Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:19

Fuad Qəhrəmanlının şikayət məktubları itib - ikinci dəfə...


Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının həbsindən Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərilən şikayət məktubu itib.

Bu haqda siyasətçinin vəkillərindən Nemət Kərimli məlumat verib. Vəkilin deməsinə görə, məktub, artıq, ikinci dəfədir ki, yoxa çıxır.

Şikayət ikinci dəfə itir...

“Fuad Qəhrəmanlı barədə həbs qətimkan tədbirinin seçilməsindən iyun ayında AİHM-ə şikayət göndərilmişdi. Cavab gəlmədiyindən araşdırma aparıldı. Rəsmi məktub göndərildi ki, məktub poçtda itib. Sentyabrın 24-də yenidən həmin şikayəti Strasburqa göndərmişik. Bu gün (Noyabrın 7-si) yenidən poçtdan bildirirlər ki, məktubu itirmişik”, - vəkil bildirib.

Buna da bax:​ Məhkəmədə sual: “Cins şalvarın arxa cibinə qumbara yerləşə bilər?”

Vəkil məktubunun iki dəfə itməsinin təsadüfi olmadığını düşünür.

Siyasi məzmunlu məhkəmə işlərindən verilən şikayətlərin itməsi ilk dəfə deyil ki, baş verir.

Poçt buna görə kompensasiya ödəmişdi...

Bu ilin əvvəlində Meydan TV ilə əməkdaşlığa görə, təqibə məruz qalan jurnalist Şirin Abbasovun şikayət məktubları da poçtda itmişdi. O zaman məktubu itirmiş yerli poçt buna görə, jurnalistin vəkili Elçin Sadıqova 82 manat kompensasiya ödəmişdi.

Buna da bax: ​Beynəlxalq təşkilatlardan sərt çağırış

Vəkilin dediklərinə, hələlik, «Azərpoçt» MMC-dən münasibət almaq mümkün olmayıb.

Fuad Qəhrəmanlı "Facebook" səhifəsində yazdığı statuslara görə, ötən il dekabrın 8-də həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb. Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.

Bakı Ağır Cinayətlər Məhkəməsində siyasətçinin məhkəmə prosesi davam edir.

XS
SM
MD
LG