Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:14

AzadlıqRadiosu Avropa məhkəməsinin qərarını alqışlayır


AzadlıqRadiosu-nun Moskva bürosu
AzadlıqRadiosu-nun Moskva bürosu

Yanvardan Rusiyanın tənzimləyici orqanları ölkə məhkəmələrində radioya və Şarıya qarşı yüzlərlə administrativ iş açıblar. Ümumi cərimə sayı isə sonucda 3 milyon dolları keçə bilər

AzadAvropa/AzadlıqRadiosu Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Moskva bürosunun iddiasını prioritet qaydada qəbul etməsini alqışlayıb. Radionun Moskva bürosu ötən ay Rusiya hökumətinə qarşı iddia qaldırıb.

Radionun iyunun 17-də bildirməsinə görə, Strasburq məhkəməsinin bir gün öncə verdiyi qərarla bağlı Rusiya hökuməti rəsmən kommunikasiyaya başlayıb.

Oktyabrın 5-dək

AİHM-in iddia veriləndən bir ay içində “prioritet” statusla bağlı qərarı o deməkdir ki, işə digərlərindən daha sürətlə baxılacaq.

İndi Rusiya hökuməti oktyabrın 5-dək AİHM-ə iddia üzrə cavabını təqdim etməlidir.

İddiada AzadlıqRadiosu və onun Rusiyadakı əməliyyatlarının baş direktoru Andrey Şarıy Rusiyanın “xarici agent” qanunlarını mübahisələndirir. 2021-ci ilin yanvarından həmin qanunlar çərçivəsində milyonlarla dollarlıq cərimə tətbiq olunub.

Qanun tələb edir ki, AzadAvropa/AzadlıqRadiosu özünü “xarici agent” adlandırsın. Radio bu sözün rusca dövlətin düşməni anlamına gəldiyini deyir. Qaydaya görə, bu ifadə ölkədə yayınlanan bütün media kontentinin üzərinə vurulmalıdır, əks halda buna görə maliyyə, kriminal cəza gözlənir.


Siyahı böyüyür

İddiada isə deyilir ki, Rusiyanın hərəkətləri Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin qoruduğu ifadə və mətbuat azadlıqları hüquqlarını pozur.

O da qeyd olunur ki, radionun kontentinə etiket yapışdırmamasına görə tətbiq olunan ağır cərimələrin Rusiyada müstəqil mediaya “mənfi təsiri” olar.

Son həftələr Rusiya Latviyada yerləşəm Meduza-nı, Moskvadakı İlk Antikorrupsiya Mediasını, Niderlandda mənzillənən VTimes.io portalını “xarici agentlər” siyahısına salıb.

VTimes iyunun 12-də əməliyyatlarını dayandırmalı olub, yeni təsnifatın onun işini iqtisadi cəhətdən çökdürdüyünü bildirib.

“Kremlin AzadAvropa/AzadlıqRadiosu və Rusiyadakı digər müstəqil mediaya qarşı kampaniyasının aşkar niyyəti bu orqanları ya ifadə azadlığı və jurnalist bütövlüyündən əl çəkməyə, ya da peşəsini atmağa vadar etməkdir”, – radionun prezidenti Ceymi Flay bəyanatında deyib.

3 milyon dollardan çox cərimə

Rusiyanın “xarici agent” qanunvericiliyi 2012-ci ildə qəbul olunub, sonradan dəfələrlə modifikasiya edilib. Qanun xaricdən yardım alan və hökumətin nəzərincə siyasi fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatlarından özlərini “xarici agent” kimi təqdim etmələrini, auditə açıq olmalarını tələb edir. Sonrakı modifikasiyalar AzadAvropa/AzadlıqRadiosu-nun Rusiya xidmətini və digər altı rusdilli xidmətini də hədəfə aldı.

Yanvardan Rusiyanın tənzimləyici orqanları ölkə məhkəmələrində radioya və Şarıya qarşı yüzlərlə administrativ iş açıblar. Ümumi cərimə sayı isə sonucda 3 milyon dolları keçə bilər.

Artıq AzadlıqRadiosunun Rusiyadakı bank hesabları dondurulub. Radio yüzlərlə işin hər birindən apelyasiya şikayəti versə də heç biri təmin olunmayıb. Roskomnadzor-un təyin etdiyi cərimələrin məbləği də azaldılmayıb.

ABŞ Prezidenti Co Bayden iyunun 16-da rusiyalı həmkarı Vladimir Putinlə Cenevrə görüşündə AzadlıqRadiosunun rusdilli xidmətlərinin məsələsini də qaldırıb.

AzadAvropa/AzadlıqRadiosu ABŞ Konqresi tərəfindən, ABŞ Qlobal Media Agentliyi tərəfindən maliyyələşir. Hər həftə radionun Rusiyadakı portallarına 7 milyona yaxın ziyarətçi baş çəkir.

XS
SM
MD
LG