Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 21:26

Bütün dünyada yoluxmalar azalsa da…


Sofiya şəhəri
Sofiya şəhəri

Bütün dünya boyunca qeydə alınmış koronavirus yoluxmalarının sayı azalır və bu göstərici ötən oktyabrın ortalarından bəri ən aşağı həddinə düşüb.

Reuters-in verdiyi bu göstəricilərə baxmayaraq səhiyyə ekspertləri adamları sayıqlığı itirməməyə çağırırlar.

Eyni zamanda bütün dünyada əhalinin vaksinlənməsi kampaniyası sürətlənməkdədir.

Reuters yazır ki, infeksiyaların və koronavirus ölümlərinin azalması hökumətlərin, dalbadal gələn yoluxma dalğalarını səngitmək məqsədilə həyata keçirdikləri karantin və başqa sərt tədbirlərin tətbiqi ilə eyni vaxta təsadüf edir.

Hökumətlər yoluxmaları adamların işə və təhsilə qayıda biləcəyi həddə endirməyə cəhd göstərirlər.

Lakin böhranın səngiməyə başlamasından yaranmış nikbinliyə koronavirusun yeni-yeni variantlarının üzə çıxması kölgə salır.

Ekspertlər çoxdan gözlənilən vaksinlərin yeni variantların qarşısını kifayət qədər ala bilməyəcyindən narahatdırlar.

İndi daha sayıq olmaq lazımdır

Dünya Səhiyə Təşkilatının (DST) COVID-19 üzrə texniki direktoru Mariya Van Kerxov fevralın 18-də Cenevrədə keçirdiyi brifinqidə deyib ki, “indi ehtiyatı əldən verməyin vaxtı deyil”.

Onun sözlərinə görə, sayıqlığın itirilməsi yoluxmaların yenidən artması ilə nəticələnə bilər.

COVID-19 xəstəliyi müxtəlif ölkələri müxtəlif dərəcədə təsirləndirib. Həm də müxtəlif ölkələrdə yoluxma hallarının hesalanmasının müxtəlifliyi ümumi mənzərə barədə təsəvvür yaratmır.

Fevralın 17-də bütün dünyada orta hesabla bir günə 351 min 335 yeni yoluxma qeydə alınıb.

Bu rəqəm yanvarın 7-də 863 min 737 idi.

Koronavirusdan ölüm halları yanvarın 26-da günə 17 min 649 idisə, fevralın 16-da bu rəqəm 10 min 957-yə düşüb.

İndi yoluxma və ölüm hallarının sayı həftə-həftə hesablanır və sonradan bir günlük orta rəqəm çıxarılır.

ABŞ-da yoluxmalar 31 faiz azalıb

Günə 77 min 883 yeni yoluxma qeydə alınan Birləşmiş Ştatlarda da COVID-19 infeksiyaları azalmaqdadır.

İndi yoluxmalar yanvarın 8-də çatdığı pik nöqtəsindən 31 faiz düşüb.

Pandemiya başlanandan bəri ABŞ-da 28 milyona yaxın yoluxma və 490 mindən bir qədər çox ölüm qeydə alınıb.

Bunlar bütün dünyada ən yüksək göstəricilərdir.

İndiyədək 85 ölkədə koronavirusa qarşı peyvəndləmələr başlanıb və azı 188 milyon doza vaksin vurulub.

Britaniyanın ərazisi hesab edilən Cəbəllütariq vaksinləmədə liderdir. Burada əhalinin 40 faizi peyvənd edilib.

XS
SM
MD
LG