Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:10

AŞPA-da Azərbaycan və Ermənistan arasında vəziyyət müzakirə edilib


Avropa Şurası
Avropa Şurası

Oktyabrın 10-da AŞPA-nın payız sessiyasında "cari debatlar" qaydasında "Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar, o cümlədən yaşayış məntəqələrinə və mülki infrastruktura endirilən zərbələr" mövzusunda məsələlər müzakirə olunub.

"Turan"ın məlumatına görə, AŞPA-nın Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri üzrə məruzəçisi Pol Qevan təəssüflə deyib ki, sentyabrda (12-13-də) iki ölkənin sərhədində yenidən hərbi gərginlik nəticəsində hər iki tərəfdən 300-ə yaxın insan həlak olub.

Qevan Yerevanın Ermənistanın 36 şəhər və kəndinin atəşə məruz qalması haqqında məlumatını təkrar edib.

Daha sonra Qevan qeyd edib ki, bir ölkənin digər ölkənin suveren ərazisinə hücum etməsinə heç vaxt yol verilə bilməz.

İrlandiyalı deputat əsir götürülmüş erməni əsgərlərə işgəncə verilməsini əks etdirdiyi təxmin olunan videokadrları "dəhşətli" adlandırıb. Bu zaman o, Azərbaycanın videokadrların araşdırıldığı və onların həqiqiliyi təsdiqini tapdığı təqdirdə bu əməllərə görə məhkəmə təqibi olacağı haqqında bəyanatının əhəmiyyətini vurğulayıb.

Əsirlərlə davranış: Azərbaycanla Ermənistan bir-birlərini hərbi cinayətdə günahlandırırlar
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Bununla belə, Qevan Azərbaycandan 1990-cı illərdə bu ölkənin suveren ərazisinin bir hissəsini Ermənistanın işğal etməsi zamanı törədilmiş potensial hərbi cinayətlərin dəlillərinin aşkar olunduğu haqqında məlumatlar daxil olduğunu bildirib. Xüsusən, Qevanın sözlərinə görə, kütləvi məzarlıqların və işgəncə dəlillərinin aşkar olunduğu qeyd edilir: "Heç vaxt unutmamalıyıq ki, 4 min azərbaycanlı və 1 min erməni hələ də əvvəlki münaqişə zamanı itkin düşüb".

O, iki ölkə sərhədində Avropa İttifaqının missiyasının yaradılması haqqında qərarı alqışlayıb. Belə bir qərar oktyabrın 6-da Praqada Azərbaycan, Fransa, Aİ Şurasının prezidentlərinin və Ermənistan baş nazirinin görüşündə qəbul edilib. Qevan bu missiyanın iki ölkə arasında dialoq qurulmasında və etimad yaradılmasında mühüm rol oynayacağına ümid etdiyini bildirib.

Ermənistan-Azərbaycan sərhədinə yerləşdiriləcək müşahidəçilərdən Gürcüstanda da var. Effektivdirmi?
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Müzakirələr…

Müzakirələrdə Fransa, İsveç, İrlandiya, İspaniya, Ukrayna, Avstriya, Türkiyə və bir sıra digər ölkələrin parlamentariləri çıxış ediblər. Bu zaman bəzi deputatlar, məsələn, Boriana Oberq (İsveç), Laura Kastel (İspaniya), İzabel Santyaqo (Fransa) yalnız Azərbaycanın ünvanına ittihamlarla çıxış ediblər.

Digər deputatlar tarazlaşdırılmış qiymətləndirmələrini ifadə edib, hər iki tərəfi beynəlxalq hüquq normalarına hörmət etməyə, Avropa Şurasına daxil olarkən götürdükləri öhdəliklərə riayət etməyə çağırıblar.

Ermənistan və Azərbaycandan olan deputatlar qarşılıqlı ittihamlarla çıxış ediblər.

Müzakirələrin yekunlarına dair hər hansı sənəd qəbul edilməyib.

Sentyabrın 12-13-də Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşmişdi. Hər iki tərəfdən itkilərin olduğu bildirildi. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar. Ermənistan Azərbaycan hərbçilərinin onların ərazisinə daxil olduğunu, Azərbaycan isə qarşı tərəfin təxribatıyla üzləşdiyini vurğulayıb. Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

Qarabağdakı separatçı rejimdən Paşinyana cavab gəldi
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AŞPA-nın payız sessiyasıdır

Oktyabrın 10-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası başlayır.

Oktyabrın 10-dan 15-dək Strasburqda keçiriləcək payız plenar iclasında İrlandiya Prezidenti Maykl Hiqqins, İsveçrə Konfederasiyasının Prezidenti İnyatsio Kassis, Albaniyanın Baş naziri Edi Ramanın çıxışları olmalıdır.

Sessiyada "Avropa Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin başlamasından yarım il sonra", "Avropada ərzaq təhlükəsizliyi: Ukrayna limanları vasitəsilə taxıl ixracı" və "Ermənistan və Azərbaycan arasında hərbi toqquşmalar" mövzularında da müzakirələrin keçirilməsi ilə bağlı müraciətlər var.

Bundan başqa, bu həftə Azərbaycan üzrə həmməruzəçinin də seçiləcəyi gözlənilir. 2001-ci ildən Azərbaycan AŞPA-nın üzvüdür. Azərbaycan AŞPA-ya üzv olarkən insan hüquqları və başqa bir çox məsələlərlə bağlı üzərinə öhdəliklər götürüb. 20 ildən çox vaxt keçsə də, ölkə hələ də qurumun monitorinqi altındadır.

XS
SM
MD
LG