Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:36

Brexit-dən sonra Britaniya və Avropada nə dəyişəcək?


Avropa Birliyi Brexit-dən sonra
Avropa Birliyi Brexit-dən sonra

Britaniyalılar cümə axşamı keçirilmiş referendumda Avropa Birliyindən çıxmaq qərarı verdilər. Bəs bundan sonra Britaniyanın Avropa Birliyi ilə münasibətləri necə dəyişəcək?

AB şokdadır. İndi o naməlum əraziyə girir. Bu vaxta qədər heç bir üzv bloku tərk etməmişdi. Aİ müqaviləsinin 50-ci maddəsi üzv dövlətlərin birliyi tərk etməsi prosedurunu o qədər də detallı təsvir etməyib.

Referendumdan sonra Cameron mənsub olduğu Mühafizəkarlar partiyasının təzyiqinə məruz qalıb. Partiya onun getməsini istəyir. Ancaq partiya özünə yeni lider seçənə qədər Cameron baş nazir vəzifəsində qalmalıdır.

Bəzi Brexit tərəfdarları təklif edirlər ki, Britaniya 50-ci maddə məsələsini qaldırıb danışıq aparsın və hətta bəlkə AB bazarlarına çıxışı əlində saxlasın.

AB liderləri isə deyirlər ki, "çıxdınızsa çıxdınız". Onların bir çoxu ayrılmanın mümkün qədər tez baş verməsini istəyirlər. Ancaq Avropa Birliyinin əsas dövlətləri ayrılmanın mümkün qədər qayda-qanunla baş verməsində maraqlı görünürlər. Bu isə o deməkdir ki, 50-ci maddə ətrafında danışıqlar iki ildən də çox uzadılaraq daha geniş anlaşma əldə edilə bilər. Ancaq bunun baş verməsi üçün 28 üzv dövlətin hamısının razılığı lazımdır. Buna nail olmaq isə kifayət qədər problematik ola bilər.

Cameron fevralda AB liderləri ilə sövdələşərək immiqrasiyanın məhdudlaşdırılması və Londonun maliyyə maraqlarının avrozonadan qorunması məsələlərində əldə etdiyi razılaşmalar referendum nəticəsində heç oldu.

İki tərəf arasında razılaşma əldə olunmazsa onda sadəcə olaraq AB hüququ iki ildən sonra Britaniyaya tətbiq olunmayacaq.

Bəzi Brexit təbliğatçıları deyirlər ki, cəld tərpənərək Britaniya AB büdcəsini maliyyələşdirməyi dayandırmalı, AB ölkələrindən gələn immiqrasiyanı məhdudlaşdırmalıdır. Bu isə öz növbəsində AB-nin cavab addımları atmasına səbəb ola bilər.

AB-nin yüksək rütbəli rəsmisi deyir ki, 50-ci maddəylə işləmək boşanma deməkdir. Onun sözlərinə görə bu halda hətta digər AB ölkələrində yaşayan britaniyalılar və Britaniyada yaşayan digər AB üzvü olan ölkələrin vətəndaşlarının məsələsi də müzakirə olunmalıdır. Bu isə üst-üstə bir neçə milyon nəfər deməkdir.

AB rəsmisinin sözlərinə görə 50-ci maddə əsas götürülməzsə bu "qatmaqarışıq boşanma" olacaq və "hüquqşünaslarla işləməkdənsə bir-birinə boşqab atan ər-arvadı" xatırladacaq.

AB-nin verdiyi üstünlüklərin bundan sonra Britaniya vətəndaşlarına və şirkətlərinə tətbiq olunmaması Brexit tərəfdarlarına görə iqtisadi inkişaf üçün yeni imkanların açılması və daha selektiv immiqrasiya deməkdir. Ancaq Cameron deyir ki, bu, həm Britaniyanın iqtisadiyyatına, həm də onun dünyadakı nüfuzuna uzunmüddətli bir zərbədir.

Yeni ticarət baryerləri hər iki tərəfin iqtisadiyyatına mənfi təsir göstərəcək. Ancaq AB narahatdır ki, siyasi "domino effekti" uzun müddət davam edə bilər.

İndi Avropa Birliyi özünün 145 milyard avroluq illik büdcəsində yaranmış 7 milyard avroluq (bu Britaniyanın ödədiyi illik məbləğdir) boşluğu doldurmağın bir yolunu tapmalıdır. Üstəlik büdcə artıq 2020-ci ilə qədər müəyyən edib. Ancaq AB həm də hər il Britaniyaya ayrılan vəsaitə qənaət etmiş olur.

XS
SM
MD
LG