Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:20

Məscidlərdə Aşura mərasimləri keçirilir [video]


«Təzəpir» məscidindəki Aşura mərasimi. 01okt2017
«Təzəpir» məscidindəki Aşura mərasimi. 01okt2017

Oktyabrın 1-i hicri-qəməri təqvimi ilə Məhərrəm ayının onuncu günü, Aşuradır. Aşura günü ilə əlaqədar Azərbaycandakı məscidlərdə İmam Hüseyn əzadarlığı keçirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, bu vaxtadək keçirilən bütün tədbirlər Qafqaz Müsəlmanları İdarəsinin verdiyi qaydalara uyğun şəkildə keçirilib, ola bilsin ki, bəzi kiçik insidentlər olub, amma bunlar ümumi prosesə təsir göstərməyib.

Bakıdakı Məşədi Dadaş məscidində də dindarlar Aşura gününü qeyd ediblər.

Məşədi Dadaş məscidində Aşuranı belə qeyd elədilər
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Qnvermədən sonra Təzə Pir məscidində zəncirvurma mərasimi başlayıb.

Aşurada zəncirvurma mərasimi
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

A.Paşazadə jurnalstlərin suallarını M.Qurbanlının cavablandıracağını deyərək suallardan yayınıb.

Komitə sədri Mübariz Qurbanlı deyib ki, aksiya paytaxtda və bölgələrdə Səhiyyə Nazirliyinin xüsusi briqadalarının iştirakıyla gerçəkləşdirilir.

M.Qurbanlı bildirib ki, bəzi məscidlərdə zaman-zaman Aşura mərasimlərində, bədənə xəsarətlər yetirilir,qançıxarma əməlləri baş verərdi. Qanvermə aksiyası ilə bu əməllərə, artıq yol verilmir.

Mübariz Qurbanli qanvermə aksiyasından danışır
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Allahşükür Paşazadə ilə Mübariz Qurbanlı da qanvermə aksiyasına qatılıb

AzadliqRadiosunun Təzəpir məscidindəki əməkdaşı xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitənin sədri Mübariz Qurbanlı da saat 12-də qanvermə aksiyasına qatılıb.

Təzə pirdə qanvermə aksiyası
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, ölkənin bir sıra məscid və ziyarətgahlarında qanvermə aksiyası da təşkil olunub.

Aksiya irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi daşıyır.

«Təzəpir» məscidindəki Aşura mərasimi. 01okt2017
«Təzəpir» məscidindəki Aşura mərasimi. 01okt2017

AzadliqRadiosu-nun «Təzəpir» məscidindəki mərasimi izləyən əməkdaşı bildirir ki, əvvəlki illərlə müqayisədə adamların sayı azdır. Əvvəlki illər Aşura mərasimləri daha gur olub.

Buna da bax: Polis Aşura günü ilə bağlı xəbərdarlıq edib

Qanvermə aksiyası isə məscidin daxilində həyata keçirilir.

Bu il sentyabrın 22-si hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib.

«Təzəpir» məscidindəki Aşura mərasimi. 01okt2017
«Təzəpir» məscidindəki Aşura mərasimi. 01okt2017

Fətvada bildirilib ki, bu il Aşura günü oktyabrın 1-nə təsadüf edəcək.

Sənəddə Aşuranın Məhəmməd peyğəmbərin (s) nəvəsi İmam Hüseyn, Əhli-Beyt (ailə üzvləri) və tərəfdarlarının haqq uğrunda həlak olduğu gün kimi əks edilir.

Buna da bax: Taleh Bağırov 'kars'a salınıb – Aşura günü

QMİ müsəlmanlara əzadarlıq moizələrində Kərbəla hadisələri ilə yanaşı, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçənlərin, Xocalı faciəsinin qurbanlarının da yad edilməsini tövsiyə edib.

«Təzəpir» məscidindəki Aşura mərasimi. 01okt2017
«Təzəpir» məscidindəki Aşura mərasimi. 01okt2017

Fətvada xatırladılıb ki, son illər Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Aşura günləri qanvermə aksiyası keçirilir.

Buna da bax: Bakıda Aşura mərasimi belə qeyd edilir- [fotolar]

QMİ hesab edir ki, qurşağadək soyunub, zəncir vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq şəriətə uyğun sayılmır.

«Təzəpir» məscidindəki Aşura mərasimi. 01okt2017
«Təzəpir» məscidindəki Aşura mərasimi. 01okt2017

XATIRLATMA

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq, hicrətin 61-ci ilində (hazırda hicri təqvimi ilə 1439-cu ildir) Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır.

Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında (qətlə yetirilənlərin 40 mərasiminə görə) davam edir (Məhərrəm ayının 10-da Aşura hadisəsi - qətliam baş verib).

İslamda Məhərrəm ayında müharibə günah sayılır.

XS
SM
MD
LG