdə tutur - red) yaranmış qırılmalar var və indi həmin ərazilərdə tikinti aparılmır. Məsələn, belə vəziyyət Nərimanov prospektinə paralel olan Abdulla Şaiq küçəsində var. Həmin ərazidə sovet dövründən və ondan əvvəlki illərdən qalan köhnə birmərtəbəli evlər sökülür və yerində park salınır.

Şəhərsalma standartlarına əməl edilmir

Memar və müstəqil ekspertlər Bakıda şəhərsalma standartlarına əməl edilmədiyini vurğulayırlar. Binaların bir-birinə təhlükə yaradacaq qədər yaxın tikilməsi, səkilərin olmaması problemlərin yalnız bəzisidir. Problem sayılan digər bir məsələ də yarımçıq tikililərdir.

Bəzi hallarda maliyyə, qərarsızlıq və digər problemlər üzündən binaların tikintisinə ara verilir və bu, həmin binaların istər içəridən, istərsə bayırdan aşınmasına yol açır. O biri yandan, paytaxtda istismar müddəti bitən binalar da təhlükə qaynağıdır.

2016-cı ildən bəri belə binaların bir bölümü sökülsə də, bu tip binalar hələ də qalmaqdadır. Bakı Şəhər İcra Hakimiyyətinin balansında 11 min çoxmənzilli yaşayış binası var. Həmin binalardan 108-i istismara tam yararsız durumdadır. Onların yararsız olması və insanların köçürülməsi barədə Fövqəladə Hallar Nazirliyinin rəyi də mövcuddur.

XS
SM
MD
LG