Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:25

Azərbaycanda gündəlik neft hasilatı azalır


Illüstrasiya
Illüstrasiya

-

Bu ilin ilk rübündə Azəri-Çıraq-Günəşli layihəsi çərçivəsində sutkada orta hesabla 651 min barrel neft hasil edilib.

Bu göstərici ötən ilin eyni dövründəkindən 10 min barrel və ya 1,51 faiz azdır. Bu barədə BP-Azerbaijan şirkətinin rüblük hesabatında bildirilir.

2016-cı ilin ilk rübündə AÇG-də hasilat həcmi 8 milyon ton olub.

Ötən ilin ilk rübündə isə bu göstəricinin 8,08 milyon ton olduğu qeyd edilir.

Hasilat həcmini sabitləşdirməkddən ötrü konsorsium neft quyularına səmt qazı vurulmasını 42.3 faiz artırıb, 5 istismar və 2 suvurma quyusu qazıb.

BP-Azerbaijan-ın məlumatına görə, şirkət 2016-cı ilin ilkrübündə AÇG bloku üzrə xərcləri ötən ilin eyni dövrünə nisbətən 15,4 faiz – 533 milyon dolaradək azaldıb.

2016-ci ilin ilk rübündə layihə çərçivəsində əməliyyat məsrəfləri təqribən 137 milyon dollar, əsaslı məsrəflər isə 396 milyard dollar təşkil edib.

Birinci rübdə “Çıraq” özülündən sutkada 46 min (2015-ci ilin I rübündə 54 min barrel), «Mərkəzi Azəri»də – 155 min (159 min), «Qərbi Azəri»də 116 min (129 min), «Şərqi Azəri»də 69 min (71 min), «Dərinsulu Günəşli»də 139 min (149 min), «Qərbi Çıraq»da isə 126 min barrel (99 min) neft çıxarılıb.

____________________________________________________________

Bunlara da bax:
Fərəc Kərimlinin cəzası azaldıldı
Mobil proqram riyaziyyat misallarını həll edir

____________________________________________________________

AÇG yatağından neft hasilatı 2015-ci ildə 31,3 milyon ton olub.

AÇG-nin işlənməsi üzrə müqavilə 20 sentyabr 1994-cü ildə bağlanılıb, 12 dekabrda qüvvəyə minib.

AÇG-də BP (operator – 35,8 faiz ), SOCAR (11,6 faiz), "Chevron" (11,3 faiz), "İnpex" (11 faiz), "Statoil" (8,6 faiz ), "ExxonMobil" (8 faiz), TPAO (6,8 faiz), "İtochu" (4,3 faiz), "ONGC Videsh Ltd." (OVL, 2,7 faiz) iştirak payına malikdir.
AÇG-dən 2015-ci ilin sonunadək ümumilikdə 2,8 milyardbarel xam neft çıxarılıb.

Buna da bax: Azərbaycanın nə qədər neft ehtiyatı və pulu qalıb?

Azərbaycanın nə qədər neft ehtiyatı və pulu qalıb?
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

XS
SM
MD
LG