Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:37

Avropa Komissiyası Çin avtomobillərinə gömrük rüsumları qoyur


BYD Auto Avropaya ixrac edilən elektrik avtomobillərinin istehsalçısıdır
BYD Auto Avropaya ixrac edilən elektrik avtomobillərinin istehsalçısıdır

Avropa Komissiyasında Çin istehsalı avtomobillərə rüsum qoyulmasına dair səsvermə keçirilib.

27 üzv ölkədən 10-u rüsumun qaldırılmasının leyhinə, 5 ölkə isə əleyhinə səs verib. 12 ölkə bitərəf qalıb.

Qaydaya görə bu, tariflərin qaldırılması üçün kifayət nəticədir.

Avropa məmurlarının bu barədə Pekinlə danışıqlarının davam etdiriləcəyi bildirilsə də, yeni ixrac rüsumu artıq bu ilin noyabrından 5 il müddətinə tətbiq ediləcək.

Məlumata görə bəzi Çin mallarına rüsumlar 45 faizədək artırıla bilər.

Xəbər verilir ki, Avropa Komissiyası Çin avtomobillərinə dair aylardır davam edən təhqiqatın ardınca rüsumları kəskin artırmaq qərarına gəlib.

Çin istehsalçılarına böyük dövlət subsidiyaları verilir

Təhqiqat göstərib ki, Çin avtomobil istehsalçıları dövlətdən böyük məbləğdə subsidiyalar alıblar və bu onlara Avropaya öz avtomobillərini daha ucuz qiymətə ixrac etmək imkanı verib.

Avropa Komissiyası sədrinin müavini Marqaritis Sxinasın sözlərinə görə belə bir dempinq Avropa elektrik avtomobil istehsalçıları üçün təhlükəli vəziyyət yaradır.

Yeni qərara görə rüsumlar avtomobillərin markasından asılı olaraq 7.8 faizdən başlayaraq fərqlənəcək.

Rüsumlar Tesla kimi Çində avtomobil istehsal edən şirkətlərin mallarına qoyulacaq.

Beləliklə, Avropa Komissiyasının təhqiqatı ilə əməkdaşlıq etməyən Çin istehsalçılarının avtomobillərinə 10 faizlik baza tarifinə əlavə olaraq 35.3 faiz rüsum tətbiq olunacaq.

'On milyardlarla dollar itirəcəksiniz' - Avropa Bakını tənqid edib niyə əməkdaşlıq edir?
Gözlə

No media source currently available

0:00 0:11:54 0:00

Almaniya niyə əleyhinədir?

Çin avtomobillərinə rüsum qoyulmasına qarşı çıxan ölkələrin arasında Almaniya da var. Almaniya Avropa avtomobil istehsalının liderlərindən biridir.

Almaniya Avtomobil İstehsalçıları Birliyinin rəyinə görə gömrük rüsumlarının artırılması “istər Avropa istehlakçılarına, istərsə də istehsalçılarına ziyan vuracaq”.

BMW şirkətinin icraçı direktoru Oliver Tsipze deyib ki, Avropa İttifaqı və Çin ticarət müharibəsi aparmaqdansa, danışıb razılığa gəlməlidirlər.

Pekin Avropa Komissiyasının qərarını kəskin tənqid edib və cavab tədbirləri ilə hədələyib.

XS
SM
MD
LG