Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:33

"Azərbaycan istəməsə də, islahatlara məhkumdur"


Mehman Əliyev
Mehman Əliyev

►“Avropa Birliyi ilə qonşuluq sazişi indi Azərbaycana lazımdır”

Azərbaycan Şərq Tərəfdaşlığı Proqramından uzaqlaşaraq Avropa Qonşuluq Siyasəti platformasını dəstəkləyir. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində görüş zamanı deyib ki, Avropa Birliyi ilə ikitərəfli əməkdaşlığın daha uğurlu olacağına inanır.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev AzadlıqRadiosuna müsahibəsində bu əməkdaşlığın perspektivindən danışır:

– Mehman bəy, əvvəlcə, aydınlaşdıraq, Şərq-Tərəfdaşlığı Proqramı ilə Avropa Birliyi ilə ikitərəfli əməkdaşlıq arasında hansı fərq var?

Gözlə

No media source currently available

0:00 0:01:07 0:00
Direct-ə keçid

– Avropa Birliyi ilə münasibətlər 5 istiqamət: qanunvericilik, nəqliyyat, struktur dəyişikliyi, enerji və mübadilə və s. proqramlar üzrə qurulur. Şərq Tərəfdaşlığı Proqramı isə ölkəni birbaşa Avropa Birliyinə yaxın olmağa, AB-nin dəyərlərinin tətbiqinə, bir sözlə, qurumun üzvlüyünə hazırlayır. AB bu proqrama qoşulan ölkələrə vaxtilə özündən uzaqlaşdırılmış dövlətlər kimi baxır və istəyir ki, bu ölkələr AB-nə yaxınlaşsın. Şərq Tərəfdaşlığı Proqramı daha çox siyasi layihədir.

– Azərbaycan ikitərəfli münasibətlərdə israr etməklə Şərq Tərəfdaşlığı Proqramından çoxmu uzaqlaşır?

– Hər bir ölkəylə ümumi platformadanmı, yoxsa ölkəyə görə, fərqli platformadan çıxış edilməsindən söhbət gedir. Avropa Birliyi ona görə ikitərəfli münasibətlərə üstünlük verməyə başlayıb ki, bəzi ölkələr ümumi platforma ilə ayaqlaşa bilmirdilər. AB ilə Azərbaycan arasında indi Strateji Tərəfdaşlıq Sazişi layihəsi var, ancaq hələ də layihə kimi qalır. Bu saziş Riqada imzalanmalı idi, amma Elmar Məmmədyarov qəfil sammiti tərk etmişdi. Amma indi vəziyyət dəyişib, Azərbaycanda iqtisadi-sosial durum çətindir, ağırdır, Qərb resurslarına ehtiyac yaranıb. Azərbaycan Qərbdə maliyyə imkanları axtarır və bu gün ölkənin Avropa Birliyi ilə belə bir sənədi imzalamasına zərurət yaranıb.

____________________________________________________________

Bunlara da bax:
Ekspertlər pambıqçılığın inkişafında siyasi məqsəd görür
70 akula balinanı belə yedi- [Video]

____________________________________________________________

“Maliyyə yardımı qarşılığında islahatlar tələb edilir”

– Avropa Birliyi ilə ikili əməkdaşlıqda insan hüquqları bir tələb kimi öndə gəlirmi?

Gözlə

No media source currently available

0:00 0:00:46 0:00
Direct-ə keçid

– Şərq Tərəfdaşlığı Proqramında insan haqları, demokratiya, media azadlığı, qanunların aliliyinə daha çox diqqət yetirilirdi. Və bu da Azərbaycan hakimiyyətini daha çox qıcıqlandırırdı. İndi Azərbaycan Qərbdən maliyyə yardımı umur. Bunun qarşılığında isə islahatların aparılması tələbi var: vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətinə imkan verilmədir, insan haqları qorunmalıdır və s.

– Elmar Məmmədyarov mayın 23-də keçirilən görüşdə Avropa Birliyi ilə əməkdaşlıqdan danışarkən daha çox Azərbaycanın neft-qaz, regional nəqliyyat imkanlarını qabardıb. Belə çıxırmı ki, qonşuluq siyasətində insan haqları arxa plana keçəcək?

– Bunu Azərbaycan hökuməti arxa plana keçirmək istəyir. Ancaq Azərbaycanın maliyyə danışıqları apardığı və böyük vəsaitlər gözlədiyi Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və başqa qurumlar demokratik islahatlar aparılmasını tələb edir. Bu, bir faktdır. Azərbaycana vaxt verilir ki, payıza qədər bu islahatları aparsın.

“Artıq islahatların əlamətləri sezilir”

– Sizcə, Azərbaycan hakimiyyəti bu islahatlara gedəcəkmi?

– Başqa yolu yoxdur. Neftin istehsalı ildən-ilə azalır, keçən ilə nisbətən 8 faiz azalıb. 2023-cü ilə qədər hasilatın iki dəfə düşməsi gözlənir. O zaman lap neftin qiyməti qalxsa da, artıq faydası olmayacaq. Üstəlik, qiymətin əvvəlki kimi qalxacağı da gözlənmir. Bircə yol qalır – islahatlar. Azərbaycan Sinqapur variantını təklif edir ki, iqtisadi müstəvidə islahatlar aparılsın. Maliyyə qurumları isə məsələnin kompleks həllini istəyir. Bu vəziyyətdə Azərbaycan islahatlara getməyə məhkumdur. Mən bura Qarabağı da əlavə etmək istəyirəm. Demokratik islahatlar nə qədər sürətli aparılsa, biz münaqişənin sülh yolu ilə həllinə o qədər yaxınlaşacağıq.

– Mehman bəy, siz islahatların əlamətlərini hiss edirsizmi?

– Əlbəttə. Gömrüklə bağlı, yeni özəlləşdirmə proqramı və sairə – gündə hansısa yeni sənəd imzalanır. Bu sənədlər monopoliyanı dağıdan sənədlərdir. Sistemin əsas onurğa sistemi inhisardır və bunun dağılması bir çox azadlıqlara yol açacaq.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (23 may)

İlham Əliyev Ermənistanı ittiham etdi
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək
Günün əsas hadisələri Azadlıq Radiosunda (23 may)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (23 may)

"Dünyanın Azərbaycan qaçqınına marağı azalır"

XS
SM
MD
LG