Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:31

Yaxşı COP, pis COP: Azərbaycanın iqlim gedişi əks nəticələr doğurur


Prezident İlham Əliyev Dubayda COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimində
Prezident İlham Əliyev Dubayda COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimində

"Politico Europe" qəzeti yazır ki, BMT-nin prestijli iqlim danışıqlarına ev sahibliyi Azərbaycanın özü istəmədən onun xarici təsir şəbəkələrinə və siyasi təqiblərinə diqqət çəkir.

Azərbaycan BMT-nin bu il keçiriləcək COP29 iqlim danışıqlarına ev sahibliyi etmək haqqını əldə etməklə böyük diplomatik qələbə qazanıb.

Ancaq indi onun şübhəli xarici təsir üsullarına, rejim tənqidçilərinin həbsə atılmasına, siyasi təqib və aramsız neft-qaz ticarəti sövdələşmələrinə diqqət artıb.

Mayın 3-də ABŞ konqresmeni Henri Kuelyara Vaşinqtonda "xarici agent" qismində fəaliyyət göstərməsi ilə bağlı ittiham irəli sürülüb. O, Azərbaycandan yüz minlərlə dollar məbləğində rüşvət almaqda suçlanır. İttihamnamədə deyilir ki, Texas ştatını təmsil edən demokrat konqresmen Azərbaycanın səfiri ilə əməkdaşlıq edərək SOCAR-ın xeyrinə aktiv lobbiçiliklə məşğul olub.

"Onlar eyni şeyi Avropada da edirlər"

Ancaq ekspertlər deyirlər ki, Azərbaycanın xaricdəki təsir fəaliyyəti baxımından Kuelyarla bağlı iddialar (onun özü bu iddiaları rədd edir) aysberqin yalnız görünən tərəfidir.

"Bu onların ABŞ-dakı səyləri baxımından da yeni deyil. Onlar eyni şeyi Avropada da edirlər", -1990-cı illərdə - Klinton administrasiyası dövründə ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kauzlariçin baxışıdır.

O, Azərbaycanın siyasi dəstək naminə nüfuz və pulunu işə saldığı hallara misal olaraq, Britaniya və Almaniyanın adını çəkib. Yanvar ayında Almaniyada iki keçmiş millət vəkilinə Azərbaycandan rüşvət almaqla bağlı ittiham irəli sürülüb.

"Burada azərbaycanlıların izlədiyi bir davranış tərzi var", - hazırda Corc Meyson Universitetinin Siyasət və İdarəetmə Məktəbinin qonaq professoru olan Kauzlariç belə deyir.

COP29 iqlim danışıqları yaxınlaşdıqca bu tərz daha çox diqqət çəkir.

İlham Əliyevin polisi: 'Səlahiyyət həddini aşmaq, döymək adiləşib'
Gözlə

No media source currently available

0:00 0:13:21 0:00

"Hakimiyyəti atasından təhvil alandan bəri…"

"Freedom House" Azərbaycanı dünyanın ən azad olmayan ölkələrinin sırasına yerləşdirib. Qurum bildirir ki, ölkədə geniş yayılmış korrupsiya nəticəsində zəngin neft və qaz gəlirlərindən geniş əhali deyil, imtiyazlı elita bəhrələnir.

"Ölkənin indiki prezidenti İlham Əliyev 2003-cü ildə - hakimiyyəti atasından təhvil alandan bəri hakimiyyətdədir. Onun həyat yoldaşı vitse-prezidentdir", - məqalədə deyilir.

Fevralda Əliyev seçkilərdə səslərin 92 faizini topladığını iddia edərək öz qələbəsini açıqlayıb. Ölkənin dünya enerji diplomatiyasında artan rolu seçkiyə beynəlxalq müşahidəçilərin diqqətini çəkib. Müşahidəçilər seçkinin siyasi repressiyalar və sərt nəzarət altındakı media vasitəsilə saxtalaşdırıldığını deyirlər.

COP tədbirləri ətrafında ziddiyyətlər yeni deyil. BMT-nin hər il keçirilən bu iqlim danışıqlarının daha əvvəlki ev sahibləri də ekoloji təşkilatların və insan haqları fəallarının diqqətini cəlb edib.

Misir 2022-ci ildə tədbirə ev sahibliyi edəndə fəallar bundan hökumətin müxalifətə qarşı təqiblərinə diqqət çəkmək üçün istifadə etmişdilər. Ötən il COP28-in ev sahibi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkənin neft-qaz gəlirlərinin artırılmasına cavabdeh şəxsi danışıqların rəhbəri təyin etdiyindən ciddi tənqidlə üzləşmişdi. Elə COP29-un da prezidenti indi ekologiya naziri olsa da, uzun müddət Azərbaycanın neft və qaz sənayesində rəhbər vəzifələrdə çalışıb.

Yeni 'kürü diplomatiyası' iddiası
Gözlə

No media source currently available

0:00 0:07:55 0:00

Ssenarilər getdikcə təkmilləşdirilir

"Neft dövlətləri öz COP ssenarilərini get-gedə təkmilləşdirir. BƏƏ kimi, Azərbaycan da qaz hasilatında nəhəng artım planlaşdırır. BƏƏ kimi, Azərbaycan da bu qlobal danışıqlara ev sahibliyi etməklə öz avtoritar rejimini legitimləşdirməyi planlaşdırır. BƏƏ kimi, Azərbaycan da COP-dan öz beynəlxalq biznes əlaqələrini gəlişdirməkdən ötrü istifadə etməkdə qərarlı görünür", - "Global Witness" insan haqları QHT-sinin qazıntı yanacaqları üzrə araşdırmaçısı Patrik Qeyli deyir.

Azərbaycan COP29-u "sülh COP-u" kimi tanıtmaq, iqlim məsələlərindən qaynaqlanan münaqişələrə fokuslanmaq və geosiyasi problemlərə ekoloji təmiz həll yolları tapılmasını önə çəkmək niyyətindədir. "Bu, tez-tez militarist xarici siyasət yürütməkdə suçlanan Bakıya öz sülh planını nümayiş etdirmək imkanı verir", - Bakıda fəaliyyət göstərən Topçubaşov Mərkəzinin tədqiqatçısı Murad Muradovun sözləridir.

O qeyd edir ki, Əliyev özünə qarşı tənqidə yaxşı cavab verməyəcək: "Bakı dəyər əsaslı yanaşmaya deyil, tam qarşılıqlı mənfəəti nəzərdə tutan və praqmatik prinsiplərə əsaslanan münasibətlərə üstünlük verdiyini ortaya qoyub. Azərbaycanın özünün daxili işi saydığı məsələlərə qarışmamaq …qırmızı xəttə çevrilib".

Ancaq COP29 yaxınlaşdıqca bu qırmızı xətt dəfələrlə aşılacaq.

Hindistanlı iqlim fəalı Lisipriya Kanqucam BƏƏ-nin Dubay şəhərində keçirilən BMT İqlim Dəyişikliyi Konfransı (COP28) zamanı etiraz edərkən
Hindistanlı iqlim fəalı Lisipriya Kanqucam BƏƏ-nin Dubay şəhərində keçirilən BMT İqlim Dəyişikliyi Konfransı (COP28) zamanı etiraz edərkən

COP28 BƏƏ-nin imicini yaxşlaşdırdımı?

"COP28 BƏƏ-nin imicini yaxşılaşdırdımı? Yox. Üstəlik, BƏƏ beynəlxalq auditoriyalarla işləməyi daha yaxşı bacarır, lobbiçiliyə daha çox pul xərcləyir. BƏƏ Qərblə işləməyə daha çox öyrəşib və Azərbaycandan xeyli daha təcrübəlidir", - Alman Marşall Fondunun Avropa məsələləri və iqlim mütəxəssisi Kadri Taştan belə deyir.

Dubay danışıqlarında 200-ə yaxın ölkə arasında qazıntı yanacaqlarından uzaqlaşmağa dair önəmli razılaşma imzalansa da, tədbirin ev sahibi aylarla tənqidlərə dözməli oldu.

Mediada əksini tapan tənqidlər təkcə Bakını deyil, onun Qərb tərəfdaşlarını, o cümlədən Aİ-nın də qanını qaraldacaq.

Son illərdə Avropa əvvəllər Rusiyadan aldığı qazıntı mənşəli yanacağı əvəzləmək üçün Azərbaycana üz tutub. 2022-ci ildə qaz idxalını artırmaq haqda sazişi imzalamaqdan ötrü Azərbaycana gələn Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Azərbaycanı Aİ-nın "önəmli enerji tərəfdaşı" adlandırıb.

"Tək mümkün yol"

Aİ bu addımı - Azərbaycanın Aİ-yə yanacaq satışını artırmasına dair saziş imzalanmasını Rusiyadan qaz idxalını artırdığı üçün Azərbaycana xəbərdarlıq etdiyi vaxtda atmışdı. London İqtisadiyyat Məktəbinin enerji bazarları üzrə eksperti Qubad İbadoğlu sazişin imzalanmasından az sonra yazmışdı ki, Bakının Aİ qarşısında öhdəliklərini yerinə yetirmə bilməsinin tək mümkün yolu Moskvadan yanacaq almaqdır.

Aİ-nın energetika məsələləri üzrə komissarı Kadri Simson bu iddialara cavab olaraq "Politico"ya demişdi ki, Azərbaycanın bu yanacağı özününkü kimi qablaşdırıb satması blokun qaydalarına zidd deyil, "axı Rusiya qazına sanksiya qoyulmayıb".

Ötən yay həbsə atılan İbadoğlu yalnız ötən ay ev dustaqlığına buraxılıb. Ona qarşı saxta pul hazırlama və "dini ekstremizm" maddələri ilə ittihamlar irəli sürülüb.

"Amnesty International" Qubad İbadoğluya qarşı cinayət işinin saxta ittihamlara əsaslandığını bildirib.

XS
SM
MD
LG