Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:46

CPJ: ‘Hökumət vebsaytların bloklanması cəhdini dayandırmalıdır’


Bloklanmış azadliq.org vebsaytı. 27mart2017
Bloklanmış azadliq.org vebsaytı. 27mart2017

“Azərbaycan hökuməti beş müstəqil vebsaytın bloklanması cəhdini dayandırmalı, bu saytlara girişi hazırda əngəlləyən qərarı ləğv etməlidir”.

Bu bəyanatla aprelin 28-də Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) çıxış edib.

Buna da bax: 'Nazirliyin 'get filan saytları blokla' demək hüququ yoxdur'

Aprelin 27-də bir sıra saytların, o cümlədən AzadlıqRadiosu-nun azadliq.org saytının Azərbaycanda bloklanması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin ərizəsi əsasında məhkəmə başlayıb. İşə Səbail rayon Məhkəməsində baxılır, proses mayın 1-nə keçirilib.

Buna da bax: 'Məhkəmə qərarından sonra həmin saytlarla əməkdaşlıq edənlərin təqibinə başlanıla bilər'

“DÜNYA NARAHAT OLMALIDIR”

Məhkəmədə üzə çıxıb ki, Prokurorluq nazirliyə sözügedən saytlarla bağlı tədbir görülməsindən ötrü müraciət edib. İttihama görə, bu saytlar Konstitusiya quruluşunu zorla dəyişdirməyə, ictimai sabitliyi pozmaya yönələn destruktiv hərəkətlər, kütləvi iğtişaşlara açıq çağırış ediblər, radikal dini qurumların qanunsuz fəaliyyətini təbliğ ediblər. Müraciətə həmin saytlarda yayımlanan yazılar da əlavə olunub. Bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi martın 27-də saytların bloklanması haqda qərar qəbul edib. Bunun məhkəmə yolu ilə rəsmiləşməsi isə Elektron Təhlükəsizlik Mərkəzinə həvalə olunub. Mərkəzin rəhbəri Faiq Fərmanov məhkəməyə müraciət edib.

Buna da bax: VirtualRoad: Hakerlər Azərbaycan hökuməti ilə bağlıdırlar

“Bu beş sayt, hökumətin dediyi kimi, Azərbaycanın milli təhlükəsizliyinə hədə yaradırsa, azərbaycanlılar və dünyanın qalan hissəsi ölkənin davamsızlığından, kövrəkliyindən narahat olmalıdır. Hökumət dərhal bu vacib xəbər və təhlil mənbələrinə senzura qoyulmasını dayandırmalı, əvəzində xəbərə bütün qadağaları qaldırmalıdır”, – bunu CPJ-nin Avropa və Orta Asiya üzrə Proqram koordinatoru Nina Ognianova deyib.

ÇOX TƏHLÜKƏLİ PRESEDENT

Meydan TV-nin vəkili Elçin Sadıqov CPJ-yə deyib ki, məhkəmə hökumətin xeyrinə qərar çıxararsa, bu, “çox təhlükəli presedent” yaradar. “Belə bir məhkəmə qərarı hökumətin, milli təhlükəsizliyi hədələdiyini deyərək, bütün müstəqil jurnalistləri təqib etməsinə imkan verər”.

Buna da bax: azadliq.org saytına giriş çətinləşib

Azad Avropa/AzadlıqRadiosu-nun prezidenti Thomas Kent nazirliyin qaldırdığı məhkəmə iddiasını “kobud senzura” adlandırıb.

AzadlıqRadiosu bildirir ki, bu addımlar radionun Prezident İlham Əliyevin və ailəsinin gizlin maliyyə fəaliyyətin üzə çıxaran jurnalist araşdırmalarından sonra atılır. Radionun Bakı bürosu 2014-cü ilin dekabrında bağlanıb. Radionun araşdırmaçı jurnalisti Xədicə İsmayılova isə həmin ilin dekabrından 2016-cı ilin mayınadək həbsdə yatıb.

XS
SM
MD
LG