Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:43

Apple və Google Avropada məhkəmə çəkişməsini uduzdular


Avropa İttifaqı antiinhisar idarəsinin rəhbəri Marqrete Vestager
Avropa İttifaqı antiinhisar idarəsinin rəhbəri Marqrete Vestager

Avropa Məhkəməsi ABŞ-ın Apple şirkətinin İrlandiyaya ödənməmiş 13 milyard avroluq vergi borcunu ödəməli olduğuna dair qərar qəbul edib.

Bununla da tərəflər arasında 8 ildir davam edən məhkəmə çəkişməsi başa çatmış olur.

Bundan əvvəl, hələ 2016-cı ildə Avropa Komissiyası İrlandiyanı Apple şirkətinə qanunsuz vergi güzəşti etdiyinə görə ittiham etmişdi. Dublin isə o vaxt haqlı olduğunda israr edirdi. Lakin məhkəmə ittiham tərəfinin vəsatətini təmin edib. İrlandiya hökuməti məhkəmə qərarını yerinə yetirəcəyini bildirib.

Google işi

Sentyabrın 10-da ABŞ-ın Google şirkəti ilə bağlı da daha bir uzun sürən çəkişmə başa çatıb.

Avropa Məhkəməsinin qərarında deyilir ki, Google Avropa bazarındakı inhisar mövqeyindən sui-istifadə edir. Məhkəmə bununla bağlı Google şirkətinin 2.4 milyard avro cərimə olunmasına dair qərar verib.

Avropa İttifaqı antiinhisar idarəsinin rəhbəri Marqrete Vestager məhkəmə qərarını Avropa vətəndaşları və vergi ədalətliliyi üçün “böyük qələbə” adlandırıb.

Avropa Məhkəməsi əslində yeni qərar qəbul etməkdən daha çox, Avropa Komissiyasının bundan əvvəlki mövqeyini təsdiqləyib.

Bu mövqe isə bundan ibarət idi ki, İrlandiya hökuməti şirkətə qanunsuz vergi güzəştləri vermişdi. İndi isə Apple keçmiş tarixlə - 1991-ci ildən 2024-cü ilədək yığılmış fərqi ödəməlidir.

İrlandiya hökumətinin Apple şirkətinə güzəştləri ona görə qanunsuz kimi qiymətləndirilirdi ki, onun rəqiblərinin belə bir maliyyə dəstəyi yox idi.

XS
SM
MD
LG