Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:23
'-Bülletenləri hara aparırsınız?'. '-Oğurlamağa". Sumqayıtda seçkidən sonra
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

'-Bülletenləri hara aparırsınız?'. '-Oğurlamağa". Sumqayıtda seçkidən sonra

MSK növbədənkənar parlament seçkilərinə nöqtə qoydu

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, iqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) deputat mandatlarının 54.4 faizini qazanıb. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ölkədə azad və ədalətli seçkilər üçün şərait olmadığını bildirərək onu boykot etmişdi. Səsvermə prosesini izləyən müstəqil müşahidəçilər və jurnalistlər çoxsaylı qanun pozuntuları qeydə alıblar. Mərkəzi Seçki Komissiyasından (MSK) bildiriblər ki, daxil olan müraciətlər şəffaf şəkildə araşdırılacaq.

Əsas məqamlar

14:02 1.9.2024

Düzəliş: 70 saylı Neftçala seçki dairəsinin 16 saylı məntəqəsi

13:59 1.9.2024

Baş çəkdiyimiz kəndlərdə seçicilər, əsasən, kişilər idi. Onlardan bəziləri özləri ilə yoldaşlarının da şəxsiyyət vəsiqəsini gətirmişdilər. Amma biz olduğumuz müddətdə şəxslərin ailə üzvlərinin yerinə səsverməsinə icazə verilmirdi...

13:29 1.9.2024

80 saylı Lerik - Astara seçki dairəsinin Veri kəndindəki 88 saylı seçki məntəqəsində qutuya topa bülletenlər atıldığı iddia edilir. Qeyd olunur ki, səs verən bir şəxs səsvermə kabinədən çıxaraq qutuya topa bülleten atıb.

Bu iddiaya 80 saylı Lerik - Astara Seçki Dairəsindən münasibət öyrənmək mümkün olmayıb.

13:27 1.9.2024
Vebkamera
Vebkamera

Seçici şikayətlərində bildirilir ki, 9 saylı Binəqədi ikinci seçki dairəsinin 6 saylı məntəqəsində vebkameranın görüntüsündə tez-tez kəsintilər olur.

Habelə ayrı-ayrı şikayətçilər də vurğulayırlar ki, bəzi məntəqələrdə yerləşdirilən kameralarla bülletenlərin qutulara atılması prosesini aydın izləmək mümkün deyil .

MSK Mətbuat xidmətinin rəhbəri Şahin Əsədli "Turana" 9 saylı Binəqədi ikinci seçki dairəsinin 6 saylı məntəqəsində vebkamera ilə bağlı deyilənlər əsassız və "boş iddialar" adlandırıb. O, həmçinin əlavə edib ki, kameraların seçki qutularını göstərməməsi haqda fikirlər də düz deyil.

MSK min məntəqədə kamera quraşdırıldığını açıqlayıb. Ölkədə isə ümumilikdə 6 min 343 məntəqə olduğu bildirilir.

Davamı

XS
SM
MD
LG