Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:25

Amnistiyaya hansı maddələr düşəcək- Deputat


Rövşən Rzayev
Rövşən Rzayev

►“Dələduzluq edib külli miqdarda pulu mənimsəyən insan 10 il cəza alıb, bunun da dörd ilini yatıb, biz bunu sərbəst buraxsaq, həmin vəsaiti kim qaytaracaq?”

Milli Məclis mayın 20-də ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktı layihəsinin müzakirə edəcək.

Deputat Rövşən Rzayevdən layihə ilə bağlı ilkin məlumatları almağa çalışdıq.

Gözlə

No media source currently available

0:00 0:03:33 0:00
Direct-ə keçid

– Bu amnistiya aktı Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyeva tərəfindən həyata keçirilir. Fonda daxil olan çoxsaylı müraciətlər əsasında bu cür qanun layihəsi hazırlanıb. Xatırılayırsınızsa, amnistiya aktı keçən dəfə 9 minə qədər insanı əhatə etmişdi. Bunlar az ağır cinayət törədənlər, cəmiyyətə qayıdışı ilə təhlükə yaratmayanlardır. Bu, həmin insanlara bir şansdır. Burada qadınlar, əlillər, yaşlılar, yaşı 60-dan yuxarı olan kişilər də yer alacaq. Amnistiya aktı qəbul edildikdən və icraya yönəldildikdən sonra nə qədər insanın azadlığa çıxacağını daha aydın demək olacaq.

– Yəni ağır cinayət törədənlərə, ötən dəfə olduğu kimi, yenə “ikinci şans” verilməyəcək?

– Amnistiyaya ağır cinayət törətməyənlər düşə bilər,məsələn, ölüm işinə görə məhkum edilənlər, xüsusi amansızlıqla cinayət edənlər amnistiyaya düşmürlər. Kimisə qətlə yetirən şəxs ömürlük cəza alırsa, onu 20 ildən sonra azadlığa buraxmaq olarmı, sizcə? Axı ölən adam geri qayıtmır. Mən düşünürəm ki, biz, dövlət olaraq, humanist davranırıq və az ağır cinayət törədənləri azadlığa buraxırıq. Düşünürəm ki, hər kəs cəzasını çəkməlidir.

– Bəs vergidən yayınma, dövlət əmlakını mənimsəmə kimi hallara görə həbs edilənlər buraxıla bilərmi?

– Təbii ki, bu maddələrin hamısı düşməlidir, məncə, düşməlidir. Amma orda zərər məsələsi də var. Məsələn, dələduzluq edib külli miqdarda pulu mənimsəyən insan 10 il cəza alıb, bunun da dörd ilini yatıb, biz bunu sərbəst buraxsaq, həmin vəsaiti kim qaytaracaq? Ortalıqda zərərin ödənilməsi məsələsi var. Hər halda, bu məsələ icraya yönələndə daha aydın görünəcək.

____________________________________________________________

Bunlara da bax:
Azərbaycandakı işgəncə metodları: "Slonik", falaqqa...
Qiyas İbrahimin anası: «O gətirdiklərini mənim yatağıma qoydular»

____________________________________________________________

– Beynəlxalq qurumların siyasi məhbus kimi tanıdığı şəxslərdən də amnistiyaya düşən olacaqmı?

– Bizdə siyasi məhbus yoxdur. Cinayət törətdiyinə görə həbs olunanlar var. Onlar təxribata gedərək cinayət ediblər. Cinayəti törədən də cəzasını çəkməlidir.

– Amnistiyanın daha çox insanı əhatə etməli olduğu haqda təkliflər səslənməkdədir. Qonşu ölkələrdə amnistiya daha geniş təbəqəni əhatə edir.

– Keçən dəfə 9 minə qədər insan azad olunub. Bir də, mən say haqqında proqnoz vermək istəmirəm, akt qəbul edilsin, icraya yönələndə bilinəcək. Mümkün deyil ki, bir maddəylə 100 nəfər cəzaçəkmə müəssisəsində olsun, onun 5-ni buraxalar, 95-ni saxlayalar. Mümkün deyil. Maddə amnistiyaya düşürsə, həmin 100 nəfərin 100-ü də azadlığa çıxacaq. Amnistiya aktının tətbiqi zamanı “bunu istəyirəm, bunu istəmirəm” olmur. Ayın 20-də amnistiya aktının təşəbbüskarı Milli Məclisdə çıxış edəcək və onun düşüncələri, istiqamət bizim üçün bəlli olacaq.

– Söhbətin əvvəlində bu təşəbbüslə həmişə Mehriban Əliyevanın çıxış etdiyini dediniz.

– Bəli.

– Bəs başqa deputatlar niyə belə təşəbbüslə çıxış etmirlər?

– Niyə etmirlər, edirlər. Ancaq məsələ burasındadır ki, bununla bağlı müraciətlər daha çox Heydər Əliyev Fonduna olur və ordan problem daha aydın görünür.

Buna da bax: "Araşdırmırsa, deməli, işgəncələrin arxasında dövlət dayanır"

"Araşdırmırsa, deməli, işgəncələrin arxasında dövlət dayanır"
Gözlə

No media source currently available

0:00 0:14:20 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadıq Radiosunda (18 may)

Qiyas İbrahimin anası: “Qorxmasaydılar, oğlumun da, mənim də qanımı ordaca içərdilər”

BAX: Günün əsas hadisələri Azadıq Radiosunun TV proqramında (18 may)

"İqtisadi böhran dərinləşir"
XS
SM
MD
LG