Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 20:21

Azərbaycan hakimiyyəti AzadlıqRadiosuna qarşı

AzadliqRadiosunun Bakıdakı əməkdaşları hələ də Azərbaycan hakimiyyətinin təzyiqi altındadırlar. Keçən ilin dekabrında Bakı bürosunda zorakı axtarış və ofisin möhürlənməsindən sonra əməkdaşlar zorakılıqla istintaqa çəkilib, radioya qarşı gah casusluq, gah çirkli pul yumaq, gah da əməkdaşların hüququnun pozulması haqda əsassız iddialar səslənib. AzadlıqRadiosu əməkdaşlarına təzyiqi işıqlandırdığı mövzulara görə Azərbaycan hakimiyyətinin qisas cəhdi adlandırıb. Bundan əvvəl Azərbaycan məmurlarının gizli biznes fəaliyyətini araşdıran AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsinin arxasında da eyni səbəblərin durduğu bildirilmişdi.

AzadlıqRadiosu hadisələri izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

05:10 9.1.2015

Səfir hesab edir ki, AzadlıqRadiosu əməkdaşlarının dindirilməsi radionun tənqidi yazılarına görə deyil

Helsinki komissiyasındakı çıxışlar (Elin Süleymanov-Eldar Namazov)
Gözlə

No media source currently available

0:00 0:18:43 0:00

Elin Süleymanovun 2013-cü ildə Vaşinqtonda çıxışından

ABŞ-ın “The Wall Street Journal” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun məktubu dərc edilib.

APA-nın xəbərinə görə, Elin Süleymanov “Freedom House” təşkilatının keçmiş rəhbəri, Vaşinqtondakı Makkeyn İnstitutunun direktoru David Kramerin “AzadlıqRadiosunun Bakı bürosu ilə bağlı tənqidlərinə cavab verib.

Səfir bildirib ki, Azərbaycanda aparılan istintaqın ABŞ-a qarşı meydan oxumaq şəklində qiymətləndirilməsi sovet dövründə “əzilən, məsum ABŞ kommunistləri”nin azad edilməsi uğrunda kampaniyanı xatırladır: “SSRİ-də yaşamış biri kimi, mən təəssüflə qeyd etməliyəm ki, bir neçə onillik ərzində ideoloji dezinformasiya kampaniyalarının metodları dəyişməz qalıb”.

Səfir qeyd edib ki, David Kramerin müdafiə etməyə çalışdığı Leyla Yunus beynəlxalq həkim briqadası tərəfindən müayinə olunaraq sağlam hesab edilib, “AzadlıqRradiosunun Bakı bürosu əməkdaşlarının dindirilməsi isə bu KİV-in yaxşı məlum olan ümumi problemi - maliyyə idarəçiliyi ilə bağlıdır.

13:50 9.1.2015

AzadlıqRadiosu əməkdaşı yenidən polisə aparılır

AzadlıqRadiosunun əməkdaşı İslam Şıxəli yanvarın 9-da Hövsan polisinə çağrılıb. Özünün bildirdiyinə görə, onu rəis müavini aparır və rəisin çağırdığını deyib.

Müxbirimizi polis idarəsindən də Bakı şəhər Prokurorluğuna aparırlar.

Bundan əvvəl istintaqa çağırılanda da evlərinə polis gəlmişdi deyə atası infart olmuşdu. Hal-hazırda da atasının vəziyyəti pisləşib.

Dekabrın 26-da AzadlıqRadiosunun Bakı ofisi möhürlənəndən sonra, radionun əksər əməkdaşları sorğu-sual olunub.

18:16 9.1.2015

AzadlıqRadiosu əməkdaşı Prokurorluqdan çıxıb

AzadlıqRadiosunun əməkdaşı İslam Şıxəlinin Bakı şəhər Prokurorluğunda dindirilməsi başa çatıb.

03:57 11.1.2015

SENATOR ROBERT MENENDEZ İLHAM ƏLİYEVƏ MƏKTUBUNDA

"Dekabrın 26-da AzadlıqRadiosunun Bakı bürosuna basqından, büronun məcburən bağlanmasından dərin narahatlığımı bildirirəm. Bu, ölkədə müstəqil media orqanları və qeyri-hökumət təşkilatlarının uzun müddətdir davam edən qorxudulması kampaniyasında sonuncu hadisədir. Bu, Azərbaycanın beynəlxalq standartlara, hüququn aliliyinə və insan haqlarına hörmət qoymaq öhdəliklərinin kobud şəkildə pozulmasıdır". Ətraflı burada oxu

Davamı

XS
SM
MD
LG