Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:17

Avropa deputatları oliqarx Bidzina İvanişviliyə sanksiyalar qoyulmasına çağırırlar


Gürcüstanda hakim “Gürcü arzusu” partiyasının qurucusu, rusiyayönlü oliqarx Bidzina İvanişvili
Gürcüstanda hakim “Gürcü arzusu” partiyasının qurucusu, rusiyayönlü oliqarx Bidzina İvanişvili

Avropa Parlamenti oktyabrın 9-da Avropa İttifaqını Gürcüstanda hakim “Gürcü arzusu” partiyasının qurucusu, rusiyayönlü oliqarx Bidzina İvanişviliyə və Gürcüstanda demokratiyanın sarsıdılması ilə bağlı başqa şəxslərə sanksiyalar qoyulmasına, Gürcüstan hökumətinin maliyyələşdirilməsinin dayandırılmasına çağırıb.

Avropa İttifaqı 2023-cü ildə Gürcüstana bloka namizəd statusu verib. Lakin Avropa Parlamentinin məlumatında deyilir ki, “Gürcüstan hakimiyyətinin hazırkı avtoritar trayektoriyası bu ambisiyalara ziddir və Gürcüstanın Avropa İttifaqına inteqrasiyası prosesini tamamilə dayandırıb”.

Avropa Parlamentinin deputatları Gürcüstan hakimiyyətini qarşıdan gələn parlament seçkilərini beynəlxalq standartlara uyğun keçirməyə, gürcü xalqının iradəsinə ehtiram göstərməyə, habelə keçmiş prezident Mixeil Saakaşvilini xaricdə müalicə olunması üçün humanist zəmində azadlığa buraxmağa çağırırlar.

Sanksiyalar

Avropa İttifaqı Gürcüstanda parlamentin qəbul etdiyi “xarici agent” qanununa görə bu ölkənin Avropa İttifaqına inteqrasiyasını dayandırıb və Tbilisi üçün 2024-cü ildə nəzərdə tutulmuş 30 milyon avronu dondurub.

Bununla bağlı Aİ-nin Gürcüstandakı səfiri Pavel Gerçinski deyib ki, “bu, hələ ilk addımdır və belə addımlar hələ olacaq”:

“Gürcüstan hökumətinə yardım azaldılacaq və biz həmin vəsaiti birbaşa vətəndaş cəmiyyətinə və mediaya təqdim edəcəyik”.

ABŞ hökuməti də Gürcüstan üçün nəzərdə tutulmuş 95 milyon dolların ayrılmasını dayandırıb.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Gürcüstanda “xarici agent” qanununun qəbulu ilə bağlı olan onlarca Gürcüstan vətəndaşına viza məhdudiyyətləri qoyulmasını elan edib. Bunların arasında Gürcüstan hakimiyyətinin nümayəndələri və deputatlar da var.

XS
SM
MD
LG