Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:44

79 saylı Astara seçki dairəsindən qeydlər...


Müşahidəçi yerləri boşdur
Müşahidəçi yerləri boşdur

Səsvermənin ilk dəqiqəsindən 79 saylı Astara seçki dairəsinin 21 saylı seçki məntəqəsində olduq. Bu məntəqə rayonun Seləkəran kəndini əhatə edir. Orada məntəqə seçki komissiyasının sədri əvvəlcə çəkilişə icazə vermədi. Amma dairə seçki komissiyası işə qarışanda sonra problem həllini tapdı.

Səsverməyə gələn yaşlı bir sakin iki ədəd şəxsiyyət vəsiqəsini təqdim etdi. Ona iki ədəd bülleten versələr də, sonradan birini geri aldılar. Həmin şəxs deyirdi ki, həyat yoldaşı xəstədir.

Məntəqədə elə də qələbəlik müşahidə edilmirdi. Səsverməyə az sayda insanlar gəlirdi. Komissiyadan bildirdilər ki, Seləkəran kəndində 700-ə yaxın seçici var.

Seçki komissiyası
Seçki komissiyası

İranla sərhəd kəndləri...

Yolumuz İranla sərhəddə yerləşən kəndlərə düşür. Həmin kəndlərdəki seçki məntəqələrinin heç birində kamera quraşdırılmayıb. 17 saylı məntəqədə də səsvermədə kütləvilik yox idi.

Sərhəddə yerləşən Alaşa kəndində isə 24 saylı seçki məntəqəsi yerləşir. Orada da təxminən eyni mənzərədir. Küçələrdə belə az sayda insan gözə dəyir.

Züngüləş kəndi
Züngüləş kəndi

Dağ ətəyində yerləşən Züngüləş kəndindəki 25 saylı seçki məntəqəsində də oluruq...

Baş çəkdiyimiz kəndlərdə seçicilər, əsasən, kişilər idi. Onlardan bəziləri özləri ilə yoldaşlarının da şəxsiyyət vəsiqəsini gətirmişdilər. Amma biz olduğumuz müddətdə şəxslərin ailə üzvlərinin yerinə səsverməsinə icazə verilmirdi.

XS
SM
MD
LG