Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:28

ANS-in əməkdaşının ölkədən çıxışına yasaq qoyulub


Qənirə Ataşova
Qənirə Ataşova

ANS TV ilə əməkdaşlıq edən jurnalist Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

Bu barədə vəkil Elçin Sadıqov yanvarın 8-də məlumat yayıb. Vəkilin bildirməsinə görə, ötən il oktyabrın 27-də jurnalisti İstanbula gedərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxlayıblar. Ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilib. Jurnalist geri qayıdıb.

Vəkilin yazdığına görə, araşdırma zamanı məlum olub ki, ANS Müstəqil Yayım və Media Şirkəti ilə bağlı aparılan cinayət işi üzrə Qənirə Ataşovanın sərhədi keçməsinə məhdudiyyət qoyulub.

“Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi qarşısında Qənirə Ataşovanın ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı artıq vəsatət qaldırılıb və məhkəməyə şikayət edilib ”-vəkil bildirir.

Xatırlatma

Ötən il iyulun 29-da Bakı Apellyasiya Məhkəməsi «ANS Müstəqil Yayım və Media» Şirkətinə 2013-cü il oktyabrın 25-də verilmiş lisenziyanı ləğv edib. Məhkəməyə Milli Televiziya və Radio Şurası (MTRŞ) müraciət etmişdi . Həmin müraciətdə ötən ilin iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materialların yayıldığı iddia olunurdu.

Müraciətdə bildirilirdi ki, telekanalın ABŞ-dakı müxbiri Qənirə Ataşova ilahiyyatçı Fethullah Gülen-dən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub. Bununla əlaqədar Baş Prokurorluqdan Teleradio Şurasına məktub daxil olmuşdu. Məktubda qeyd olunurdu ki, ANS telekanalı terrorizmin təbliğinə yol verir, milli, dini ədavəti qızışdıran materiallar yayımlayır. Buna görə də ANS-in yayımının dayandırılması istənilirdi.

ANS rəhbərliyi ittihamları qəbul etmir. Hərçənd ANS-in baş direktoru Fethullah Gülen-in mətbuat konfransında əməkdaşlarının iştirakını «səhv» adlandırıb, Türkiyə və Azərbaycan xalqlarından üzr istədiyini bildirib.

MTRŞ məhkəmə qərarından 11 gün öncə ANS fəaliyyətini dayandırmışdı.

XS
SM
MD
LG