Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:36

ABŞ, Fransa və Kanadadan Rusiya və Belarusdakı vətəndaşlarına xəbərdarlıq


ABŞ-ın Moskvadakı səfirliyi
ABŞ-ın Moskvadakı səfirliyi

Birləşmiş Ştatların Moskvadakı səfirliyi Rusiyada yaşayan və ya bu ölkəyə səfər etmiş ABŞ vətəndaşlarına Rusiyanın “dərhal” tərk edilməsini tövsiyə edib.

Bu barədə xəbərdarlıq səfirliyin saytında dərc olunub.

Məlumatda bu xəbərdarlığa “Rusiyanın Ukraynaya səbəbsiz müdaxiləsinin nəticələri”, ABŞ vətəndaşlarının Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən mümkün təqibi, Rusiya ilə ABŞ arasında nəqliyyat əlaqələrinin məhdudluğu, habelə səfirliyin ABŞ vətəndaşlarına köməyinin çətinləşməsi səbəb gətirilir.

Bildirişdə deyilir ki, ABŞ vətəndaşlarına Rusiyaya səfər etmək “tövsiyə edilmir”.

İkili vətəndaşlar

Bu da bildirilir ki, Rusiyada ötən sentyabrda səfərbərlik elan edilib və hakimiyyət ikili ABŞ-Rusiya vətəndaşlığı olan şəxsləri də ordu sıralarına çağıra bilər.

Məlumatda habelə Rusiya aviaşirkətlərinin reyslərindən istifadə etməmək tövsiyə olunur, belə ki, hazırda bu şirkətlər sanksiyalara görə beynəlxalq təhlükəsizlik normalarına əməl edə bilmirlər.

Xüsusi olaraq vurğulanır ki, ABŞ səfirliyinin əməkdaşlarına Rusiya aviaşirkətlərinin reyslərindən istifadə qadağan olunub.

Amerikalılara istənilən etiraz aksiyalarında iştirakdan çəkinmək tövsiyə olunur.

Birinci xəbərdarlıq deyil

Ötən il Birləşmiş Ştatların Moskvadakı səfirliyi ABŞ vətəndaşlarına iki dəfə “Rusiyanı dərhal tərk etməyi” tövsiyə edib. Səfirlik birinci bildirişi fevralın 28-də Rusiyanın Ukraynaya müdaxiləsindən dərhal sonra vermişdi. İkinci xəbərdarlıq sentyabrın 28-də Putinin “qismən səfərbərliyinin” ardınca verilmişdi.

Rusiya hakimiyyəti səfərbərliyin başa çatdığını bildirsə də, bu barədə rəsmi fərman verilməyib və səfərbərlik tədbirləri istənilən vaxt bərpa oluna bilər.

Bu da vurğulanır ki, ABŞ səfirliyinin bu xəbərdarlığı Rusiyanın Ukraynada böyük hücuma keçdiyinə dair xəbərlərin fonunda baş verir.

Ukrayna kəşfiyyatı hesab edir ki, ikinci böyük hücum Ukraynaya müdaxilənin birinci ildönümü gününə - 24 fevrala təsadüf edə bilər.

Rusiya xarici kəşfiyyatının rəhbəri Sergey Narışkin fevralın 13-də ABŞ-ı Yaxın Şərqdə “cihad qruplaşmalarının” döyüşçülərini guya Rusiya və MDB ölkələrində terror aktlarının törədilməsi üçün səfərbər etməkdə günahlandırıb.

Vaşinqton bununla bağlı heç bir şərh verməyib.

Fransa və Kanada “Belarusu tərk edin” deyirlər

Bu arada Fransa və Kanadanın xarici işlər nazirlikləri Belarusdakı vətəndaşlarının bu ölkəni təcili tərk etmələrini tövsiyə edib.

Fransa XİN-in bəyanatında deyilir ki, “Rusiyanın Ukraynaya hücumuna görə Minsk və Avropa İttifaqı ölkələri arasında hava məkanı bağlıdır və Belarusa hər hansı səfərlər qəti şəkildə tövsiyə olunmur”.

Belarusdakı Fransa vətəndaşlarına bu ölkəni avtomobil nəqliyyatı ilə Litva, Polşa və ya Lativiya sərhədi üzərindən dərhal tərk etmək tövsiyə olunur.

Kanada XİN-in məlumatında qeyd olunur ki, “xarici vətəndaşlara yerli qanunların tətbiq edilməsi riski böyükdür”.

XS
SM
MD
LG