Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:30

Avstriyada miqrantları vahiməyə salan Azadlıq Partiyasının uğurları


Azadlıq Partiyasının Qratsda keçirdiyi mitinq
Azadlıq Partiyasının Qratsda keçirdiyi mitinq

AzadlıqRadiosunun təhlilçiləri yazırlar ki, Avstriyada son iki ildə irəlidə olan Azadlıq Partiyası seçicilərini “ağzınadək dolmuş gəminin” batacağına inandırmağa çalışır.

Bu ay sentyabrın 29-da keçirləcək milli seçkilər ərəfəsində Avstriyanın ikinci böyük şəhəri Qratsda mitinq keçirən partiya lideri Herbert Kikl deyib ki, “gəminin gövdəsində deşik açılsa, o batacaq”.

Müxbirlər yazırlar ki, onun avroskeptik partiyası öz yüksəlişinə görə postpandemiya hiddətinin qalxmasına, inflyasiyaya və Ukrayna müharibəsi ilə bağlı vahiməyə və əlbəttə ki, ölkədə antimühacir hissiyyatına borclu olmalıdır:

“Əgər mən suyu içəri buraxsam, su kayutalara dolacaq, bəlkə bir iki litri sorğaclarla çəkib çölə tökmək də mümkün ola bilər. Amma bu gəmi batacaq. Mən Avstriyanın batmasını istəmirəm. Buna görə də biz dəliyi bağlamalı, ölkəyə bundan artıq qaçqın buraxmamalıyıq”.

İrqçilik ittihamı

55 yaşlı Kikl öz siyasi rəqibləri üçün bəladır və ölkədə ən sevilməyən siyasətçilərdən biridir. Onun partiyası istər ölkədə, istərsə də xaricdə ksenofobiyasına, irqçiliyinə, antisemitizminə görə şiddətli tənqid olunur. Tənqidçilər deyirlər ki, partiyanın millətçi və antimüsəlman siyasətləri bölücülüyə xidmət edir, onun avroskeptisizmi isə Avstriyanın Avropa İttifaqındakı rolunu şübhə altına alır.

Bununla belə bu partiya – “Avstriya qalası – Azadlıq qalası” şüarı ilə II Dünya Müharibəsindən bəri Avstriya seçkilərini qazana biləcək ilk ifrat sağçı partiyadır.

Hərçənd onun hər hansı hökumət təşkil etməsi qəliz olacaq və amma Xalq Partiyasından olan mühafizəkar kansler Karl Nehammer bu məsələdə Azadlıq Partiyasının köməyinə yetişə bilər.

Lakin əgər Azadlıq Partiyası uğur qazana bilsə, təşkilat ölkənin Avropanın kəsişməsində yerləşməsindən qaynaqlanan nəhəng nüfuzundan o cümlədən sərhədlərin sərtləşdirilməsi üçün faydalana biləcək.

Corciya Universitetində ifrat sağ təmayülləri araşdıran Qabriela Qreylinger deyir ki, Azadlıq Partiyasının başçılıq edəcəyi hökumət həm də Avropa İttifaqındakı “bloklayıcı çoxluğu” daha da gücləndirə bilər. Məlumdur ki, Avstriya qonşu Macarıstan və Slovakiya ilə birlikdə insan haqları, Ukraynaya yardımlar və Rusiyaya qarşı sanksiyalar kimi məsələlərdə ümumun rəyinə müqavimət göstərir.

Miqrantları evlərinə göndərmək planları

Azadlıq Partiyasının miqrantlarla bağlı proqramı onların vətənlərinə qaytarılmasını, remiqrasiya, qanunsuz miqrantlara müavinətlətin kəilməsini, miqrantların xaricdəki qohumlarının Avstriyaya gətirilməsinin qarşısının alınmasını nəzərdə tutan müddəalara malikdir.

Bosniyalı kafe sahibi Bahro Kacapur 1991-ci ildə Serbiyadan qaçqın kimi gəlib. O narahatdır ki, miqrantlara özlərini doğrultmaq imkanı vermək əvəzinə onları ölkədən çıxara bilərlər. O 20 ildir ki, bu biznesdədir və hazırda türkiyəli, suriyalı və balkanlı işçiləri var. Kacapur AzadlıqRadiosuna deyib:

“Mən düzgün vaxtda, düzgün yerdə, düzgün insanlarla birlikdə olan insanam. Mənim gəldiyim zamanda mövcud olan siyasət belə idi ki, mən miqrant və ya qaçqın olsam da, həyatımı qura bildim”.

Azadlıq Partiyası 2022-ci ilin noyabrından bəri milli seçkidə birincilik qazanır. O ötən il səslərin 30 faizinə sahib olmuşdu. Ötən həftə partiyanın göstəricisi 27 faiz olub. Müqayisə üçün deyilməlidir ki, Xalq Partiyası səslərin 25, sosial-demokratlar isə 21 faizini qazana bilib.

Nehammerin Xalq Partiyası 1987-ci ildən hakimiyyətdədir. O 2000-2002-ci illərdə və 2017-19-cu illərdə Azadlıq Partiyası ilə koalisiya hökumətinə daxil olub.

2017-ci ildə qüvvələrini Azadlıq Partiyası ilə birləşdirən Xalq Partiyası 18 ay hakimiyyətdə olub.

Bundan sonra Azadlıq Partiyasından olan ovaxtkı vitse-kansler Heins-Kristian Ştraxenin adı “İbiza məsələsi” deyilən korrupsiya qalmaqalında hallanıb.

VE Insight risk konsaltinqinin başçısı Markus Hou deyir ki, Azadlıq Partiyası yalnız antimüsəlman sentimentinə söykənmir, bu təşkilat etirazçı seçicilərin bir növ platformasına çevrilib.

'Heç kim qayıtmaq istəmir' - Qarabağ erməniləri Bakının planı ilə razılaşacaqmı?
Gözlə

No media source currently available

0:00 0:14:12 0:00

Miqrant xofu

Azadlıq Partiyasından millət vəkili Harald Stefan deyir ki, “biz bu ölkəyə qanunsuz gəlmiş şəxsləri buradan çıxarmaq istəyirik. Burada özünü kriminal kimi aparanlar və dövlətə heç bir töhfə verməyənlər ölkədən çıxarılmalıdır”.

Ötən il kanslerin ofisi bildirmişdi ki, “miqrantlar həm cinayəti törədənlər, həm də onun qurbanlarıdır”.

Yaşıllar və sosial-demokratlar israr edirlər ki, miqrasiya ölkədəki işçi çatışmazlığının qarşısını alır və dövlət, ümumilikdə mədəniyyət rəngarəngliyindən fayda götürür.

Amma ölkədə Azadlıq Partiyasının yaratdığı antimiqrant sentimenti gəlmələri qorxudur, onlar gələcəyin necə olacağını bilmirlər.

Vyanada Brünnen beynəlxalq küçə bazarında çalışan iranlı miqrant Məhəmməd deyir:

“Mən Azadlıq Partiyasının seçkidə qalib gəlməsindən çox narahatam”.

O və başqa miqrantlar burada çalışır, maaş alır, vergi ödəyirlər. Məhəmməd həyatının çətinləşməsini əsla istəmir.

XS
SM
MD
LG